Yəmənin onlarla problemindən biri köç
ucgen

Yəmənin onlarla problemindən biri köç

2095

Hər il minlərlə insan ya evlərini vuraxıb Yəmənə köç edir, ya da Yəməndə evlərini, qohumlarını, dostlarını tərk edib başqa diyarlara gedirlər. Bəzilərinin səbəbi yoxsulluq, bəzilərininki isə can qorxusu. Səbəbi ya da sayı nə olursa olsun, köç Yəmənin qarşı-qarşıya olduğu ən böyük problemlərdən biridir. İstər xaricdən qaynaqlnasın, istər də ölkə daxili şərtlərdən, buna bir çıxış yolu tapılmalıdır. Çünki nəzarət edilməyən köç hərəkətləri yeni böyük problemləri də özü ilə gətirə bilir.

Yəmən Köç Bürosu (YDI) 2013-cü ilin aprel ayında baş verən qarşıdurmalara görə evlərini tərk edərək ölkə içində fərqli bölgələrə köç edənlərin sayının yarım milyonu keçdiyini açıqlamışdı. 2009-cu ildə immiqrantlara lazım olan qida və sığınacaq köməyi etmək məqsədi ilə qurulan büro indi immiqrantların daha daç ətin vəziyyətdə olduğunu açıqladı. Çünki Dünya Qida Proqramının (WFP) suriyalı qaçqınlara köməyi artırması səbəbi ilə mart ayından indiyə qədər Yəmən içindəki immiqrantlara qida yardımı yarı-yarıya azalmışdır.

Yəmən üçün başqa köç problemi isə yetişmiş insan gücünün daha yaxşı gəlir əldə edə bilmək qayəsi ilə ölkə xaricinə köm etməsidir. Bu məqsədlə köç edənlərin sayı 1 milyonu keçmişdir. Şübhəsiz ki, yaxşı təhsil almış isan qaynaqlarını itirmək Yəmən üçün problem olsa da, bunun bəzi yararlarıda var. Yəmənin xaricinə köç edənlər geri qalan yaxınları və qohumlarına göndərdikləri valyutalarla ölkə iqtisadiyyatına dolayı yoldan kömək etmiş olurlar. Digər tərəfdən, bu immiqrantlar plduqları ölkələrdə Yəmən lehinə könüllü arxa fon fəaliyyətlərini göstərə bilirlər.

Qarşıdurmalardan və ya yoxsulluqdan dolayı qonşu ölkələrə qaçanların sayı da çoxdur. 700 mini Səudiyyə Ərəbistanında olmaqla, müxtəlif Yaxın Şərq və Afrika ölkələrində cəmi 900 min yəmənli immiqrantın olduğu fərz edilir.

Somalidə daxili müharibə başlaanda bu ölkədəki 60000-ə qədər yəmənli ölkələrinə qayıtmış, lakin Yəmənin Somalidən aldığı köç bununla da kifayətlənməmişdir. Somalidəki qeyri-sabitlik Yəmənə gələn somalili immiqrant sayında artıma səbəb olmuşdur. İndi müxtəlif dairələr Yəməndə 700000 somalili immiqrantın olduğunu söyləyirlər.

Eynilə Somali kimi Efiopiya da Yəmənə köç verən Şərqi Afrika ölkələrindən biridir. Yəməndəki efiopiyalıların sayı 10000 olaraq hesablanmışdır. Təbii ki, bu rəqəmlər rəsmi olaraq təyin edilmədiyi üçün bu rəqəmlərin dəqiq olduğunu da söyləyə bilmərik.

2008-ci ildə nəşr olunan bir BMT hesabatına görə is sadəcə bir ildə Afrikadan Yəmənə gələn immiqrant  sayı 50000 qədərdir.

İmmiqrantlar Şərqi Afrikadan Yəmənə dəniz yolu ilə və olduqca pis şərtlərdə gəlir və insan qaçaqçılarının əlinə düşürlər. Əllərindəki son bir neçə qəpiyi qaçaqçılara verən imiqrantlar əvəzləyici gəmilərlə  Yəmənə keçirilirlər. Gəmilər ən vacib insani ehtiyacları belə təmin edə bilməməklə yanaşı, olduqca davamsızdırlar.

Qaçaqçılar təhlükəsizlik işçiləri tərəfindən tutulmamaq üçün immiqrantları liman və ya körpülərə deyil, insanların məskunlaşmadıqları uzaq yerlərə buraxırdılar. Hətta bəzən sahildən kilometrlər açıqda dənizə ayır və ya gəmini batırırlar. İmmiqrant gəmiləri bu səbəblərlə çoxluqla ölümlərə səbəb olur. Bir çox immiqrant dənizdə həyatını itirir.

İmmiqrantların Yəməndə sahilə çıxmaları xilas olduqları demək deyil. Quruya ayaq basdıqdan sonra Yəmənə qəbul edilsələr belə, işsizliyin yüksək həddə çatdığı Yəməndə olduqca çətin şərtlərdə yaşayırlar.

Somalililər əksərən yəmənlilərin etmək istədikləri işlərdə olduqca az maaşa çalışırlar. Bir somalili immiqrant Yəməndə aylıq 50 dollara qədər maaşla çalışır. İmmiqrantların çalışdıqları işlərin çətinliyi bir tərəfə, tez-tez təhqirlərə də məruz qalırlar.

Şübhəsiz ki, bu hərəkətlər heç bir şəkildə müsəlmanlara yaraşmır. Çünki mərhəməti sonsuz olan Uca Rəbbimiz Bəqərə surəsinin 83-cü ayəsində yoxsulların cəmiyyətdəki mənəvi hüzurlarının təmin eidlməsi üçün alçaldılmamalarını, onlarla gözəlliklə davranılmasını əmr etmişdir:

Hər müsəlman Peyğəmbər dövründə Mədinəyə hicrət etmiş mühacir müsəlmanlara, mədinəli müsəlmanların sevgi və səmimiyyətlə yanaşdıqlarını unutmamalı, özünə onları örnək almalıdır.

İslam dünyası tarixdə mühacirlər ilə ənsar arasında olan qardaşlıq nümunəsindəki həmrəyliyə bu gün hər zamankından daha möhtacdır. Qəlblərdən kin, nifrət, mərhəmətsizlik kimi duyğuların silinməsi, yerinə qardaşlıq, mərhəmət, sevgi, şəfqət və hüsnü-zənn kimi hisslərin yerləşdirilməsi zəruridir.

Möminlər digər möminlərə qarşı son dərəcə mərhəmətli və son dərəcə təvazökar olmaqla məsuliyyət daşıyırlar. Əksini etmək qətiyyən Qurana uyğun deyil. Təkəbbür, qıqsqanclıq, pis söz söyləmək, dalaşmaq möminlərin deyil, inkarçıların xüsusiyyətləridir. Buna görə nəfsinə görə belə bir rəzilliyə düşmüş mömin dərhal davranışını düzəltməli, Allaha sığınmalı və əsl mömin rəftarını göstərməlidir. Əks halda aşağıdakı ayənin hökmünə görə, o gedər və Allah yerinə daha xeyirlisi gətirər:

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Maidə surəsi, 54)

Hörmətli Adnan Oktarın National Yemen'də nəşr olunan məqaləsi:

http://nationalyemen.com/2014/06/30/one-of-the-dozens-of-problems-facing-yemen-is-immigration/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr