Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (13 may 2012, 23:00)
Adnan Oktar: Tövbə surəsi, 100-cü ayə. "Önə keçən mühacirlər", hicrət ediblər, mühacirdirlər. Müsəlmanların yanına hicrət edirlər, "və ənsar", onlara sığınacaq verənlər, "ilə onlara gözəl şəkildə tabe olanlar". Yəni oradakı mühacirlərə, ənsara tabe olanlar. Mühacirlər, ənsarlar və onlara tabe olanlar müsəlmanlardır, Allah: "Allah onlardan razı qalmışdır" deyir, "onlar da Ondan razı qalmışdırlar", tam, "və (Allah) onlar üşün, içində əbədi qalacaqları, altından çaylar axan cənnət bağları yaratmışdır. Böyük "qurtuluş və xoşbəxtlik" budur". Baxın, mühacirlər, ənsarlar və onlara tabe olanlar Quranda müjdələnmişdir, maşaAllah. Deyirlər, ha, haradadır səhabələr, haradan anlayırıq? Baxın, Quranda ayə var.