Hz. Mehdi (ə.s) insanları Qurana dəvət edəcək, həqiqi ədalətin tərəflərin hüquqlarını ayrı-ayrı nəzərə alaraq təmin edilə biləcəyini onlara öyrədəcək
ucgen

Hz. Mehdi (ə.s) insanları Qurana dəvət edəcək, həqiqi ədalətin tərəflərin hüquqlarını ayrı-ayrı nəzərə alaraq təmin edilə biləcəyini onlara öyrədəcək

2062
"ONLAR HİDAYƏTƏ QARŞI İSTƏK VƏ  ARZULARINA  UYMAQ İSTƏDİKLƏRİ HALDA, O DA (HZ. MEHDI (Ə.S)) DÜNYA İSTƏKLƏRİNƏ QARŞI HİDAYƏTƏ UYMAĞI İSTƏYƏR. ONLAR QURANA QARŞI RƏYLƏRİNİ İSTƏSƏLƏR, O DA RƏYƏ QARŞI QURANA UYMAQ İSTƏYƏR."

... DÖYÜŞ DÜNYANIN  HƏR TƏRƏFİNƏ  YAYILDIĞI, HƏDDİNİ AŞIB, YÜKSƏLİB ŞİDDƏTLƏNDİYİ ZAMAN, ƏMR SAHİBİ (HZ.MEHDİ (Ə.S)) ONLARDAN PİSLİK EDƏN KƏSLƏRİ SORĞUYA ÇƏKƏCƏK. YER ÜZÜ QIZIL VƏ GÜMÜŞDƏN NƏ VARSA AŞKAR EDƏCƏK, SƏRVƏT VƏ XƏZİNƏLƏRİNİ ONA TƏQDİM EDƏCƏK. O DA (HZ. MEHDİ  (Ə.S) DA) ƏDALƏTİN  NECƏ TƏTBİQ OLUNDUĞUNU  ONLARA GÖSTƏRƏCƏK. KİTABA VƏ SÜNNƏYƏ TƏKRAR HƏYAT VERƏCƏK. (Nəhcül Bəlaği, 138. Xütbə)

Peyğəmbərimiz (s.ə.v)-in 1400 il bundan əvvəl bütün təfərrüatlarıyla xəbər verdiyi axırzamanda, yəni içində yaşadığımız bu əsrdə insanların böyük bir əksəriyyəti, dünya ehtirası ilə dolu, Allahdan və din əxlaqından qafil bir həyat keçirirlər. Belə bir seçim etmələrinə də səbəb olaraq, yaşadıqları ictimai şərtləri və dünya həyatının özlərini bu seçkiyə məcbur istiqamətində səbəblər qarşıya qoyarlar. Halbuki, hz. Mehdi (ə.s), zühur etdiyində bu kəsləri Qurana uymağa, Quran əxlaqını səmimi olaraq yaşamağa və peyğəmbərimiz (s.ə.v)-in  sünnəsinə tabe olmağa dəvət edəcək. Bu səbəblədir ki, hz. Mehdi (ə.s) dövründə insanların mənəviyyatları çox güclənəcək, Allaha və axirət gününə iman edən, bütün peyğəmbərlərə inanan, ibadətlərini Allah rizası üçün yerinə yetirən dindar bir cəmiyyət quruluşu meydana gələcək. Bütün dünya üzərində Quran əxlaqı və peyğəmbərimiz (s.ə.v)-in sünnəsini eynilə peyğəmbərimiz (s.ə.v) dövründə olduğu kimi yaşanacaq.

Hz. Mehdi (ə.s)-ın dövründə dünyada iqtisadi güc də çox artacaq, istehsal, heyvandarlıq, kənd təsərrüfatı, sənaye, mədənçilik çox üst səviyyələrə çatacaq. Xüsusilə mədənçilik sahəsində dünya səviyyəsində çox böyük inkişaflar yaşanacaq, qızıl və gümüş ehtiyatları və bunlardan əldə edilən məhsul miqdarı və keyfiyyəti ən yüksək səviyyələrinə çatacaq.

Hz. Mehdi (ə.s) zamanında ən diqqət çəkici tətbiqlərdən biri də, ədalətin Quran əxlaqına uyğun olaraq tətbiq olunması olacaq. Hz. Mehdi (ə.s) insanlar arasında ədalətlə hökm edən mənəvi bir lider xüsusiyyətini daşıyacaq. Bu səbəblə Quran əxlaqına uyğun olan həqiqi ədalət anlayışının necə olması lazım olduğunu və nə şəkildə həyata keçiriləcəyini insanlara şəxsən bu ədalət anlayışını yaşatmaq surətiylə öyrədəcək. Hz. Mehdi (ə.s) insanlara ədalətin tək tərəfli bir düşüncəni təmin edərək  tətbiqini  göstərəcək. Mütləq iki tərəf baxımından da şəfqət, mərhəmət və təşəbbüs ayrı-ayrı göz qarşısında tutularaq bir ədalət sistemi yaradılması lazım olduğunu öyrədəcək.

PAYLAŞIN
logo
logo
logo
logo
logo