İnkar edənlərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri, axirətin varlığına inanmamalarıdır. Peyğəmbərimizin (səv) dövründə də inkar edən şəxslər axirətdə insanların təkrar diriləcəklərinə inanmamışlar. Peyğəmbərimiz (səv) isə onların iddialarına ən hikmətli və köklü şəkildə cavab vermişdir. Quranda, Peyğəmbərimizə (səv) bu hikmətli ayələri söyləməyi əmr edilmişdir:

Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?”  De: “İstər daş olun, istər dəmir, və ya (özünüzü) ürəyinizdə nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” (İsra surəsi, 49-51)
“Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı (dirildiləcəklər)?” De: “Bəli özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”. (Saffat surəsi, 16-18)

Peyğəmbərimiz (səv) bəlkə bu insanlar inkarlarından dönər və iman gətirərlər deyə, onlara axirətin dünya həyatından daha xeyirli və üstün olduğunu xatırlatmışdır. Onun bu sözlərindən bəziləri belədir:

"Ey insanlar! Dünya nəğd verilən bir mülkdür. Yaxşı olan da, pis olan da ondan nəsibini alar. Axirət isə, sadiq olan vəddir. Artıq Qədr olan Məlik hökm edər. Haqq yerini tapar. Batil isə zay olar. Ey insanlar, axirət övladı olun, dünya övladı olmayın. Çünki, övlad anaya tabedir. (Yəni dünya övladı olsanız, dünya kimi məhv olmağa layiq olarsınız.) Allahdan qorxaraq gözəl əməllər edin. Bilin ki, əməlləriniz sizinlə üzləşəcəkdir və yenə sizlər mütləq Allaha qovuşacaqsınız. Kim zərrə qədər xeyir iş görərsə, onun əvəzini görəcək və kim də zərrə qədər şər iş görərsə onun əvəzini görəcək. "

“Siz də Ondan başqa istədiyinizə ibadət edin”.  De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”  (Zumər surəsi, 15)
“Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”  (Ali İmran surəsi, 116)

2013-11-17 01:27:25