Yanlış bir cərəyan: ''Risaleyi nur təfsirçiliyi''
ucgen

Yanlış bir cərəyan: ''Risaleyi nur təfsirçiliyi''

641
Bədiüzzaman Səid Nursinin yazdığı Risaleyi Nur Külliyyatı yüz minlərlə insanın hidayətinə, imanda dərinləşməsinə, inkar edən bir çox insanın isə doğrunu görüb iman etməsinə vəsilə olmuş çox əhəmiyyətli əsərlərdir. Bədiüzzamanın səmimi üslubu, təfəkkürü və hikmətli izahatı hər oxucu üçün əhəmiyyətli yol göstərici və hidayət rəhbəri olmuşdur.
 
Risaleyi Nur kitablarının geniş kütlələr üzərindəki təsiri çox aydındır. Ancaq buna baxmayaraq, bəzi insanlar Bədiüzzamanın əsərlərinin aydın ola bilməsi üçün təfsirə ehtiyac olduğu qənaətindədirlər. Risalələrin şifrəli və mürəkkəb olduğunu, oxumaqla aydın olmayan və bu şifrələri də, ancaq bu mövzuda təcrübəsi olan müəyyən insanların açıqlaya biləcəyini düşünürlər.
 
Halbuki Risaleyi Nur Külliyyatı yığcam şəkildə qələmə alınmış çox qiymətli əsərlərdir. Bədiüzzaman risalələrdə toxunduğu hər mövzuda çox açıq və aydın bir üslubdan istifadə etmişdir. Bu səbəbdən Bədiüzzamanın açıq-aşkar sözlərini bir daha təfsir etmək və şərh etmək düşüncəsi səhvdir. Belə bir cəhd Bədiüzzamanın sözlərini əslindən uzaqlaşdıracaq və yanlış izahlara səbəb olacaqdır.
 
Məsələn, Bədiüzzaman əsərlərində axırzamanla əlaqədar mövzulara geniş yer vermişdir. Bədiüzzamanın bu şərhlərinə görə hz. İsa axırzamanda ikinci dəfə yer üzünə gələcək, ancaq ilk vaxtlarda hz. İsanı tanıyanların və köməkçilərinin sayı çox az olacaq. Hz. Mehdi isə bütün Müsəlmanlara bir hidayət rəhbəri olaraq ortaya çıxacaq və Bədiüzzamanın ifadə etdiyi kimi üç böyük vəzifəsini bir yerdə yerinə yetirəcək: həm siyasət, həm dəyanət, həm də səltənət sahəsində Mehdilik edəcək. Hz. İsa hz. Mehdi ilə bir yerə gələcək və onun arxasında namaz qılacaq. Bütün dünya hz. Mehdinin rəhbərliyi altında toplanacaq, Quran əxlaqının yaşanması ilə birlikdə anarxiya və xaos sona çatacaq və yer üzünə dinclik və barış hakim olacaq.
 
Bundan başqa, Bədiüzzamanın bu şərhlərinə görə hz. İsa və hz. Mehdi şəxsi-mənəvi olaraq deyil, konkret bir şəxs olaraq gələcəklər. Əlbəttə, onların təmsil etdikləri  şəxsi mənəviləri də olacaq, ancaq bu şəxsi mənəvilərinin başında özləri şəxsən lider olacaqlar. Səid Nursi axırzamanın bu əhəmiyyətli şəxslərinin ortaya çıxacaqları, fəaliyyət göstərəcəkləri və Quran əxlaqını bütün dünyaya hakim edəcəkləri tarixləri hədislər əsasında müəyyənləşdirmişdir.
 
Bədiüzzamanın bu mövzulardakı bütün izahları aydındır. Məsələn, əgər Bədiüzzaman hz. Mehdinin fəaliyyətə başlayacağı tarix üçün hədislərə əsaslanaraq hicri 1400-cü il deyirsə, bunu başqa cür şərh etmək məntiqsizlik olar. Ya da hz. Mehdinin həm siyasət, həm səltənət, həm də dəyanət aləmində Mehdilik edəcəyini, bu üç xüsusiyyətin də bir şəxsdə toplanacağını söyləyirsə bu da çox açıqdır. Buna baxmayaraq, hz. Mehdiliyi üç yerə bölmək, hər birinin Mehdilik üçün kifayət edəcəyini söyləyərək yanlış şərh etmək olmaz. Eyni şəkildə Bədiüzzaman hz. İsanın hz. Mehdinin arxasında namaz qılacağını hədislərə əsaslanaraq açıqlamışkən, "əslində elə demək istəmədi" deyərək bu məlumatları təfsir etmək də doğru olmaz. Çünki həm Peyğəmbərimizin (səv) sözü, həm də Ustadın bu mövzunu təsdiq edən şərhləri olduğu halda, bunun əksini söyləmək səhvdir. Səid Nursi hz. İsa və hz. Mehdinin fəaliyyətlərini və bütün dünyaya Quran əxlaqını hakim edəcəklərini açıqladığı halda, hz. İsa və hz. Mehdinin gəlməyəcəklərini, yalnız şəxsi mənəvidən ibarət olacaqlarını irəli sürmək böyük bir yanılma olar.
 
Bu vəziyyət Səid Nursinin Risalələrdə izah etdiyi hər mövzu üçün etibarlıdır. Belə bir təfsir məntiqinin Risaleyi Nurlar üzərində necə təsir meydana gətirəcəyini də yaxşı düşünmək lazımdır. Çünki belə səhv bir məntiqlə hər kəs Bədiüzzamanın sözlərinə fərqli bir izah gətirə bilər. Səid Nursinin heç bir izahını qəbul etmədiyindən hər izahı şəxsi qənaətlərinə ya da ətrafından eşitdiyinə görə təfsir etmək yolu ilə gedə bilər.
 
Halbuki Risaleyi Nurlar hər kəsin anlaya biləcəyi çox qiymətli əsərlərdir. Bu cür qiymətli əsərlərin aydın olmadığı, ya da Bədiüzzamanın bəzi şərhlərinin fərqli mənalar verməsi düşüncəsi çox yanlışdır. Unudulmamalıdır ki, Ustada qarşı göstəriləcək gerçək sevgi və hörmət, onun böyük səmimi şəkildə qələmə aldığı əsərlərinə sahib çıxmaqla, onun əslində söyləmək istədiklərini tam anlayıb onu dəstəkləməklə mümkün olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr