Tövbə surəsi, 107 (Münafiqlər)
ucgen

Tövbə surəsi, 107 (Münafiqlər)

935

MÜSƏLMANLARA ZƏRƏR VURMAQ, KÜFR ETMƏK, MÖMİNLƏRİN ARASINA TƏFRIQƏ SALMAQ MƏQSƏDILƏ, ƏVVƏLCƏDƏN ALLAHA VƏ ONUN ELÇISINƏ QARŞI MÜHARIBƏ EDƏN kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “BİZ YAXŞILIQDAN BAŞQA BİR ŞEY İSTƏMƏDİK” – DEYƏ AND İÇƏCƏKLƏR. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tövbə surəsi, 107)

Bunlar onsuz da məscid tərəfdarıdırlar, mütləq bir müsəlman tapıb bir camaat içinə girmək istəyərlər, amma əsl camaatları özləridir, toplanıb bir yerə gələrlər.

İslamın yayılmasını istəməz, amma istəyirmiş kimi görünər. Müsəlmanların bir qismini ayırmaq istəyər, amma maraqlarına uyğun gələnlərə yanaşması əsas xüsusiyyətlərindən biridir.

Müsəlmanların əleyhinə hansı fəaliyyət varsa, hamısına dəstək olmaq xüsusiyyətləridir. Dövrün şərtləri içində nə lazımdırsa edər, yalan xəbər yayar, bir qisim mətbuatla, digər münafiqlərlə, küfrlə əməkdaşlıq edərlər. Müşahidə etmək üçün məscid düzəldərlər. Allahı anlayırmış kimi görünərək bir sistem meydana gətirərlər, soruşulduğunda isə məqsədlərinin yalnız yaxşılıq olduğunu deyərlər.

Münafiqlər iman bağına fikir verməzlər, qan bağına fikir verərlər.

Faşizmin də mənşəyində şeytanlıq vardır. PKK-nın da mənşəyində şeytani düşüncə var. PKK da münafiq cərəyanıdır. Allaha, dinə, Kitaba düşmən olduğu aydındır. Amma bəzən özünü elə deyilmiş kimi göstərər. Amma qan bağını əsas götürər, iman bağına fikir verməz. Müsəlman iman bağına fikir verər, eyni soydan gəlir, amma imansızdırsa, qardaşı deyil.

Münafiq öz şeytani kitabını özü yazar. Quranı özünə görə nizamlayar, haşa. Əlavə edər, çıxarar. Şeytana uyğun bir ruh axtarar, Quranda tapa bilməyincə də dilini əyib bükməyə başlayar.

(Adnan Oktarın 28 avqust 2010-cu il tarixli müsahibəsindən şərhlər)

PAYLAŞIN
logo
logo
logo
logo
logo