Bəzi balıq növləri orqanizmlərindəki partlayıcı maddə (natrium) və zəhəri (xlorid) birləşdirərək, duz əmələ gətirir və bu duz sayəsində bədənlərindəki mayenin donma temperaturunu aşağı salır. Bu canlılara necə davranacaqlarını öyrədən aləmlərin Rəbbi olan böyük Allahdır.
Diqqətinizi bir anlıq ətraf mühitdən ayırıb, təbiətə yönəldin: mükəmməl uçuş bacarıqları ilə quşlar, sahib olduqları üstün hidrolokator sistemi ilə delfinlər, dəhşətli kimyəvi silahı ilə bombardman böcəyi və siz - bədəniniz, gözləriniz, kiprikləriniz...
“Təbiətdə” bu cür qüsursuz yaradılış nümunələri çoxdur. İnsan vücudunda bədən temperaturunu orta hesabla 36,8 dərəcədə sabit saxlamaq üçün gecə-gündüz avtomatik kompüter kimi işləyən termostat mövcuddur. Sahib olduğumuz bu istiliyə nəzarət sistemi bizim üçün ideal istilik dərəcəsinin necə olmalı olduğunu müntəzəm şəkildə bildirir. İnsan bunun sayəsində səhra istiliyi və ya soyuq qütb çovğunları kimi özəl havaların belə öhdəsindən gələ bilir. Əgər bədənimiz çox istidirsə, tərləmənin başlaması üçün əmr verilir. Bədən səthinə çıxan su sizi sərinlətməyə başlayır. Əgər istiliyə nəzarət mərkəzi bədəninizin soyuq olduğu qərarına gəlirsə, qan damarlarının daralması üçün mesajlar göndərilir və qanın soyuq dəridən uzaqlaşması təmin olunur. Çoxlarının xəbəri belə olmayan və hədsiz dərəcədə çox detalı olan bu sistem qüsursuz bir şəkildə işləyir.
Soyuqqanlı canlılarda isə bu cür daxili nəzarət yoxdur. Onlar bədən istiliyini ətrafdan istilik alaraq əldə edirlər. Bu özəllik barədə düşündükdə “qütblərdə yaşayan balıqların sıfır dərəcədən aşağı soyuqda niyə donmadıqları” sualı ortaya çıxır.
Bu canlıların bədənlərində onları donmaqdan qoruyacaq özəl bir sistem mövcuddur: antifriz sistemi. İndi bu sistemin canlıları donmaq təhlükəsindən necə qoruduğunu dərindən araşdıraq.
Qütb soyuqlarında belə donmayan balıqlar
Dünyanın ən soyuq iqliminə malik olan Cənubi Antarktikanın dondurucu soyuqlarında yaşayan balıq növləri var. Çətin şəraitə baxmayaraq, bu canlıların həyatlarını davam etdirə bilmələri çox qeyri-adi haldır. Bunu bacarmalarına şərait yaradan amil bədən mayelərinin donma temperaturunu aşağı salan “antifriz” maddəsidir.
Cənub Qütbündə yaşayan balıqlar üçün çoxqatlı buz təbəqələri mühüm təhlükədir. İlin ən az 10 ayı boyu 2 və ya 3 metrlik buz təbəqəsi yaza qədər dənizin üzərini örtür. Yaz mövsümü gəldikdə isə fırtınalar bu təbəqəni qırır və açıq dənizə aparır. Bu, balıqlar üçün olduqca əlverişsiz şərait yaradır. Xüsusən, buz balıqlar üçün böyük təhlükədir, çünki buzun qəlsəmələrdən və dəridən asanlıqla dəriyə sızma ehtimalı var. Amma soyuqqanlı heyvanlar olan və əsasən ətraf mühit ilə eyni temperaturda olan bəzi balıq növləri, qanları donma temperaturundan 10C aşağı olduqda belə yaşaya bilirlər. Bu temperatur buz kristallarının yaranma temperaturudur.
Balıqların bədənlərinə buz girmədikcə, hədsiz soyuğa tab gətirə və bədən mayelərinin axıcılığını qoruya bilirlər.
Balıqların donmasının qarşısını alan maddələr
Dəniz balıqlarının bir çoxunda donma temperaturunu sıfırdan aşağı salan – bu, saf suyun standart donma temperaturudur – bəzi maddələr mövcuddur. Bu maddələri araşdıran elm adamları balıqların bədənində donma dərəcəsinin aşağı olmasına təsir edən əsas maddələrin bədən mayelərindəki duzlar – xüsusən də natrium-xlorid olduğunu müəyyən etmişlər. Bu duzlar donma temperaturunun aşağı düşməsini 85% təmin edir. Temperaturun aşağı düşməsinin 15%-nin səbəbi isə qanın və toxuma mayelərinin təbii komponentləri olan az miqdarda kalium, kalsium, sidik cövhəri, qlükoza və amin turşularıdır.
Bu arada, natrium-xloridin əmələ gəlməsindəki qeyri-adiliyə də toxunmaq yerinə düşərdi: xlor atomu ən kənar orbitdə yeddi elektrona malikdir. Atomlar, bildiyimiz kimi, xarici orbitdəki elektron sayını səkkizə çatdırmaq istəyir. Xlor atomu da bu məqsədlə xarici orbitindəki tək atom olan natriumla birləşir və natrium-xlorid molekulunun yaranmasını təmin edir. Məhz bu ortaqlıq sayəsində bizə məlum olan süfrə duzu – yəni natrium-xlorid yaranır. Bu iki atomun arasındakı elektron alış-verişi zəhərli olan xlorla partlayıcı natriumu fərqli bir məqsədə xidmət edən tərkibə çevirmişdir.
Nəticədə Antarktika balıqlarının donma temperatrunun enməsinin tarazlaşdırılması və bunun sayəsində həyatlarını davam etdirə bilmələri əsasən bədən mayelərində olan bu antifriz molekulu ilə bağlıdır. Bundan başqa, natrium-xlorid suyun içində natrium və xlor ionlarına ayrıldığı üçün natrium-xloridin suyun donma temperaturunu azaldan təsiri digər molekullarla müqayisədə xeyli çoxdur. Çünki bir mayenin donma temperaturunu müəyyən edən ən önəmli amil mayedəki hissəciklərin, yəni atomların sayıdır. Bəhs olunan mayedə nə qədər çox hissəcik varsa, su molekullarının bir yerə yığılaraq, buz kristalı əmələ gətirmə - dolayısıyla da donma ehtimalı da bir o qədər az olur. Beləliklə, natrium-xlorid də bu baxımdan digər molekullardan 200-300 dəfə çox təsirlidir.
Qışda donma təhlükəsinə qarşı yollara duz töküldüyünü hamımız bilirik. Bu metodun bir çarə kimi tətbiqi, şübhəsiz, bir çox sahədə elm sahibi olmağı tələb edir: hansı birləşmənin suyun donma temperaturunu azalda biləcəyi, bunun üçün ən təsirli maddənin necə əmələ gətiriləcəyi, hansı atomların hansı şəraitdə birləşə biləcəyi kimi... Yaxşı, bəs qütblərdəki balıqlar belə ətraflı məlumatı haradan əldə etmiş ola bilər? Bədənlərində bir partlayıcı maddə (natium) əmələ gətirməyi və sonra bunu bir zəhərlə (xlorid) birləşdirərək duz əmələ gətirməyi və bu duz sayəsində bədən mayelərinin donma temperaturunu aşağı sala biləcəklərini onlara kim öyrədib?
Güclü antifriz özəllikləri olan bu birləşmələri əmələ gətirmək, şübhəsiz, nə balıqların ağlına gəlib, öz-özlüyündə gücləri çatacaq, nə də təsadüfi təsirlərlə əldə edilə biləcək bir özəllik deyil. Bu möcüzənin tək bir açıqlaması var: Balıqları antifriz özəlliyi daşıyan bir maddə əmələ gətirə biləcək şəkildə yaradan və onları dondurucu soyuqlardan qoruyan aləmlərin Rəbbi olan Allahdır. Allah bütün canlıları sonsuz şəfqəti və mərhəməti ilə qorumaqdadır.
Allah bir ayəsində belə buyurur:
“Sizin ilahınız yalnız Allahdır, Ondan başqa ilah yoxdur. Onun elmi hər şeyi əhatə etmişdir” (Taha, 98)