Adnan Oktarın 20 aprel 2011 A9 Tv, Aks Tv və Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram; Nur surəsi "(Elə) İnsanlar ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, döğru namazı qılmaqdan və zəkatı verməkdən ehtirasa qapadıb saxlamaz", adama deyirik ki; niyə dini yaşamırsınız, İttihadı-İslamı müdafiə etmirsiniz, namaz qılmırsınız? Nə deyirlər? "Ticarətlə məşğul oluruq, işimiz gücümüz var, ailəmizə baxırıq, uşağımız var, vaxtımız olmur" deyir. Allah da deyir ki; "(Elə) İnsanlar ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, doğru namazı qılmaqdan və zəkatı verməkdən ehtirasa qapadıb saxlamaz". İnsanlar Axırzamanda bu bəlanın içinə düşdülər, ehtirasa qapıldılar. Çeklər ödənmədi, sənədlər ödənmədi, mallar gəlmədi, gömrük əməliyyatları edilə bilmədi, o, bu. Həyatlarını tamamilə ona görə istiqamətləndirirlər. Ehtirasa qapılmış olurlar, ona özlərini qapdırmış olurlar. Halbuki, Allah deyir; "namazı da qılmaları lazımdır, zəkatı da verərlər, bu onlara maneə deyil" deyir. Məsələn, universitetdə imtahanını davam etdirə bilər, çalışa bilər. Amma mütləq Allah; "mən sizə haqqı yerinə yetirəcəyiniz, ibadət edəcəyiniz vaxtı verərəm" deyir, Allah. Yetər ki, səmimi yaxınlaşsın, səmimi yaxınlaşan zəkata da, namaza da, ibadətlərinə də, İslamı təbliğ etməyə də hamısına vaxt tapar, candan yaxınlaşsa. Orada bir möcüzə vardır, xüsusi olaraq möcüzə meydana gəlir. Amma niyyəti səmimidirsə, inşaAllah.