Allah sonsuz mərhəmətli, şəfqətli və bağışlayıcı olandır. Allah, Quranda hər qulunun tövbəsini qəbul edəcəyi, bir insan küfrü imtina etdiyi təqdirdə günahlarını bağışlayacağını müjdələmişdir. Peyğəmbərimiz (səv) də inkar edənlərə Allahın bu müjdəsini çatdırmışdır:
“Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər” (Ənfal surəsi, 38)
Peyğəmbərimiz (səv) hədislərində də insanlara, hər zaman tövbə edə biləcəklərini belə xatırlatmışdır:
"Tövbə qapısı açıqdır, Günəş qərbdən doğulana qədər bağlanmaz."
“Buna görə də, sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. (Şura surəsi, 15)