Zumər surəsi; 22-37 (Allah "Hadi" ismiylə təcəlli etdisə, o insan Mehdi bənzəridir. Dəccal ona təsir etməz.)
ucgen

Zumər surəsi; 22-37 (Allah "Hadi" ismiylə təcəlli etdisə, o insan Mehdi bənzəridir. Dəccal ona təsir etməz.)

1571

Adnan Oktarın 4 fevral 2011 Kocaeli Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Zumər surəsi, bismillah. Şeytandan Allaha sığınıram. 22-ci ayə; "Allah, kimin köksünü İslama açmışsa," deməli, Allahın köksünü İslama açması lazımdır. Gedib təbliğ etməklə, müasir olmaqla, artist hərəkətlərlə din yayılmır. Allahın ilk əvvəl köksünü İslama açması lazımdır. "Artıq o, Rəbbindən bir nur üzərinədir, (elə) deyilmi? Lakin Allahın zikrindən (yana) ürəkləri qatılaşmış olanların vay halına. Məhz onlar, açıq-aşkar bir pozğunluq içindədirlər." Ayə şəddəsiz 1990, şəddəli 2022 tarixini verir. 22-ci ayə. 2-lər hakimdir. "And olsun," deyir Allah, and içir. "Biz bu Quranda, bəlkə öyüd alıb düşünərlər deyə," bax, öyüd alacaq və düşünəcək. Deməli, düşünmək çox əhəmiyyətlidir.  Allah nə deyir? "And olsun, Biz bu Quranda, bəlkə öyüd alıb düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik." Deməli, Quranda verilən hər bir nümunəni dərindən düşünəcəyik, inşaAllah. "Əyriliyi olmayan ərəbcə bir Qurandır (bu). Ümid edilər ki, çəkinərlər. Heç şübhəsiz, sən də öləcəksən, onlar da öləcək" deyir Allah, ölümə də diqqət çəkir. Heç kim dünyada əbədi deyil. "Sonra şübhəsiz sizlər, qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz." Orada haqsızlığa məruz qaldısa, Allaha şikayət edir. "Ya Rəbb, bu, mənə bu şəkildə haqsızlıq etmişdi" deyir, inşaAllah. "De ki: "Allah, mənə yetər. Təvəkkül edəcək olanlar, Ona təvəkkül etsinlər." Qlobal güclərə deyil. Allaha təvəkkül edirlər, inşaAllah. "Allah kimi hidayətə çatdırsa, onun üçün bir azdırıcı yoxdur." Artıq o dəccalın təsirinə girmir. Mehdiliyin təsirindədir. "Allah, intiqam sahibi, güclü və üstün olan deyilmi?" Allah "Hadi" ismiylə təcəlli etdisə, o insan Mehdi bənzəridir. "Onun üçün bir azdırıcı yoxdur." Dəccal  ona təsir etməz. "Allah, intiqam sahibi, güclü və üstün olan deyilmi?" İntiqam alan da Allahdır. Güclü və üstün olan da qlobal güclər deyil, Allahdır. Bunu biləcəklər, inşaAllah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo