Dünyada bir çox dövlət parçalanma və bölünmə təhlükəsinə qarşı böyük mübarizə aparır.
SON 70 İLDƏ DÜNYADA PARÇALANMALAR
İkinci Dünya Müharibəsi 1945-ci ildə başa çatdıqda dünyada 60 ölkə olduğu halda, hazırda bu rəqəm beynəlxalq aləmdə tanınan ölkələrlə 194-ə, tanınmayanlarla birlikdə 210-a çatıb.
Son 70 illik dövrdə yeni dövlətlərin qurulması dörd fərqli formada olmuşdur:
1. Müharibə və işğallar
2. Afrika və Asiyada müstəmləkə və koloniyalardan müstəqillik elan edərək ayrılan ölkələr
3. Dağılan sosialist respublikaları
4. Bölünərək ayrılan federasiyalar və muxtar vilayətlər.
Bu bəndləri ayrı-ayrı araşdırsaq;
1. Müharibə və işğallarla parçalanmalara xüsusilə Koreya və Almaniya nümunə ola bilər. İki ölkə də "Soyuq Müharibə" dövründə iki hissəyə bölündü. Koreyanın şimalı SSRİ və Çinin dəstəyi ilə kommunist rejim olan Koreya Demokratik Xalq Respublikasına, cənubu isə ABŞ dəstəyində Koreya Respublikasına çevrildi. Almaniyanın şərqi SSRİ tərəfindən işğal edildi və 1949-cu ildə kommunist rejim olan Alman Demokratik Respublikası elan edildi. Ölkənin qərbində isə Almaniya Federativ Respublikası quruldu. Beləliklə Almaniya 41 il davam edəcək bir bölünmüşlük dövrü yaşadı.
2. İkinci Dünya Müharibəsindən sonra ilk olaraq müstəmləkə altında olan dövlətlər müstəqilliklərini əldə etməyə və sonra öz içlərində bölünməyə başladılar. Məsələn, Böyük Britaniya Hindistanı Hindistan və Pakistan olaraq iki ayrı müstəqil dövlətə ayrıldı. Şərqi Pakistan da bu ölkədən ayrıldı və Banqladeş dövləti elan edildi. Hindistanın bir hissəsi olan Kəşmir Muxtar Vilayəti uğrunda Hindistan və Pakistan arasında tez-tez qarşıdurmalar baş verir.
3. Federasiya və ya konfederasiya quruluşuna malik kommunist ölkələr son 25 il ərzində parçalandı. 90-cı illərdən başlayaraq SSRİ dağılaraq bölündü. Yuqoslaviya Vətəndaş müharibəsi ölkəni 7 hissəyə parçaladı. Çexoslovakiya ikiyə bölünərək Çex Respublikası və Slovakiya dövləti yarandı.
İlk öncə 1991-ci ildə SSRİ dağıldı və 15 ayrı dövlət quruldu. Rusiya Federasiyasına bağlı olan Çeçenistan, Dağıstan, Cənubi Osetiya, Abxaziya kimi federal dövlətlər problemli bölgələrdir.
1918-ci ildə qurulan Yuqoslaviya Krallığı, II Dünya Müharibəsindən sonra 1943-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikası adı altında yeni dövlətə çevrildi. Bu dövlət 6 federal dövlət və 2 muxtar bölgədən ibarət idi. 1990-cı ildə başlayan böyük və qanlı vətəndaş müharibəsindən sonra 1992-ci ildə ölkə parçalandı. İlk parçalanmadan ortaya Xorvatiya, and Herzegovina-Bosniya Xorvat Respublikası, Serbiya-Çernoqoriya Konfederasiyası, Serb Krajina Respublikası, Bosniya-Herseqovina (Bosniya-Herseqovina Federasiyası və Serb Respublikasının birləşməsindən ibarət olan ölkə), Makedoniya və Sloveniya quruldu.
Serb Krajina Respublikası yarandığı il dağıldı. Serb Respublikası Bosniya-Herseqovinaya qoşuldu. Qərbi Bosniya muxtar vilayəti 1993-ci ildə aradan qalxdı. Kosovo 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalaması nəticəsində yarandı.
Bölünmədən sonra Serbiya və Çernoqoriya birləşərək Yuqoslaviya Federativ Respublikası adı altında konfederasiya qurdu. Kosovo da bu birlik içində Serbiyaya daxil idi. Daha sonra 2003-cü ildə onlar da bölünərək ayrı-ayrı Serbiya və Çernoqoriya yarandı. Kosovo da Serbiyadan ayrılaraq 2008-ci ildə müstəqilliyini elan etdi.
Nəticə etibarilə, Yuqoslaviyanın olduğu ərazidə bu gün Bosniya-Herseqovina, Serbiya, Xorvatiya, Makedoniya, Çernoqoriya, Sloveniya və Kosovo olaraq 7 ayrı dövlət var. Bosniya Herseqovinada hazırda gündəmdə yenə bölünmə var. Bu ölkəyə daxil olan Serb Respublikası bu birlikdən ayrılmaq istəyir. Ölkədə heç bir şəkildə siyasi sabitlik təmin edilə bilmir. 2 milyonluq əhalisi ilə Serbiyanın Voyvodina Muxtar Vilayətində də ağır iqtisadi şəraitə görə qeyri-sabitlik hökm sürür.
Yuqoslaviyanın bölünərək parçalanması Yunanıstan sərhədləri içindəki Makedoniya bölgəsində də həyəcan yaradır. Bu vəziyyət Yunanıstanı narahatlığa sövq edir.
4. Bir çox federativ və muxtar vilayət bölünərək müstəqillik elan etdi.
Prezidentli federativ respublika olan Sudandan Cənubi Sudan ayrıldı.
Efiopiyanın sahil boyu bölünərək Eritreya dövləti yarandı. 1952-ci ildə Erite-Efiopiya Federasiyası quruldu. 1962-ci ildə Eritreya ləğv edilib Efiopiyaya birləşir. Ancaq Eritreya 1993-cü ildə müstəqilliyini elan edir.
Malayziya Federasiyasından 1965-ci ildə Sinqapur bölgəsi ayrılaraq yeni dövlət quruldu.
İndoneziya Federasiyasından 2002-ci ildə Şərqi Timor ayrıldı və yeni dövlət qurdu.
Mavritaniya, Burkina-Faso, Fil Dişi Sahili, Benin, Maliyyə, Qvineya və Seneqal fransız Qərbi Afrika Federasiyasının bölünməsi nəticəsində quruldu.
Dövrümüzdə federativ respublikalarda bölünmə təhlükəsi
İraqda vətəndaş müharibəsi davam edir. Ölkə hazırda "1980-ci illərdə İsrail üçün strategiya" hesabatında qeyd edildiyi kimi bir-birinə qarşı 2 sünni bölgə, cənubda şiə bölgəsi, şimalda da kürd bölgəsi olaraq bölünmüş vəziyyətdədir. Ölkənin şimalı Birinci Körfəz müharibəsindən sonra tətbiq olunan uçuş qadağasından sonra Bağdad rəhbərliyindən çıxmışdı. Kürdüstan Regional Rəhbərliyi, Şimali İraq Kürdüstan Federasiyası adı altında 2005-ci ildə muxtariyyət elan etdi. Hal-hazırda bu bölgə də müstəqillik tələb edir.
Suriyada də vətəndaş müharibəsi davam edir. Vətəndaş müharibəsindən sonra ölkənin beş və ya altı hissəyə bölünmək təhlükəsi olduğu deyilir. Bir nusayri, iki ayrı sünni, bir kürd və bir Dürzi bölgəsinin federativ dövlət olaraq qurulması gündəmdədir. Bəzi analitiklər xristianlara aid federativ dövlətin qurulmasının vacibliyini də gündəmə gətirir. (1)
Yəmən Respublikası 1990-ci ildə Cənubi və Şimali Yəmənin federasiyası olaraq qurulmuşdu. Ölkədə bu gün qanlı vətəndaş müharibəsi mövcuddur və ikiyə deyil, dördə bölünmək üzrədir.
Ukraynadan Krım Muxtar Vilayəti ayrıldıqdan sonra şərqdəki Donetsk və Luqansk da müstəqilliklərini elan etdi. Bu iki yeni bölgənin də Rusiyayla birləşməsi gözlənilir. Vətəndaş müharibəsi davam edir.
Kanadanın fransızca danışan Kvebek bölgəsi ayrılmaq istəyir.
Moro Filippindən ayrılmaq istəyir.
Tuareqlər Əlcəzairdən ayrılmaq istəyir.
Zapatistalar Meksikadan ayrılmaq istəyir.
ABŞ-da respublikaçıların hakim olduğu 20 əyalət Obamanın başçılığından sonra ayrılıq barədə ərizələr yığmağa başladı. Bu əyalətlər arasında Texas, Corciya, Şimali və Cənubi Karolina, Vermont, Luiziana, Missuri, Tennessi, Alabama, Oklahoma, Florida və Ohayo da var. "Christian Exodus" separatçı qrupu isə Cənubi Karolinanın "ayrı xristian ölkə" olması üçün 2003-cü ildən etibarən geniş fəaliyyət göstərir. (2)
AVROPADA BİR ÇOX MUXTAR/FEDERATİV QURULUŞ AYRILMA MƏRHƏLƏSİNDƏDİR
Avropanın da bir çox ölkəsi bölünmə təhlükəsi ilə qarşı-qarşıyadır. İspaniya, İngiltərə, İtaliya, Fransa, Belçika, Avstriya, Finlandiya, Moldova, Serbiya, Makedoniya, Bosniya-Herseqovina və Danimarka bölünmə təhlükəsi ilə qarşı-qarşıya olan ölkələrdən bəziləridir. (3)
Moldovada Transdinyester Muxtar Vilayəti ayrılmışdı. Hazırda qaqauzlar da ayrılmaq istəyir.
Bölünmə problemi ən çox İspaniyadadır. 1932-ci ildə qurulan 2-ci İspaniya Respublikası muxtar vilayətlərin federasiyasıdır. Muxtar vilayətlər bir çox federasiyadan daha çox səlahiyyətə malikdir. Bask Bölgəsi və Kataloniya ayrılmaq istəyir.
Belçika ilk qurulduğunda unitar respublika olduğu halda sonradan federal bölgələrə ayrıldı. İlk əvvəllər yalnız mədəni cəmiyyətlər vardı. Sonra bölgələr öz parlamentlərini qurdular, zaman keçdikcə konstitusiya dəyişdi. Ölkə bölgələr federasiyası halına gəldi. İndi də bölünmə haqqında danışırlar. 1980-ci ildə mədəni cəmiyyətlər öz parlamentlərini qurdu, təhsil bu cəmiyyətlərə dövr edildi. 1993-cü ildə federasiya quruldu, parlamentlərini özləri seçməyə başladılar. 2001-ci ildə kənd təsərrüfatı və maliyyə kimi mövzular yerli rəhbərliklərə verildi. 2011-ci ildə Brüssel muxtar vilayət oldu. Belçika Senatına birbaşa seçkilər ləğv edildi. Federasiyalar öz üzvlərini göndərməyə başladı. Flaman bölgəsi Belçikadan ayrılaraq müstəqil olmaq istəyir. Flaman bölgəsinin ən böyük xüsusiyyəti eynilə Bask və Kataloniyada olduğu kimi ölkənin ən zəngin bölgəsi olması və bu zənginliklərini paylaşmaq istəməmələridir. Belçika unitar quruluşdan federasiyaya keçdikdən sonra bölünmə təhlükəsi ilə qarşılaşdığından çox əhəmiyyətli nümunədir.
İngiltərənin Şotlandiya, Uels və Şimali İrlandiya bölgələri ayrılmaq istəyir.
Makedoniyanın albanların çoxluq təşkil etdiyi Illiride bölgəsində separatçı səslər tez-tez eşidilir.
Fransaya bağlı Korsika Muxtar Vilayətindəki separatçılar illərdir müstəqillik əldə etmək üçün mübarizə aparır. Fransa sərhədləri içindəki Bask və Brito bölgələri də ayrılmaq istəyir.
İtaliyanın Veneto, Alto-Adige Trentino, Val d'Aosta, Frulli-Venezia, Sardiniya və Siciliya bölgələri də ayrılmaq istəyir.
Danimarkaya bağlı muxtar Greenland və Farer adaları ayrılmaq istəyir.
Yeni qurulan Kosovanın Mitrovista bölgəsi ayrılmaq istəyir.
Serbiyaya bağlı Voyvodina Muxtar Bölgəsi, Bayraq və Preşeva bölgələri ayrılmaq istəyir.
Finlandiyaya bağlı Aland adaları ayrılmaq istəyir.
Avstriyada Cənubi Tirol Muxtar Vilayəti ayrılmaq istəyir.
Bəzi araşdırmacılara görə, Avropada 2020-ci ildə yeni dövlətlər qurulacaq
1 - İspaniya: Kataloniya Respublikası və Balear adaları (Qırmızı)
2 - İspaniya: Bask Respublikası (bənövşəyi)
3-İngiltərə: Şotlandiya Krallığı/ Respublikası (Yaşıl)
4 - Belçika: Flamanya Respublikası (Narıncı)
5 - Almaniya: Bavariya Respublikası (Mavi)
6 - Almaniya: Baden-Vürtemberg Respublikası (Sarı)
7 - İtaliya: Padania Respublikası (Çəhrayı)
8 - İtaliya: Sardiniya adası Respublikası (Ağ)
9 - Fransa: Korsika adası Respublikası (Xaki)
10 - Fransa: Normandiya Respublikası (Açıq Yaşıl)
11 - Fransa: Britaniya Respublikası (Turkuaz) (4)
DƏRİN DÜNYA DÖVLƏTİNİN TÜRKİYƏNİ PARÇALAMA PLANLARI
Türkiyə də bölünməyə qarşı mübarizə aparan dövlətlərdən biridir. Çox güclü olan Osmanlının bölündüyü torpaqlarda daha zəif 24 ayrı ölkə qurulmuşdur. Bir zamanlar 24 milyon km2-lik ərazisi olan Osmanlı İmperiyası bölünə-bölünə hazırda 780 min km2-lik Türkiyə Cümhuriyyətinə çevrilmişdir.
100 ildir ki, qara qüvvələr tərəfindən Türkiyənin hazırki torpaqlarının da bölüşdürülərək kiçik dövlətlərə parçalanması planı işlənilir.
Bu plan daxilində əvvəlcə Osmanlının Balkan və Birinci Dünya Müharibələri ilə bölünməsi sürətləndirildi. Balkanlar, Qafqaz, Şimali Afrika və Yaxın Şərqdə Osmanlı hakimiyyətinə son verildi. Bunun ardından, Sykes-Picot Müqaviləsi ilə Osmanlının Yaxın Şərqdəki torpaqları Anadolunu da əhatə edəcək şəkildə stol arxasında xətkeşlə çəkilərək bölündü. Yəni süni müstəqil dövlətlər yaradıldı.
Geriyə artıq cənub-şərqi və Şərqi Anadolunun bölünməsi qalmışdı. Bunun üçün də Sevr müqaviləsi bağlanıldı. 1920-ci ildə imzalanan Sevr Müqaviləsi Türkiyə əvvəlcə səkkiz hissəyə bölündü. Sonradan azlıqlarla kiçik muxtariyyətlər verilərək ölkəmiz ən az 20-hissəyə bölünməyə çalışıldı.
Bu əməllərinə o dövrdə nail ola bilməyən dərin dünya dövləti "böl parçala hökm sür" fikrindən heç vaxt əl çəkməmişdir.
Hazırda Artvindən Sivasa, Mərsindən başlayaraq bütün şərq və cənub-şərqi əhatə edən bölgələr PKK-ya verilmək istənilir. Ölkənin digər hissələri də eyni Sevr xəyallarında olduğu kimi əyalətlərə bölünmək istənilir. Boğazlar fərqli statusa malik olacaq. İstanbul, İzmir və Antalya mərkəzli qurulması planlanan fərqli əyalətlər Avropa Birliyinə qəbuı ediləcək, digər əyalətlər isə Türkiyəyə veriləcək. Yalnız Sakarya-Ankara-Nevşehir arasında kiçik dövlətin qalmasına icazə veriləcək. Bu da Türkiyənin bölünüb yox olması deməkdir. (5)
Bu qaranlıq planın əsl məqsədi İttihad-ı İslama mane olmaqdır. Bölünmüş və parçalanmış Türkiyə heç bir İslam dövlətini razı salıb birlik halına gətirə bilməyəcək. Beləliklə, İslam ölkələri daha sürətlə yox olacaq. İllərdir müxtəlif bəhanələrlə böyüdülən İslamofobik siyasətlər və "müsəlmanların dünya üçün təhdid olduğu, yox edilmələri lazım olduğu" istiqamətindəki sayıqlamalar isə daha asan həyata keçiriləcəkdir.
NƏTİCƏ
Dünya üzərindəki bütün federativ və muxtar quruluşlar bölünmələrə zəmin hazırlayır. Unitar dövlət əyalətlərə ayrıldıqdan sonra yerli rəhbərliklər sanki yeni bir dövlət halına gəlir. Əyalət sərhədləri sanki yeni dövlət sərhədləri halına gəlir. Heç kim yaranmış bu vəziyyətdən sonra gələn bölünmələri yadırğamır. Eyni zamanda federativ/muxtar quruluşlar olduqda, kənardan ölkəni zəiflətmək istəyən dərin güclərə də qapılar sonuna qədər açılır.
Kornelin (Cornell)"əyalət sistemi onsuz da ayrılma tələbi olan qruplara ayrılmanın təşkilati zəminini təmin edərək qarşıdurmanı artırıcı funksiya gördürür" təsbiti çox əhəmiyyətlidir. (6) Ölkəmizdə mövcud olduğu kimi, bir bölgədə separatçı-terrorist hərəkat olduğu halda əyalət sistemi qurmaq demək qəti şəkildə bölünmək deməkdir. Dərin dünya dövlətinin də daxil olduğu belə bir mühitdə veriləcək yerli səlahiyyətlər özü-özlüyündə bölünməni gətirəcək.
Bəəs tipli kommunist diktatorluq sistemi hədəfləyən PKK terror təşkilatı federativ idarəçiliyə sahib olduqda, keçiriləcək ilk referendumla müstəqilliyi elan etməyə çalışacaq. Bölgə xalqının əksəriyyəti ayrılıq istəməsə də silahların kölgəsində təhdid, hədə-qorxu və təzyiq altında aparılacaq bir səsvermədə qutudan ayrılıq qərarı çıxacaq. Beynəlxalq hüquq federasiyalara icazə verən konstitusiyalar olduqda, referendumla qəbul edilmiş ayrılıq qərarına sahib çıxır. PKK da sırf buna görə, federativ rəhbərliyə yol açan prezident sistemini israrla müdafiə edir. (7)
Bu səbəbdən Türkiyə Cümhuriyyəti unitar quruluşundan əsla güzəştə getməməli və əyalət sisteminə qəti şəkildə keçməməlidir. Türkiyənin bir qarış torpağına belə muxtariyyət verilməsinə əsla icazə verilməməlidir. Yeni konstitusiyada ölkənin unitar quruluşunu və vətənin bölünməz bütünlüyünü qoruyan maddələr mütləq ən nəzərə çarpan şəkildə yer almalıdır....
Mənbələr:
1. Suriye'de YPG-rejim çatışması via @AJTurk http://www.aljazeera.com.tr/haber/suriyede-ypg-rejim-catismasi
2. Bir milyon insan Amerika'dan ayrılmak istiyor - Amerikali Turk:http://www.amerikaliturk.com/news/manset/35104-bir-milyon-insan-amerikadan-ayrilmak-istiyor/#.VTQoGuacBvo.twitter
3. Avrupa’nın bölünmek isteyenleri http://www.aksam.com.tr/dunya/avrupanin-bolunmek-isteyenleri/haber-340225
4. Microstate Madness – Europe in 2020 http://cominganarchy.com/2009/07/03/microstate-madness-europe-in-2020/
5. Sayın Adnan Oktar: “Eyalet Sistemi Bölünmek Demektir”__web_url__tr/Makaleler/162479/sayin-adnan-oktar-%E2%80%9Ceyalet-sistemi#.VTQ3uu6bq3M.twitter
6. (Cornell, Svante E. 2002. “Autonomy as a Source of Conflict: Caucasian Conflicts in Theoretical Perspective.” World Politics 54: 245-76)
7. G-20 Türkiye için sadece ekonomik bir modeldir __web_url__tr/Makaleler/201697/g-20-turkiye-icin-sadece#.VTQ37Evoqm0.twitter