Siyac (SEYAJ)[1] Uşaqları Qoruma Təşkilatı Yəməndəki vəziyyət haqqında bir açıqlama yaydı.[2] Bu açıqlamaya görə, Yəməndə 5 milyondan çox uşaq su və qida çatışmazlığından xəstəlik və ya ölüm təhlükəsi altındadır. Bunun səbəbi isə ölkəyə bir aydır ki, qida, dərman və yanacaq maddəsi çatdırıla bilməməsidir.
Ailələrin əsas ehtiyaclarını ödəmək üçün yığdıqları qida ehtiyyatlarının böyük hissəsi tükəndi. Su və elektrik qurğuları istifadə edilə bilmir, gəmi və təyyarə nəqliyyatı da işləmir.
Təşkilatın verdiyi məlumata əsasən, Sanada məktəblər bağlıdı və 5 milyondan çox şagird təhsil almaqdan məhrumdur.
150-yə qədər məktəb silah anbarı olaraq istifadə edildiyi şübhəsi ilə bombalandığı üçün yararsız vəziyyətdədir. Bombalara görə dağılan təkcə məktəblər deyil. Xəstəxanalar və yanacaq təsisatları beynəlxalq hüquqa və müqavilələrə zidd olaraq hərbi məqsədlə istifadə şübhəsi ilə dağıdılmışdır. Qarşıdurmalara görə 500 min insan evini tərk edib köçmək məcburiyyətində qalıb.
Şüphəsiz, bu vəziyyət ən çox uşaqlara təsir edir. Sana, Aden, Saada, Taiz, əl-Hodeidah, Ibb, Ataq və Haradhda ən az 3 milyon uşaq elektrikin olmamasından çətin vəziyyətə düşüb. Bu şəhərlərdə qida, səhiyyə və yerləşmə məsələsində böyük problemlər mövcuddur.
Dünya Qida Proqramı (WFP) ötən gün Yəməndə qida yardımlarının yanacaq probleminə görə çatdırıla bilmədiyini və durma səviyyəsinə gəldiyini elan etmişdi.
BMT Cenevrə Ofisindən verilən açıqlamada təşkilat münaqişənin davam etdiyi Yəməndə lazım olan yanacağı təmin edib qida yardımlarına davam edə bilmək üçün bütün tərəflərə münaqişəyə ara verməyi çağırdı.[3] Halbuki buna reaksiya verən olmadı.
Ərəbistan liderliyindəki koalisiya dünyanın müxtəlif yerlərində edilən yanlışı təkrarlayaraq hava bombardmanı ilə nəticə alacağını zənn edir. Halbuki hava bombardmanı münaqişələri, çəkişmələri artıran, çox saylı mülki şəxsin həyatını itirməsinə səbəb olan təhlükəli üsuldur. Bəzi siyasətçilər və əsgərlər terrora və bölünmələrə qarşı olmağın tək göstəricisinin hava bombardmanını dəstəkləmək olduğunu düşünürlər. Daha da təəccüblüsü isə ölkəsinə verdiyi ziyan göz qabağında olduğu halda yerli siyasətçilərin də bu kimi əməliyyatlara böyük dəstək verməsidir.
Yəməndəki münaqişələrdə rolu olan bütün hərbçilər, əsgərlər və siyasətçilər bilməlidir ki, cinayət heç vaxt başqa cinayətlə həll edilmir. Ölümləri durdurmağın yolu daha çox insan öldürmək deyil.
Hava bombardmanı ilə Yəmən xalqı sanki kütləvi olaraq cəzalandırılır. Zeydi, sünni, təqsirli-təqsirkar, uşaq, qadın, qoca, xəstə ayırd etmədən bir xalq kütləvi şəkildə öldürülür. Bu insanlıqdan kənar üsuldur və acızlik göstəricisidir. Kütləvi şəkildə bombalamaq və ya ölkəni mühasirəyə almaq uğursuzluğun, çarəsizliyin göstəricisidir.
Bütün demokratik sistemlərdə cinayət törədən ən qatı cinayətkarlar belə həbs edilərək mühakimə edilir. Heç bir Avropa ölkəsində bir bölgədə yaşayan onlarla insanın bir cinayətkarı cəzalandırmaq üçün öldürüldüyüynü görə bilməzsiniz. Çünki bəzən yanlış şeylər də tətbiq edilsə, burada insan həyatı önəmlidir və qanunsuz olaraq bir insanın həyatına qəsd edənlər bunun qanun qarşısında hesabını verəcəyini bilirlər.
Tövrat və İncildə olan «öldürməyəcəksin» əmri Quranda da var. Allah müsəlmanlara bir insanın öldürülməsinin bütün insanları öldürmək kimi olduğunu bildirmişdir.
Səmimi şəkildə iman gətirən və Qurana tabe olan insan sünni və ya zeydi olsun bir insanın həyatını qorumaq üçün belə maksimum cəhd edər. Bu səbəbdən hava bombardmanını müdafiə etmək və «əlbəttə ki, bu əməliyyatda səhvən bir-iki nəfər ölə bilər» demək müsəlmanın istifadə edəcəyi üslub deyil.
Yəmənli müsəlmanlar barışmaq və barışdırmaq tərəfdarı olmalıdır. Bunun üçün tərəflər ancaq sevgi üslubunu seçməlidir. Çünki İslamın əsas mənbəyi olan Quran sevgi, şəfqət, mərhəmət, təvazö, fədakarlıq, tolerantlıq və sülh anlayışlarını önə çıxarır.
Husilərlə hökumət, İranla Ərəbistan münaqişəni önə çıxaran üslubu bir an öncə tərk etməlidir. Əks təqdirdə Yəməndə böyük insanlıq faciəsi olacaq. Başda Türkiyə olmaqla digər İslam ölkələri də səfərbər olub Yəməndə sülhü təsis edərək, daha çox müsəlmanın ölümünə mane olmalıdır. Atəşkəsin təmin edilməsi üçün sülhün təsis edilməsini gözləmədən ilk öncə böyük yardım kampaniyası başladılmalı və xalqa çatdırılmalıdır.
[1] SEYAJ Organization for Childhood Protection
[2] http://www.seyaj.org/news.php?id=703
[3] https://www.wfp.org/countries/yemen
Adnan Oktarın «National Yemen»də nəşr olunan məqaləsi:
http://nationalyemen.com/2015/05/03/deaths-cannot-stop-more-people-being-killed/