Yarasaların radar sistemi
ucgen

Yarasaların radar sistemi

704

Yarasaların ən maraqlı xüsusiyyətlərindən biri onların istiqamət müəyyən etmək qabiliyyətləridir. Yarasaların bu qabiliyyəti tədqiqatçılar tərəfindən aparılan bir sıra təcrübələr nəticəsində ortaya çıxarılmışdır. Allah yaratma sənətindəki böyüklüyü, bənzərsiz dizaynı göstərmək üçün hər canlıya müxtəlif xüsusiyyətlər vermişdir. Bu xüsusiyyətlər insanı heyran edən üstün ağlın əsəridir. Biz bunlara baxıb Allah`a şükr etməliyik. Göyləri və yeri yaradan Allah`ın ölüləri də diriltməsinin çox asan olduğunu unutmamalı və axirətdəki əsl həyatımız üçün səy göstərməliyik.

Yarasalar da Allah`ın bənzərsiz yaratma sənətinin gözəl nümunələrindən biridir. Alimlərin apardığı bir çox təcrübə nəticəsində bu canlıların yeni xüsusiyyətləri kəşf edilib. 

Aparılan təcrübələrdən biri belə idi: Yarasa qaranlıq bir otağa saxlınmış, sonra otağın küncünə bir milçək qoyulmuş və yarasanın hərəkətləri qaranlıqda kameralarla izlənilmişdir.  Milçək havada qanad çalan kimi qarşıdakı küncdən  sürətlə hərəkətə keçən yarasa birbaşa milçəyə doğru gəlib onu ovlamışdır. Bu təcrübə ilə tədqiqatçılar yarasaların qaranlıqda belə çox iti ayırd etmə qabiliyyətinə sahib olduğu qənaətinə gəlmişlər. Bəs yarasanın bu üstün intuisiyası haradan qaynaqlanır? Eşitmə hissindənmi, yoxsa sahib olduğu gecə xüsusi görmə sistemindən?

Bu sualların cavabını axtaran alimlər ikinci təcrübə də aparmışlar. Bu dəfə otağa bir qurd qoyulmuş və üzəri də qəzet səhifəsi ilə örtülmüşdür. Yarasa vaxt itirmədən yerdəki qəzet səhifəsini qaldırıb qurdu yemişdir. Bu nəticə yarasanın istiqamət müəyyən etmə qabiliyyətinin görmə hissi ilə əlaqəli olmadığını göstərir.

Alimlər yarasalarla bağlı təcrübələrinə davam etmişlər: Uzun koridorun bir başına yarasa, digər tərəfinə isə bir dəstə kəpənək yerləşdirilmişdilər. Təcrübə keçirilməmişdən əvvəl koridoru ortadan kəsən, bir-birinə paralel divarlar düzəldilmişdir. Sonra  bu divarların hər birinə ancaq bir yarasanın keçə biləcəyi qədər deşik açılmışdır. Deşiklər hər divarın fərqli yerində açılmışdır. Yəni, yarasanın bu divarları keçməyi üçün sanki "slalom" yarışındakı xizəkçilər kimi müntəzəm manevrlər etməli idi.

Yarasa birinci divara çatanda düz deşiyə tərəf hərəkət edib, buradan asanlıqla keçmişdi. Bundan sonrakı hər divarda eyni şey müşahidə edilmişdi: Yarasa divara dəymək bir yana, heç deşikləri axtarmağa belə ehtiyac duymurdu. Sonuncu divarı da rahatlıqla keçən yarasa burada tutduğu kəpənəklərlə qarnını doyurdu.

Bu vəziyyət qarşısında heyranlıqlarını gizləyə bilməyən elm adamları yarasanın bu xüsusiyyətinini daha dəqiqi ölçmək üçün axırıncı təcrübə aparmaq qərarına gəldilər. Bu dəfə məqsəd yarasanın ayırd etmə qabiliyyətini daha dəqiq təyin etmək idi. İndi isə uzun tunel hazırlanmış və tunel boyu tavandan dağınıq halda 0.6 mm qalınlığında polad məftillər asılmışdır. Yarasa müşahidəçiləri bu dəfə də təəccübləndirib asılan məftillərdən heç birinə ilişmədən, birbaşa aralarından keçərək yolunu müvəffəqiyyətlə tamamlamışdır. Yarasanın bu uçuşu 0.6 mm qalınlığındakı məftilləri belə uzaqdan hiss etdiyini göstərir. Aparılan digər araşdırmalar da yarasaların bu möhtəşəm hiss etmə qabiliyyətlərinin xüsusi sonar  sistemi ilə əlaqədar olduğunu göstərmişdir. (http://www.heyvanlardakidizayn.com/)

Yarasalar ətraflarındakı cisimləri hiss etmək üçün yüksək titrəyişli səs dalğaları yayırlar. İnsanlar tərəfindən eşidilməyən bu dalğaların əks-sədaları yarasa tərəfindən qəbul edilir və beləcə, yarasa həmin mühitin beynində bir növ xəritəsini çəkir. Yəni, yarasanın havada uçan kiçik milçəyi belə hiss etməsi göndərdiyi səslərin milçəyə dəyib geri dönməsi nəticəsində yaranan əks-sədalarla əlaqəlidir. Yarasanın sonarla istiqamət tapması yaydığı səslərin özünə geri dönmə müddətləri arasındakı fərqi hesablaması sayəsində mümkün olur.

“Doppler effekti” kimi tanınan fizika qanununa görə, hərəkət edən bir cisimə dəyən səsin tezliyi dəyişir. Yarasa sanki Doppler effektini bilirmiş kimi hərəkətli cisimlərə doğru göndərdiyi səs dalğalarını dəyişir. Yarasa sonarının çox maraqlı digər cəhəti də bu məqamda ortaya çıxır. Allah yarasanın eşitmə sistemini yalnız öz səsini eşidəcək şəkildə yaratmışdır. Quranda Allah belə buyurmuşdur:

"Sizin üçün heyvanlarda da, əlbəttə, ibrətlər vardır" (Nəhl surəsi, 66)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr