HZ. MEHDİNİN (Ə.S.) GƏNC TƏLƏBƏLƏRİNİN BİR QİSMİ MƏRUZ QALDIQLARI ZÜLM VƏ TƏZYİQƏ GÖRƏ DƏCCALIN FİTNƏSİNƏ TABE OLAN AİLƏLƏRİNDƏN AYRILACAQLAR
ucgen

HZ. MEHDİNİN (Ə.S.) GƏNC TƏLƏBƏLƏRİNİN BİR QİSMİ MƏRUZ QALDIQLARI ZÜLM VƏ TƏZYİQƏ GÖRƏ DƏCCALIN FİTNƏSİNƏ TABE OLAN AİLƏLƏRİNDƏN AYRILACAQLAR

1447

Allahın insanlara rəhmət olaraq göndərdiyi elçilərin dəvət etdikləri haqq yola tabe olan və bu qiymətli elçiləri müdafiə edən, onlara dəstək olan, Allahın onlara endirdiyi haqq kitablara inanan imanlı gənclər tarixin hər dövründə ətraflarındakı insanlardan, yaxınlarından, xüsusilə də ailələrindən təzyiqlər görmüşlər. Axır zamanda zühuru böyük ümidlə gözlənən hz. Mehdini (ə.s.) sevən, onun Allah Qatından göndərilmiş müqəddəs şəxs olduğuna ürəkdən inanıb, onunla birlikdə Quran əxlaqına tabe olan gənc tələbələri də "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?" (Bəqərə Surəsi, 214) ayəsinə əsasən tarix boyunca müsəlmanların başına gələn hadisələrin bənzəri ilə onlar da imtahan olunacaqlar. Bu səbəbdən Quranda izah edilən nümunələrlə Hz. Mehdinin (ə.s.) camaatındakı tələbələrinin bir qisminin başlarına gələnlər arasında bir çox bənzərliklər olacaq.

 

BİR HƏDİSDƏ HZ. MEHDİNİN (Ə.S.) TƏLƏBƏLƏRİNİN BİR-BİRLƏRİNDƏN BAŞQA DOSTLARININ OLMAYACAĞI, BELƏ Kİ, İTSƏLƏR BELƏ AXTARILMAYACAQLARI XƏBƏR VERİLİR Kİ, BU DA ONLARDAN BƏZİLƏRİNİN YAŞADIQLARI CƏMİYYƏTİN, AİLƏLƏRİNİN, QOHUMLARININ MƏNFİ MÜNASİBƏTLƏRİNƏ İŞARƏ EDİR:

 

Buyurdu ki: "Onları yer üzünün kənarında axtar. Onların həyatları sadədir, evləri kürəklərindədir, əgər hazır olsalar tanınmazlar, əgər İTSƏLƏR AXTARILMAZLAR, XƏSTƏ OLSALAR HEÇ KİM ONLARIN ZİYARƏTİNƏ GƏLMƏZ, əgər evlənmək istəsələr heç kim onlarla evlənməz. Əgər ÖLSƏLƏR CƏNAZƏLƏRİNƏ HEÇ KİM GƏLMƏZ. Onlar mallarını aralarında paylaşarlar və bir-birlərini qəbirlərində ziyarət edərlər, ayrı-ayrı şəhərlərdə olsalar da istəkləri həmişə eynidir." (Gaybetul Numani, s. 23)

 

HƏDİSLƏRDƏ HZ. MEHDİNİN (Ə.S.) KÖMƏKÇİLƏRİNİN HZ. MUSAYA (Ə.S.) TABE OLAN, YA DA  KƏHF ƏHLİ KİMİ AZSAYLI GƏNCLƏRDƏN İBARƏT OLACAĞINA DİQQƏT ÇƏKİLİR:

 

Hükeym ibn Sad belə deyir: İmam Əmirəlmöminin Əli əleyhissalamın belə buyurduğunu eşitdim: "QAİM (HZ. MEHDİ (Ə.S.) ƏLEYHİSSALAMIN SƏHABƏLƏRİ GƏNCDİR və İÇLƏRİNDƏ YAŞLI YOXDUR; Ancaq gözdəki sürmə və ya azuqədəki duz qədərdirlər. Və azuqədəki ən az şey duzdur." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s .374)

 

Hz. Mehdinin (ə.s.) ətrafında gənclərin olacağına işarə edən digər hədislər isə bu şəkildədir:

 

Hz. Mehdi (ə.s.) bizdən Əhli Beytdən (soyumdan) BİR GƏNCDİR. Qocalarınız ona çatmayacaq, gəncləriniz isə onu ümid edəcəklər. Allah dilədiyini edəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 23)

Hz. Mehdinin (ə.s.) bayraqdarı az saqqallı, sarı dərili, kiçik BİR GƏNC OLACAQ. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 51)

 

Onun (Hz. Mehdinin (ə.s.)) bayraqdarı şərqdən Təmimi soyuna mənsub BİR GƏNC OLACAQ. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 26)

 

TƏZYİQ VƏ ZÜLMƏ MƏRUZ QALDIQLARI ÜÇÜN YAŞADIQLARI CƏMİYYƏTDƏN, YA DA AİLƏLƏRİNDƏN AYRILAN MÜSƏLMANLAR BARƏDƏ ALLAH QURANDA BU ŞƏKİLDƏ XƏBƏR VERİR:

 

KƏHF ƏHLİ:

 

Bir zaman gənclər MAĞARAYA SIĞINIB: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. (Kəhf surəsi, 10)

 

... sizin barənizdə heç kəsi duyuq salmasın! Çünki onlar sizi tapsalar ya SİZİ DAŞQALAQ EDƏR, YA DA ÖZ DİNLƏRİNƏ DÖNDƏRƏRLƏR. (Onda) siz heç vaxt nicat tapa bilməzsiniz!” (Kəhf surəsi 19-20)

 

 

HZ. MUSAYA (Ə.S.) İMAN EDƏN GƏNCLƏR:

 

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunus surəsi, 83)

 

ATASINDAN AYRILAN HZ. İBRAHİM (Ə.S.):

 

(Atası )dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər (buna) son qoymasan, SƏNİ MÜTLƏQ DAŞQALAQ EDƏCƏYƏM. UZUN MÜDDƏT MƏNDƏN UZAQ OL!” (İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və ALLAHDAN BAŞQA SİTAYİŞ ETDİYİNİZ (BÜTLƏRİ) TƏRK EDİR və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. (Məryəm surəsi, 46-48)

 

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. ATASININ ALLAHA DÜŞMƏN OLDUĞU ONA BƏLLİ OLDUQDAN SONRA İSƏ ONDAN UZAQLAŞDI. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi. (Tövbə surəsi, 114)

 

Hz. NUH İLƏ OĞLUNUN AYRILMASI:

 

Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!” (Hud surəsi, 45)

 

O dedi: “EY NUH! O, SƏNİN AİLƏNDƏN DEYİLDİR. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”. (Hud surəsi, 46)

 

HZ. NUH VƏ HZ. LUTUN YOLDAŞLARINDAN AYRILMASI:

 

ALLAH KAFİRLƏRƏ NUHUN ARVADI İLƏ LUTUN ARVADINI MİSAL ÇƏKDİ. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda girin!”– deyildi. (Təhrim surəsi, 10)

 

Ayələrdən də göründüyü kimi, peyğəmbərlər və Allaha iman edən, Allah rizası üçün yaşamağa qərar verən möminlər yalnız dindar olduqları üçün ailələrindən, ətraflarından təzyiq və zülm görürlərsə, onlardan ayrılır və din əxlaqını rahat və güvənli şəkildə digər möminlərlə birlikdə yaşayırlar. Allah Quranda onların bu hərəkətlərindən təriflə bəhs edir.

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V.) DÖVRÜNDƏ YAŞAYAN ƏSHABƏLƏRİN BİR QİSMİ DƏ ALLAHA İMAN ETDİKLƏRİ VƏ QURAN ƏXLAQINA UYĞUN OLAN HƏYATI SEÇDİKLƏRİ ÜÇÜN AİLƏLƏRİNDƏN CİDDİ ŞƏKİLDƏ TƏZYİQ GÖRMÜŞ, HƏBS EDİLMİŞ VƏ ŞİDDƏTƏ MƏRUZ QALMIŞLAR:

 

Ümmü Gülsüm binti Ukbe yeddi il ərzində ailəsinin təzyiqi ilə Məkkə müşriklərinin arasında yaşamaq məcburiyyətində qalmışdı. Rəsulallaha (s.ə.v.) beyət etdiyi andan etibarən digər müsəlmanlar kimi o da müxtəlif işgəncə və təzyiqlərə məruz qalmışdı. Din əxlaqını tərk etməsi üçün başda atası olmaqla müşriklərdən zülm və təzyiq görmüşdü... Bütün çətinliklərə baxmayaraq, iman etdiyi üçün təzyiq göstərən AİLƏSİNDƏN AYRILIB TƏK BAŞINA ETDİYİ HİCRƏT SƏFƏRİ möminlərə nümunə olmuşdur.

 

Musab ibn Umeyr (r.a) müsəlman olduğunu ailəsindən və tanışlarından gizlədərək Peyğəmbərimizi (s.ə.v.) gizlicə ziyarət etməyə davam etmişdir. Gizlicə namaz qıldığını ailəsi öyrəndiyi zaman isə qohumları tərəfindən tutulub həbs edilmiş və Həbəşistana hicrət imkanı çıxan kimi ilk karvanla birlikdə din əxlaqını daha rahat şəkildə yaşamaq üçün AİLƏSİNDƏN QAÇIB HƏBƏŞİSTANA HİCRƏT ETMİŞDİR.

 

Hz. Sələmə də Allaha iman etdiyi üçün ailəsi tərəfindən uzun müddət işgəncə görmüş səhabədir. Hz. Sələmə ilə qardaşı Həris iman edərək Peyğəmbərimizə (s.ə.v.) tabe olsalar da digər üç qardaşları Əbu Cəhl, As və Xalid Allahın bildirdiyi din əxlaqından üz çevirmiş və iman edən qardaşlarına düşmən olmuşdular. Hz. Sələmə uzun müddət qardaşları tərəfindən işgəncəyə məruz qalmışdır. Qardaşları hz. Sələmənin din əxlaqından uzaqlaşması üçün hər cür vasitəyə əl atmış, hz. Sələmə  TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMƏK VƏ İSLAM ƏXLAQINI RAHAT ŞƏKİLDƏ YAŞAMAQ ÜÇÜN HƏBƏŞİSTANA HİCRƏT ETMİŞDİR.

 

DƏCCALIN FİTNƏSİNİN ƏN YÜKSƏK DƏRƏCƏYƏ ÇATACAĞI AXIR ZAMANDA HZ. MEHDİNİN (Ə.S.) YANINDA OLAN GƏNCLƏRİN BİR QİSMİNİ AİLƏLƏRİNİN VƏ ƏTRAFLARININ DƏCCALIN YOLUNA ÇAĞIRACAQLARI PEYĞƏMBƏRİMİZİN HƏDİSLƏRİNDƏ AÇIQ-AŞKAR GÖRÜNÜR.

 

Hz. Mehdinin (ə.s.) bu zülmə məruz qalan bir qism tələbələrinin Quranda nümunə verilən mömin rəftarlarını göstərəcəkləri aydındır:

 

(Dəccalın) Bir bədəviyə belə deməsi də onun fitnəsindəndir. “Əgər atanı və ananı diriltsəm sənin Rəbbin olduğuma şahidlik edərsənmi?' Bədəvi “bəli” deyər. İki şeytan anası və atası surətində gəlib deyərlər ki, “EY ÖVLADIM ONA TABE OL. ŞÜBHƏSİZ, O, SƏNİN RƏBBİNDİR”. (Tirmizi)

 

ALLAH QURANDA ANA, ATA, QARDAŞ, ÖVLAD BELƏ OLSA ALLAH YOLUNDAN AZDIRMAĞA ÇALIŞANLARI VƏLİ ETMƏMƏYİ VƏ ONLARDAN ÜZ ÇEVİRMƏYİ ƏMR EDİR:

 

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar BİLMƏDİYİN BİR ŞEYİ MƏNƏ ŞƏRİK QOŞMAĞIN ÜÇÜN SƏNİ MƏCBUR ETSƏLƏR, ONLARA GÜZƏŞTƏ GETMƏ. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm. Biz insana, ana və atasına (qarşı) gözəlliyi (qanun əldə etməsini) tövsiyə etdik. (Ənkəbut surəsi, 8)

 

Ey iman gətirənlər! ƏGƏR ATALARINIZ VƏ QARDAŞLARINIZ KÜFRÜ İMANDAN ÜSTÜN SAYIRLARSA, ONLARI DOST TUTMAYIN. Sizlərdən onları dost tutanlar zalımlardır. (Tövbə surəsi, 23)

 

Ey iman gətirənlər! Şübhəsiz ki, ZÖVCƏLƏRİNİZDƏN VƏ ÖVLADINIZDAN SİZƏ DÜŞMƏN OLANLAR DA VARDIR. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir. (Təğabun surəsi, 14)

 

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – ÖZ ATALARI, OĞULLARI, QARDAŞLARI, QOHUM-ƏQRƏBALARI OLSALAR BELƏ – dostluq etsinlər… (Mücadilə surəsi, 22)

 

Bütün bu ayələrdən və hədislərdən aydın olur ki, HZ. MEHDİ (Ə.S.) DÖVRÜNDƏ YAŞAYAN VƏ BU QİYMƏTLİ HİDAYƏT ÖNDƏRİNƏ TABE OLAN GƏNCLƏRİN BİR QİSMİ Dəccalın təsiri altındakı ailələrindən keçmişdəkilərin başlarına gələnlərə bənzər reaksiyalar görəcəklər və onlara qarşı Allahın Quranda bildirdiyi "QOPUB AYRILMA" yolunu seçəcəklər.


PAYLAŞIN
logo
logo
logo
logo
logo