Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (22 iyul 2012, 23:00)

Adnan Oktar: Tövbə surəsi, Allah: “And olsun” deyir, şeytandan Allaha sığınıram. "And olsun, onlar əvvəllər də fitnə axtarmışdılar". Bu münafiqlərin xüsusiyyətidir. Yaxşılıq axtarmayıb, əksinə pislik, rüsvayçılıq axtarır. Yəni İslam Birliyini müdafiə etməyi istəmək əvəzinə, darvinizm və materializmi çökdürmək üçün, fəaliyyət göstərmək əvəzinə, müsəlmanlar arasında dostluğu, köməkləşməni gücləndirmək əvəzinə, xeyirli, gözəl işlər görmək əvəzinə müsəlmanlarla mübarizə aparır. "Və sənə qarşı bəzi işlər çevirmişdilər". Yekə-yekə insanlar işi-gücü buraxıb, müsəlmanlarla mübarizə aparırlar. "Nəhayət onlar, istəmədikləri halda haqq gəldi". Hz. Mehdi (ə.s) zühur etdi, İslam Birliyi meydana gəldi, Peyğəmbərimiz (s.ə.v) müvəffəqiyyət qazandı, İslam yayıldı, Quran tamamilə dünyaya yayıldı, hakim oldu. "Və Allahın əmri yerinə yetdi".