Normal şəraitdə soyuq suyun təsirindən kimyəvi proseslər yavaşladığı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu izləməsi çox çətin olmalıdır. Ancaq akulanın heç vaxt belə problemi olmur. Çünki ağ akulaların gözləri özləri kimi soyuqqanlı deyil. Akulanın bu növündə bədən əzələlərinin istiliyi birbaşa gözlərə ötürülür. Bunun sayəsində, onlar sürətlə hərəkət edən balıqları rahatlıqla tuta bilirlər. (John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Mmm., London 1999, s. 146)
Elektrik cərəyanlarına həssas akulalar
Bütün canlılar istilikdən başqa elektrik də yayırlar. Quruda yaşayan canlılar bu cərəyanları hiss edə bilmir, çünki hava elektriki keçirmir. Ancaq suyun içində vəziyyət fərqlidir. Elektrik təbii keçirici olan suyun içinə axır. Bu səbəbdən, bu elektriki hiss edən bir canlı çox həssas duyğuya sahib olur. Akulalar da bu üstünlüyə sahib olan canlılardandır. Belə ki, sudakı bütün titrəyişləri, suyun temperaturundakı dəyişikliyi, duzluluq nisbətini və xüsusilə də hərəkət halındakı canlıların gətirib çıxardığı elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilirlər. (Marie-Sophie Germain, Science et Vie, No: 966, Mart 1998, s. 85-89)
Akulaların bədənlərində içi jeleyə bənzər maddə ilə dolu çoxlu oyuq mövcuddur. Bu oyuqların əksəriyyəti akulanın başında yerləşir. Lorensini lampaları adlanan bu orqanlar mükəmməl elektrik qəbulediciləridir. Akulalar bu qəbuledicilərdən istifadə edərək ovlarını tapırlar. Bu orqanlar heyvanın başının uc hissəsinə və başın üstündə olan məsamələrə bağlı olub, çox həssas quruluşa malikdir. Belə ki, akulalar bir voltun 20 milyardda biri gücündəki cərəyanları belə hiss edirlər.
Bu, böyük bir gücdür. Bunu bir nümunə ilə izah edək: evinizdəki batareyaları düşünün. 1.5 voltluq batareyaların ikisini bir-birindən 3000 kilometr uzağa qoysanız, akulalar bu batareyaların yaydığı cərəyanı hiss edəcəklər. (John Downer, Supernature, The Unseen Powers of Animals, BBC Worldwide Mmm., London 1999, s. 17)
Bu məlumatlar akulaların fövqəladə kompleks bədən sistemlərinə sahib olduqlarını göstərir. Akulalardakı sistem və orqanların bir çoxu bir-biri ilə əlaqəlidir. Biri olmadan digəri funksiyalarını yerinə yetirə bilməz. Məsələn, elektrik cərəyanlarını qəbul edən sistemin hissələrindən biri belə olmasa, ya da hər hansı biri funksiyasını yerinə yetirməsə, Lorensini lampaları heç bir işə yaramaz.
Yuxarıda qısaca izah etdiyimiz akulanın bu xüsusiyyətləri kimi, kainatın hər yeri uca Rəbbimizin üstün elmini təqdir etmək, Onu düşünüb, şükr etmək üçün səbəbdir. Allah bu həqiqəti ayələrdə belə bildirmişdir:
Kainatdakı qüsursuz nizamın Allahın əsəri olduğunu əsla unutmayın
Bütün kainatda qüsursuz bir nizam var. Şübhəsiz bu, ən kiçik mikroorqanizmdən Günəş sisteminin nəhəng planetlərinə qədər canlı-cansız hər şeyi idarəsi altında tutan Allahın yaratmasıdır. Mükəmməlliklərlə dolu olan bədənimizi düşünək. Beynimiz müasir texnologiyanın ən üstün məhsulu qəbul edilən kompyuterlərlə əsla müqayisə edilə bilməyəcək qədər qüsursuzdur. İnsanın nəfəs ala bilməsi üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək və damarlar kimi orqanların hamısı eyni anda işləyir. Heç biri bir dəqiqə belə istirahət etməz, bir an belə yorulmaz. Hər biri böyük itaət və təslimiyyətlə özünü yaradan Allaha boyun əyər və Rəbbimizin özü üçün təqdir etdiyi əmri yerinə yetirər.
Allah kainatı sonsuz ağıl və güclə yaratmış və Yer kürəsini də yaşamağımız üçün xüsusi olaraq dizayn etmişdir. Çünki Allah nizamla yaradandır. Allah bir ayədə insanın yaradılışı ilə əlaqədar olaraq belə buyurur: