Nur tələbəsi qardaşlarımızdan cavabını öyrənmək istədiyimiz suallar
ucgen

Nur tələbəsi qardaşlarımızdan cavabını öyrənmək istədiyimiz suallar

2105
1. Dünyanın gələcəyində 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ əsrlərində QARİB (yaxın) ZƏNN ETMİŞDİRLƏR. (Sözler, səh. 318)

Ustad Səid Nursi Həzrətləri "dünyanın gələcəyində hicri 1400 il sonra gələcək bir həqiqət" deyərkən, sizcə, Ustad hicri 1400-cü ildəki hansı həqiqətə diqqət çəkir?

Yaşadığı zamanı hicri 1300 olduğuna görə burada özündən bir əsr sonranı işarə edərək hicri 1400-cü ildə də zühur edəcək hz. Mehdi (ə.s)-ı nəzərdə tuturmu?

 2. HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS belə bu zamanda gəlsə... (Kastamonu Lahikası, səh. 57)

Ətraflı məlumat üçün bax: • Hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə gələcəyi Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir çox hədislə bildirilmişdir.

http://us2.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/13838/

Ustad da bu sözündə özündən bir əsr, yəni 100 il sonra gələcəyi gözlənilən bir şəxsdən bəhs edir. Bu ifadə ilə, sizcə, Ustad kimi nəzərdə tutmuşdur?
• Ustadın yaşadığı əsr hicri 1300, ondan bir əsr sonra isə hicri 1400, yəni hz. Mehdi (ə.s)-ın çıxış vaxtı olduğuna görə Ustad bu sözü ilə hz. Mehdi (ə.s)-ın gəlişini ifadə etmişdirmi?

3. Axırzamanın ən böyük fəsadı zamanında, əlbəttə, ƏN BÖYÜK BİR MÜCTƏHİD (ehtiyac yarananda ayələrdən hökm çıxaran böyük İslam alimi) həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına uyğun dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm Hakim, Mehdi, mürşid (doğru yolu göstərən adam), həm də Qütbü-Əzəm (Müsəlmanları özünə bağlayan böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq BİR ŞƏXSİ-NURANİNİ (nurlu bir şəxsi) göndərəcək və O ŞƏXS DƏ, ƏHLİ-BEYTİ-NƏBƏVİDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) OLACAQDIR. (Mektubat, səh. 411-412)

 Ustad Mektubat səh. 411-412-də, Axırzamanın ən şiddətli dövründə, digər əsrlərdə gələn mücəddidlərdən, mürşidlərdən daha fərqli bir şəxsin zühur edəcəyini xəbər vermişdir. Bu şəxs Ustadın təyin etməsi ilə Axırzamanın ən böyük müctəhidi, mücəddidi, hakimi, mürşidi, Qütbü-Əzəmi və Mehdisi sifətlərinə sahib nurani bir şəxs olacaqdır. Bu şəxsin digər əsrlərdə gələnlərdən fərqli və xüsusi bir şəxs olduğuna da "ən böyük ..."  ifadəsi ilə diqqət çəkmişdir. Ancaq Ustada görə ən əhəmiyyətlisi bu şəxsin təyin edici xüsusiyyətinin seyid, yəni Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmasıdır.

4. MƏN ÖZÜMÜ SEYİD (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) hesab etmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki, AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ ƏHLİ-BEYTDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) OLACAQDIR. (Emirdağ Lahikası, səh. 247-250, səh. 247-250)

Ustad Emirdağ Lahikası, səh 247-250-dəki bu ifadəsi ilə özünün seyid olmadığını dəqiq bir şəkildə ifadə etmişdir, ancaq Axırzamanın böyük şəxsi olan hz. Mehdi (ə.s)-ın seyid olacağını da xüsusilə ifadə etmişdir. Peyğəmbərimiz  (s.ə.v) də bir çox hədisində hz. Mehdi (ə.s)-ın öz soyundan, yəni Əhli-beytdən olacağını ifadə etmişdir.• Sizcə Ustad bu tərif nə üçün etmişdir? Ustad özünün seyid olmadığını risalələrin bir çox yerində (məsələn, Emirdağ Lahikası səh. 247-250) açıq şəkildə ifadə etdiyinə görə bu tərifi Peyğəmbərimiz (s.ə.v)-in soyundan olan Axırzamanın böyük Mehdisinin tərifi açıq deyilmi?

5. Qiyamətin qopması üçün yalnız bir gündən başqa vaxt qalmasa da Allah MƏNİM ƏHLİ-BEYTİMDƏN (nəslimdən) bir şəxsi (Hz. Mehdini) göndərəcəkdir. (Sünen-i Ebu Davud, 5/92)

• Ustad seyid olmadığına görə Peyğəmbərimiz (s.ə.v)-in sözlərinə və Ustadın öz şərhlərini əsas götürərək, Ustad üçün "Seyid olmadığına görə eyni zamanda Axırzamanın Böyük Mehdisi də deyil, çünki hz. Mehdi (ə.s) Əhli-beytdən olacaq” deməyimiz doğru olmazmı?• Peyğəmbərimizdən rəvayət edilən bu mövzu ilə əlaqədar onlarla hadisə və Ustadın bu izahına görə hz. Mehdi (ə.s) seyidmi olacaqdır?

6. SEYİD OLMAYAN “SEYİDƏM” VƏ SEYİD OLAN “DEYİLƏM” DEYƏNƏ, ikisi də günahkar və DUHUL VƏ HURUC (ÜSYAN) HARAM OLDUQLARI KİMİ... hətta hədis və Quranda da həddindən artıq səhv etmək qadağan edilmişdir. (Muhakemat, səh. 52)

 

7. QARŞIDA GƏLƏCƏK acib (təəccüblü, heyrətləndirici, bənzəri görülməyən) ŞƏXSİN... (Barla Lahikası, səh. 162)

• Ustad “Barla Lahikası”nin 162-ci səhifəsində "qarşıda gələcək" bir adam üçün heyrətamiz, daha əvvəl gələn vəlilərə, Mehdilərə heç bənzəməyən xüsusi bir şəxs olduğunu bildirmişdir. Nur tələbələrinə görə Ustad bu sözündə kimi nəzərdə tutmuşdur?• Ustad Səid Nursi həzrətləri, Muhakemat, səhifə 52-də keçən; "Seyid olmayan “Seyidəm” və “seyid deyiləm” deyənlər, ikisi də günahkar və duhul və huruc haram olduqları kimi ..." ifadəsi ilə külliyat oxucularına Peyğəmbərimiz (s.ə.v)-in soyundan gəlməyən, yəni seyid olmayan bir adamın “mən seyidəm” deməsinin və ya seyid olduğu halda “mən seyid deyiləm” deyərək vəziyyətini inkar etməsinin ayrı-ayrı günah və haram olduğunu ifadə etmişdir. Bu şərhinə görə seyid olmadığını deyən birinin mövqeyi Ustad həzrətlərinin şərhinə görə nə şəkildədir?
• Səid Nursi həzrətləri çox səmimi, Allahdan çox qorxan bir müsəlman olduğuna və Allahın haramlarına, halallarına diqqətlə yanaşan bir mömin olduğuna görə yalan danışmaq kimi Quranda haram olduğu açıq şəkildə bildirilmiş bir hərəkət etməyəcəyi də son dərəcə açıqdır. O zaman seyid olan bir adamın “seyid deyiləm” dediyi təqdirdə günaha girəcəyini bildirən Səid Nursi həzrətlərinin bu inancına zidd bir ifadədən istifadə etməsi Nur tələbələrinə görə mümkündürmü?

• Ustadın vəfatından sonra gələcəyini və özünün onu qəbrindən seyr edəcəyini dediyi hz. Mehdi (ə.s), Ustadın gələcəkdə gələcəyini müjdələdiyi bu təəccüblü şəxs ola bilərmi?

8. MƏN BELƏ BİR NURUN ZÜHURUNA (ortaya çıxışına) ÇOX İNTİZAR ÇƏKDİM (gözlədim) VƏ ÇƏKİRƏM. LAKİN ÇİÇƏKLƏR BAHARDA GƏLƏR. ELƏ İSƏ O QÜDSİ ÇİÇƏKLƏRƏ ZƏMİN HAZIRLAMAQ LAZIMDIR VƏ ANLADIQ Kİ, BU XİDMƏTİMİZLƏ O NURANİ ZATLARA (nurlu şəxslərə) ZƏMİN İZHAR EDİRİK (hazırlayırıq). (Mektubat, səh. 371)

• Ustadın bəhs etdiyi bu qüdsi-çiçək, bu nurani şəxs Ustadın yaşadığı hicri 1300-cü ildən bir əsr sonra gələcəyi Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnən və Ustadın da risalələrində Peyğəmbərimiz (s.ə.v) soyundan olduğunu dediyi hz. Mehdi (ə.s)-dırmı?Ustad burada öz dövründə zühur etməsini gözlədiyi, ancaq daha sonra öz dövründə gəlməyəcəyi qənaətinə gəldiyi nurlu bir şəxsdən bəhs edir. Sözündə Ustad, son min ilin ən böyük İslamı əsəri olan Risalə-i Nur Külliyatı ilə çiçək olaraq qiymətləndirdiyi bu nurlu şəxslərə zəmin hazırlamaq kimi xidmətdə olduğunu anladığını bildirmişdir.

• Ustad sözündə “çiçəklər” deyə bəhs etdiyi bu kəslərin öz dövründə zühur etdiklərinə dair bir ifadə və ya bir işarədən istifadə etmişdirmi?
• Sizcə, Ustad qüdsi-çiçəklər deyərkən kimləri nəzərdə tutur?
• "... BU XİDMƏTİMİZLƏ O NURANİ zatlara zəmin hazırlayırıq" ifadəsi ilə bu nurani şəxslərin Ustaddan daha sonra gələcəkləri açıqlanmırmı?
• Ustad özünü hz. Mehdi (ə.s)-ın qabaqcılı və xidmətçisi olaraq (Barla Lahikası, s. 162) tərif etdiyinə görə zəmin hazırladığını bildirdiyi bu qudsi-çiçəklər hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) ola bilərmi?

9. İRƏLİDƏ GƏLƏCƏK ACİB (təəccüblü, heyrətləndirici, bənzəri görülməyən) ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA ZƏMİN HAZIRLAYACAQ BİR DÜMDARI (köməkçi qüvvəni) VƏ O BÖYÜK KOMANDİRİN PİŞDAR BİR NƏFƏRİ (irəlidə gedən bir əsgəri) olduğumu zənn edirəm. (Barla Lahikası, səh. 162)

 

10. ...Bu həqiqətdən aydın olur kiSONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS RİSALƏ-İ NURUN BİR PROQRAMI OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK (yazmaq və paylamaqla  yayacaq və tətbiq edəcək).

 Şəklində ifadə edərək özündən sonra gələcək bu mübarək şəxsin Risalə-i Nuru nəşr və tətbiq edəcəyini bildirmişdir. Bu ifadəsi düşünülərkən Ustadın özündən sonra gələcək nurani şəxsə etdiyi bu qiymətli xidməti Risalə-i Nuru hazırlamış olması ola bilərmi?• Ustad özünün qarşıda gələcək bu acib şəxsin xidmətçisi olduğunu demişdirmi?
• Ustad bu şəxsə necə bir xidmət göstərəcəyini bildirmişdirmi?
• Ustadın xidməti; hazırladığı Risalə-i Nuru ola bilərmi? Çünki Ustad Sikke-i Tasdik-i Gaybi, səh. 9-da:

• Ustad Risalə-i Nuru hazırlayaraq hicri 1400-cü ildə zühur edəcək bu qiymətli şəxsə köməkçi olmuş (böyük bir xidmət göstərmiş və onun liderliyini (pişdarlığını) etmirmi?
• Sizcə Barla Lakihası, sf. 162-də Ustad "O BÖYÜK KOMANDİRİN ..."  deyərkən hz. Mehdi (ə.s)-ı nəzərdə tuturmu?
• Ustadın özü bu sözündə ifadə etdiyi kimi böyük sərkərdəlik kimi bir vəzifəsi vardırmı?
• Belə bir sərkərdəlik vəzifəsi etmədiyinə görə Ustadın burada nəzərdə tutduğu "qarşıda gələcək böyük komandir" hz. Mehdi (ə.s) ola bilərmi?

11. RİSALƏ-İ NURUN ŞƏXSİ-MƏNƏVİSİNİ HAQLI OLARAQ HZ. MEHDİ KİMİ DƏRK EDİRLƏR (olaraq qəbul edirlər). O şəxsi-mənəvinin də bir müməssili (nümayəndəsi), Nur şagirdlərinin (tələbələrinin) təsanüdündən (qarşılıqlı yardımdan) gələn bir şəxsi-mənəvisi və o şəxsi-mənəvinin bir cür təmsilçisi (nümayəndəsi) olan BİÇARƏ TƏRCÜMANINI ZƏNN ETDİKLƏRİNDƏN, BƏZƏN O ADI (hz. Mehdi adını) ONA VERİRLƏR. Hərçənd bu, bir qarışıq (ikimənalılıq) BİR SƏHVDİR (səhvdir, yanılmadır)... (Emirdağ Lahikası, səh. 266)

• Ustad özünə tələbələri tərəfindən Mehdi olduğu barədə dünyagörüşünü doğru hesab etmədiyini, bu düşüncələrində yanıldıqlarını; "...bu, BİR İLTİBAS (qarışdırma), BİR SƏHVDİR (yanılmadır)..." sözü ilə bildirmişdir, yoxsa bildirməmişdir?• Ustad tələbələrinin ona hz. Mehdi (ə.s) adı verməyə, Risalə-i Nurlar şəxsi-mənəvisini də yenə Mehdi olaraq görməyə çalışdıqlarını, halbuki, bunun bir qarışdırma, səhv və yanılma olduğunu ifadə etmişdir. Burada Ustadın nəzərdə tutduğu və bəzi Nur tələbələrinin etdiyi səhv və yanlışlıq nədir?

• Ustad burada bəzi Nur tələbələrinin hansı mövzuda qarışıq saldıqlarını, səhv etdiklərini deyir?

12. AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ (dünya səviyyəsində) ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ (tələbələri) CƏNAB HAQQIN İZNİ İLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏNDİRƏR VƏ O TOXUMLAR SÜNBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKÜR EDƏRİK.
14. (Kastamonu Lahikası, səh. 99)

 

12. ...AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ, CƏNAB HAQQIN İCAZƏSİ İLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏNDİRƏR VƏ O TOXUMLAR SÜNBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKÜR EDƏRİK. (Sikke-i Tasdik-i Gaybi, səh.172)

• Ustad əgər bu sözündə bir insanı deyil, bir birliyi nəzərdə tutmaq istəsəydi başqa bir çox mövzu haqqında işlətdiyi kimi hz. Mehdi (ə.s) üçün də şəxsi -mənəvi ifadəsini istifadə etməzdimi?• Bu iki sözündə də Ustad özü vəfat etdikdən sonra gələcək hz. Mehdi (ə.s) və ona bağlı tələbələrindən bəhs edir. Siz Ustadın "hz. Mehdi (ə.s) və tələbələri" deyərkən ayrı-ayrı varlıqları olan şəxsləri, yoxsa bir şəxsi-mənəvini nəzərdə tutduğunumu başa düşürsünüz?

• Risalələrin hər hansı bir yerində Ustadın hz. Mehdi (ə.s) üçün saxta olaraq "hz. Mehdi (ə.s) şəxsi-mənəvidir, bir şəxs, bir adam deyil" dediyi hər hansı bir sözü, bir cümləsi vardırmı?

• Ustad Axırzamanın əsl sahibləri olaraq bəhs etdiyi hz. Mehdi (ə.s) və tələbələrinin İslam əxlaqını bütün dünya səviyyəsində hakim edəcəkləri bir vaxtda özünün qəbrindən bunları seyr edəcəyini ifadə etməklə hz. Mehdi (ə.s)-ın zühuru zamanında özünün həyatda olmayacağını bildirmirmi?
• "....bizlər də qəbrimizdən seyr edib Allaha şükür edərik" ifadəsi hz. Mehdi (ə.s) zamanında Ustadın vəfat etmiş olacağını ifadə etmirmi?
• Ustada görə Ustad hz. Mehdi (ə.s)-ı görəcəkmi?
• Ustad hz. Mehdi (ə.s) zühur edərkən vəfat etmiş olacağına görə özünün Axırzamanda zühur edəcək hz. Mehdi (ə.s) olması kimi məsələdən bəhs etmək olarmı?

13. ... Bu həqiqətdən aydın olur ki, SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS RİSALƏ-İ NURU BİR PROQRAM OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK (əlyazma və paylama yolu ilə yayacaq və tətbiq edəcək). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

• Nur tələbələrinə görə Ustadın özündən sonra gələcəyini işarə etdiyi və onun külliyyatını bir proqram şəklində nəşr və tətbiq edəcək bu mübarək şəxs kim olacaq?Ustad bu sözündə, xüsusilə, "sonra gələcək o mübarək zat" şəklində vurğulamışdır. Ardınca da bu mübarək adamın Ustadın hazırladığı Risaləi-Nur külliyyatını əsərlərində nizamlı olaraq istifadə edəcəyi və izah edərək yayacağını, tətbiq edəcəyini bildirmişdir.

• Ustad 13-cü əsrin mücəddidi olduğuna və özündən sonrakı əsr hicri 1400-cü il olub Peyğəmbərimiz (s.ə.v-in) hədislərində Axırzamanın böyük Mehdisinin zühur vaxtı olaraq bildirildiyinə görə Ustad bu sözündə hz. Mehdi (ə.s)-ı nəzərdə tutmuş ola bilərmi?

14. Bundan əlavə həm iki dəccalın sifətləri və halları ayrı-ayrı olduğu halda, mütləq gələn RƏVAYƏTLƏRDƏ İLTİBAS OLUR (qarışdırılır), BİRİ DİGƏRİ zənn edilər. HƏM "BÖYÜK MEHDİ" NİN HALLARI SABİQ MEHDİLƏRƏ (keçmiş Mehdilərə) İŞARƏ EDƏN RƏVAYƏTLƏRDƏ UYĞUN ÇIXMIR, hədis-i mütəşabeh (məcazi mənalı) hökmünə keçər. (Şualar, səh. 582)

. Ustad "... HƏM "BÖYÜK MEHDİ" NİN HALLARI SABİQ MEHDİLƏRƏ (keçmiş Mehdilərə) İŞARƏ EDƏN RƏVAYƏTLƏRƏ UYĞUN ÇIXMIR..."  ifadəsi ilə hz. Mehdi (ə.s)-ın halının və Axırzamanda edəcəyi fəaliyyətlərinin, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində sabiq Mehdilər üçün işlətdiyi xüsusiyyətlərdən fərqli olduğunu bildirərək də yenə onun şəxsi-mənəvi deyil bir insan, şəxs olduğunu açıq şəkildə ifadə etmişdir.Ustad hz. Mehdi (ə.s)-ın, yəni Böyük Mehdinin xüsusiyyətlərinin daha əvvəlki vəli və mürşidlərdən fərqli olacağını demişdir. İnsanların buna görə hz. Mehdi (ə.s)-ın başqa şəxslərlə qarışdırdıqlarını, başqa insanları Axırzamanın böyük Mehdisi zənn etdiklərini ifadə etmişdir. Ustad bu sözündə hz. Mehdi (ə.s)-ı bir şəxs olaraq dəyərləndirmiş və İslam tarixindəki digər mücəddidlərlə müqayisə etmişdir. Bu sözün heç bir yerində Ustad hz. Mehdi (ə.s)-ın şəxsi-mənəvi olduğu barəsində bir kəlmədən istifadə etməmiş, əksinə onun sahib olduğu Mehdilik xüsusiyyətlərinin ondan əvvəl gəlmiş digər Mehdilərdə olmadığını bildirmişdir.

• Nurçulara görə Ustad da daxil olmaqla hər əsrdə bir mücəddid, bir Mehdi gəlmişdirmi?
• Bu mehdilər insan, yoxsa şəxsi-mənəvi olaraq gəlmişlər?
• Ustad 13-cü əsrin mücəddididirmi ?
• Hicri 1400-cü ildə də, eyni 13-cü, 12-ci, ya da 11-ci və daha əvvəlki hər əsrdə gəldiyi kimi bir Mehdi gələcəkmi?
• Digərləri insan olaraq gəlib vəzifələrini ən gözəl şəkildə yerinə yetirdiklərinə görə hicri 1400-cü ildə Böyük Mehdisinin də insan olaraq zühur etməsi lazım deyilmi?
• Sizcə, niyə tam Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxacağını dediyi bu əsrdə bir anda hz. Mehdi (ə.s)-ın şəxsi-mənəvi olduğu söz-söhbətlərini ortaya atmışlar?
• Nə üçün digər mehdilərin Mehdi olduğu qəbul edildiyi halda Axırzamanda gözlənilən Böyük Mehdinin guya şəxsi-mənəvi olduğu iddia edilir? Bu iddianı ortaya atanlar nəyi sübut olaraq göstərirlər?
• Hz. Mehdi (ə.s)-ın şəxsi-mənəvi olduğu Ustadın hansı sözündən çıxarılır? Bununla əlaqədar olaraq Ustadın sözlərindən 2-3 nümunə verməniz mümkündürmü?

15. Hərçənd, HƏR ƏSRDƏ HİDAYƏT VERƏN , BİR CÜR MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞDİR. Lakin HƏR BİRİ ÜÇ VƏZİFƏDƏN BİRİNİ BİR CƏHƏTDƏ (baxımdan) ETMƏSİ ETİBARİLƏ (səbəbi ilə) AXIRZAMANIN BÖYÜK MEHDİ STATUSUNU GÖTÜRMƏMİŞLƏR. (Emirdağ Lahikası, səh. 260)

• Ustadın "...HƏR ƏSRDƏ HİDAYƏT VERƏN, YENİ MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ .."  ifadəsinə görə hər dövrdə bir mücəddid gəlmişdirmi?Ustad bu sözündə Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra 14 əsr boyunca insanların hidayətinə vəsilə olan mücəddid, yeni Mehdi vəzifəsində olan qiymətli vəli şəxslərin gəlmiş olduğunu ifadə etmişdir. Ancaq Ustad bu kəsləri tarif edərkən "yeni Mehdi" ifadəsini işlətmişdir. Bu sözü istifadə etməsinin səbəbi bu kəslərin Axırzamanda gələcək hz. Mehdi (ə.s)-ın edəcəyi üç vəzifədən yalnız birini, birtərəfli etmiş olmalarıdır. Kimi bu vəzifələrdən ancaq dini olanını, kimi səltənət aləmində olanını, kimi də siyasət aləmində olan vəzifəsini reallaşdıraraq yerinə yetirmişdirlər. Bu üç vəzifəsi bir yerdə tam olaraq yerinə yetirən bir mücəddid hicri 1400-cü ilə qədər olmamışdır. Buna görə Ustad onlara Axırzamanın böyük Mehdisi deyilməyəcəyini, xüsusilə, ifadə etmişdir.
• Bu kəslərə Ustad niyə Axırzamanın böyük Mehdisi statusunu verməmişdir?
• Bu vəlilər arasında hz. Mehdi (ə.s)-ın üç vəzifəsini birlikdə yerinə yetirən biri olmuşdurmu? Yerinə yetirən varsa bu vəli kimdir? Nə şəkildə etmişdir?
• Ustad bu sözündə hz. Mehdi (ə.s)-ın üç vəzifəsinin hamısını kimin edəcəyini demişdir?
• Ustad bu sözündə "HƏRÇƏND, HƏR ƏSRDƏ HİDAYƏT VERƏN, YENİ MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ ..." ifadəsi ilə öz yaşadığı hicri 1300-cü ilin də bu sözün içinə daxil etmişdir. Bu şəkildə özünün də hz. Mehdi (ə.s)-ın 3 vəzifəsindən yalnız birini qismən yerinə yetirdiyini ifadə etmişdir.
 • Ustad sözünün sonunda buna görə sözü gedən kəslərin Axırzamanın Böyük Mehdisi statusunu almadıqlarını ifadə edərək hz. Mehdi (ə.s)-ın öz dövründə hələ zühur etmədiyini ifadə etmirmi?
• Burada Ustad digər mehdilərdən bəhs edərkən bu kəslərin bir şəxs olduğu və bu kəslərin səltənət, din və siyasət aləmində qismən bəzi vəzifələri yerinə yetirdikləri aydın olur. Ustad burada şəxsi-mənəvinin deyil, bu kəslərin şəxsən özlərindən bəhs edir. Axırzamanın böyük Mehdisindən bəhs edərkən də fərqli bir ifadə və ya onun guya bir şəxs deyil, bir şəxsi-mənəvi olduğuna dair bir izahat vermədiyinə görə hz. Mehdi (ə.s)-ın bir şəxs olduğu açıq deyilmidir?

• O zaman bu dövrün, yəni hicri 1400-cü ilin mücəddidi kimdir?

16. BÖYÜK MEHDİNİN ÇOX VƏZİFƏLƏRİ VAR VƏ SİYASƏT, DİN, SƏLTƏNƏT, MÜCADİLƏ ALƏMİNDƏ, BİR ÇOX YERLƏRDƏ  FƏALİYYƏTLƏRİ (İŞLƏRİ) OLDUĞU KİMİ ... (Şualar, səh. 590)

 

17. Həm bu ÜÇ VƏZİFƏNİ BİRDƏN BİR ŞƏXSDƏ, YAXUD CAMAATDA BU ZAMANDA TAPILMASI VƏ MÜKƏMMƏL OLMASI BİR-BİRİNDƏN CƏRH ETMƏMƏSİ (bir-birinə mane olmaması, zərər verməməsi) ÇOX UZAQ, SANKİ QABİL (mümkün) GÖRÜLMÜR. Axırzamanda, ALİ BEYT-NƏBƏVİNİN (S.Ə.V) (Peyğəmbərimiz (s.ə.v)-in soyunun) CAMAATI-NURANİYƏSİNİ (nurani camaatını) TƏMSİL EDƏN HƏZRƏTİ MEHDİDƏ VƏ CAMAATINDAKI ŞƏXSİ-MƏNƏVİNİ ANCAQ İCTİMAİ EDƏ BİLƏR (bir yerə gələ bilər, toplana bilər). (Kastamonu Lahikası, səh. 139)

Ustad bu sözündə hz. Mehdi (ə.s)-ın üç vəzifəsini öz dövründə bir şəxsin və ya bir camaatın etməsinin, bunları uğurla və bir-birilərinə zərər verməyəcək şəkildə icra etməsinin mümkün olmadığını açıq şəkildə ifadə etmişdir. Yəni Ustad yaşadığı dövrdə nə özünün, nə camaatının, nə də başqa bir adam və ya da camaatın hz. Mehdi (ə.s)-ın edəcəyi vəzifələri bacarmayacağını söyləmişdir. Bu vəzifələrin ancaq Axırzamanda Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn, yəni seyid olan hz. Mehdi (ə.s) və tələbələrinin edə biləcəyini ifadə edir. Bundan əlavə Ustadın Axırzamanda gələcək hz. Mehdi (ə.s)-ın seyid olduğunu deməsi; Mehdinin bir şəxsi-mənəvi olmadığını əksinə bir şəxs olduğunu açıq şəkildə isbat edən əhəmiyyətli bir dəlildir. Çünki bir şəxsi-mənəvi seyid ola bilməz. Ancaq bir adam, bir şəxs, bir insan seyid ola bilər. Hz. Mehdi də (ə.s) seyid olacağına görə bir şəxsi-mənəvi deyil, şəxs olduğu açıqdır. Ustad seyid deyil. Eyni zamanda özünün və camaatının bu üç vəzifəni öz dövrlərində yerinə yetirmələrinin mümkün olmadığını da söyləyir.• Ustad bu sözündə böyük Mehdi ifadəsiylə bir şəxsi mənəvidənmi bəhs etmişdir? Bu sözündə hz. Mehdi (ə.s)-ın şəxsi mənəvi olduğuna dair hər hansı bir ifadə vardırmı?
• Ustad "ƏUZU BİLLHİMİN ŞEYTANİ VƏ SİYASƏH", yəni "ŞEYTANDAN VƏ ONUN RAZI OLDUĞU SİYASƏT ANLAYIŞINDAN ALLAHA SIĞINIRAM" deyərək onsuz da siyasətə girmədiyini və girməyəcəyini, bu sahədə bir fəaliyyətinin olmayacağını açıq şəkildə ifadə etmişdir.
Halbuki, hz. Mehdi (ə.s) siyasət aləmində də fəaliyyət göstərəcək bir şəxsdir. Belə olduqda Ustad hz. Mehdi (ə.s)-ın bu vəzifəsindən uzaq dayandığına görə "Ustad hz. Mehdi (ə.s) deyil "deməyimiz doğru deyilmi?
• Hz. Mehdi (ə.s) səltənət aləmində də fəaliyyət göstərəcəkdir. Ustadın səltənət aləmində hər hansı bir xidməti olmadığına görə "Ustad hz. Mehdi (ə.s) deyil" deyə bilərikmi?

• O zaman Ustadın verdiyi bütün bu qəti dəlillərə baxmayaraq hələ "Ustad Axırzamanın Böyük Mehdisidir" demək Ustada hörmətə uyğun olarmı? Doğru bir iddia olarmı?
• Ustad Allahdan çox qorxan, səmimi bir müsəlman olduğuna görə də doğru olmayan bir şeyi qəti şəkildə deməyəcəyinə, inanmadığı bir şeyi söyləyərək insanları yanıltması mümkün olmayacağına görə "Ustad qəti şəkildə Axırzamanın Böyük Mehdisi deyil" deməyimiz daha doğru deyilmi?

18. DƏFƏLƏRLƏ MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ MEHDİ ALİ RƏSULUN TƏMSİL ETDİYİ QÜDSİ CAMAATININ ŞƏXSİ-MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. Əgər tez qiyamət qopmasa və bəşər (insanlar) tamamilə yoldan çıxmasa, o vəzifələri onun cəmiyyəti və seyidlər (Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələnlər) camaatı edəcəyini İlahinin rəhmətindən (Allahın rəhmətindən) gözləyirik. Onun üç böyük vəzifəsi olacaqdır. (Emirdağ Lahikası, səh. 259)

 

19. Birincisi: ...Fənn və fəlsəfənin müsəlləti ilə (təsiri ilə) və MADİYYUN (materializm) və tabiyyun (naturalizm inancının) BƏŞƏR DAXİLİNDƏ İNTİŞAR ETMƏSİ İLƏ (YAYILMASI İLƏ) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİNİN FİKRİNİ (materialist düşüncəni) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR". (Emirdağ Lahikası, mektup səh. 337)

 • Ustad hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin maddinin, yəni materializm və tabiyyun, yəni darvinizm fikrini tam olaraq susdurub, təsirsizləşdirmək olduğunu ifadə etmişdir. Bu vəzifəsi ilə hz. Mehdi (ə.s) insanların Allaha iman etməsinə vəsilə olacaq.Ustad üç vəzifəni yerinə yetirəcək hz. Mehdi (ə.s)-ın peyğəmbərimiz (s.ə.v)-in soyundan olacağını bildirmiş və bu da Ustadın axırzamanda zühuru gözlənilən hz. Mehdi (ə.s) olmadığının birinci dəlili olmuşdur. Yenə hz. Mehdi (ə.s)-dan "Hz. Mehdi ali Rəsulun" şəklində bəhs etməsi, yəni Mehdinin seyid olacağını deməsi hz. Mehdi (ə.s)-ın şəxs olduğunun başqa bir dəlilidir. Ustad hz. Mehdi (ə.s)-ın və camaatının üç vəzifəsi olduğunu bildirmişdir.

• Kastamonu Lahikası, s. 139-da Ustad onun dövründə özü və camaatı daxil olmaqla qəti şəkildə bütün vəzifələri yerinə yetirəcək bir qrupun olmadığını bildirmişdirmi?
• Hz. Mehdi (ə.s) üç vəzifəni də yerinə yetirəcəyinə görə Ustad bu sözü ilə eyni zamanda özünün hz. Mehdi (ə.s) olmadığını açıq şəkildə bəyan etməmişdirmi?

• Ustadın maddinin və Tabbiyun, yəni materializm və darvinizm ilə bağlı belə fikri mübarizəsi olmuşdurmu?
• Ustadın yaşadığı hicri 1300-cü ildə Ustadın vəsiləsi ilə darvinizm və materializmi fikirlə təsirsizləşdirmək mümkün olmuşdurmu? 

• Hz. Mehdi (ə.s)-ın birinci vəzifəsi materializm və darvinizm fəlsəfələrinə qarşı çox ciddi bir mübarizə aparıb hər iki fəlsəfəni də insanların şüurundan tamamilə təmizləmək olduğuna görə Ustad haqqında “Hz. Mehdi (ə.s) deyil, çünki darvinizm və materializm ilə əlaqədar belə təsirli bir mübarizəsi və müvəffəqiyyəti olmamışdır” deməyimiz doğru deyilmi?

20. Ümmətin gözlədiyi AXIRZAMANDA GƏLƏCƏK ŞƏXSİN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ (əhəmiyyətlisi) VƏ ƏN BÖYÜYÜ, QİYMƏTLİSİ (dəyərlisi) OLAN TƏHQİQİ İMANI (həqiqi imanı) NƏŞR (yazma və paylama yolu yaymaq) VƏ İMAN ƏHLİNİ (iman gətirənləri) DƏLALƏTDƏN (azğınlıqdan) XİLAS ETMƏKDİR...
(Sikke-i Tasdik-i Gaybi, səh. 9)

 

21. “İman əhlini dəlalətdən (iman və İslamiyyətdən ayrılmaq) qorumaq və bu vəzifəni yerinə yetirərkən həm dünya ilə məşğul olmaq, həm də hər şeyi tərk etməklə, əsasən tədqiqatla (araşdırmalar) bağlı olduğundan, Mehdinin o vəzifəsini şəxsən özü yerinə yetirmək üçün vaxtı və halı imkan verməz. Hər halda o vəzifəni ondan əvvəl bir tayfa (qrup) bir cəhətdə (bir  ilə) yerinə yetirəcək. O zat (Mehdi) o qrupun uzun tədqiqatıyla (araşdırmalar) yazdıqları əsərləri özü üçün hazır proqram seçəcək. Bununla o birinci vəzifəsini tam yerinə yetirmiş olacaqdır."
(Emirdağ Lahikası, mektup səh. 337)

Ustad hz. Mehdi (ə.s)-ın vaxtını daha çox iman gətirənləri haqq yolundan azmaqdan və İslam əxlaqından uzaqlaşmaqdan qorumaqla, gözəl əxlaqın bütün dünyaya yayılmasında vəsilə olan əsərləri üçün tədqiqat və araşdırmalarla keçirməsinə görə dünya işlərindən dərhal imtina edəcəkdir. Bu vəzifələrə görə  hz. Mehdi (ə.s)-ın halı və vaxtı uyğun olmayacağına görə özündən əvvəl bu istiqamətdə tədqiqat aparan, əsərlər hazırlayan bir qrupun hazır işlərindən faydalanacağını bildirmişdir. Hz. Mehdi (ə.s) bu hazır bilik və işlərdən faydalanaraq birinci vəzifəsini tam və mükəmməl şəkildə yerinə yetirəcək.Ustad hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin üç vəzifə içərisində ən əhəmiyyətli, qiymətli vəzifənin 1-ci vəzifəsi olduğunu bildirmişdir. Bu tapşırıqla hz. Mehdi (ə.s) Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun olaraq hazırladığı əsərlərini yazıb paylayaraq iman əhlini dinsiz cərəyanlardan qurtaracaq. Bu böyük vəzifəsi ilə hz. Mehdi (ə.s) müvəffəqiyyət əldə edəcək və İslam əxlaqını bütün dünyaya hakim edəcəkdir. Bu, Peyğəmbərimiz (s.ə.v)-in doğru hədisləri ilə bildirilmişdir.
Ustadın da risalələri vəsiləsi ilə iman əhlinin imanını dəlalətdən qurtarmağa istiqamətlənən cəhdləri olmuşdur. Ancaq onun dövründə hz. Mehdi (ə.s)-ın bütün dünyaya İslam əxlaqını hakim etməsi ilə nəticələnəcək bu vəzifə həyata keçməmişdir. İslam əxlaqı hakim olmamış, müsəlmanlar Allaha iman etdikləri üçün zülmə, təzyiqə və əziyyətə məruz qalmışlar.

Ustad da insanların imanını qorumaq və Allaha iman etmələrinə vəsilə olmaq üçün səmimi cəhd göstərmişdir. O, az qala bütün həyatını Allah rizası üçün insanları səmimi iman etməyə dəvət edərək, iman həqiqətləri ilə insanların Allahın yaradılış gücünü dərk etmələrinə vəsilə olaraq və bu istiqamətdə çox qiymətli əsərlər hazırlayaraq keçirmişdir. Ustad Həzrətləri dünyadan tamamilə əlini çəkərək Allahın razılığı üçün bu fəaliyyətinə ölümünədək davam edən, son min ilin ən böyük mücəddidi və vəlisidir. Ancaq Ustadın yerinə yetirdiyi bu vəzifə hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin yalnız bir hissəsidir. Halbuki hz. Mehdi (ə.s) insanların Allaha iman etməsinə vəsilə olacaq, ancaq bunun üçün darvinizm və materializm kimi: dövründə insanlara çox şiddətli təsir göstərən və insanları açıq şəkildə Allahın yaratmasını inkar etdirən bu iki fəlsəfəni fikirlə yerlə yeksan edərək, bu iki fəlsəfənin təsirini bütün insanlıq üzərindən tamamilə qaldıraraq vəzifəsini müvəffəqiyyətlə yerinə yetirəcək. Ancaq Ustadın bu istiqamətdə bir fəaliyyəti və qəti nəticə əldə etdiyi bir müvəffəqiyyəti olmamışdır.
• Ustadın materializm və darvinizmlə əlaqədar qəti şəkildə nəticə əldə etdiyini, bu iki fəlsəfəni tam susdurduğunu göstərən bir fəaliyyəti vardırmı?
• Ustad dövründə materializm və darvinizm tam olaraq fikirlə təsirsizləşdirilmişdirmi?
• Ustad hz. Mehdi (ə.s)-ın birinci vəzifəsini bütünlüklə yerinə yetirmişdirmi?
• Hz. Mehdi (ə.s)-ın 1-ci vəzifəsinin hansı hissəsini Ustad etməmişdir?
• Bu vəziyyətdə Ustad hz. Mehdi (ə.s)-ın bütünlüklə yerinə yetirəcəyi 1-ci vəzifəsinin yalnız bir qismini etmişdir demək doğru deyilmi?

22. Ayələrin bir qismində və hədisi-şəriflərdə (hədislər) AXIRZAMANDA GƏLƏCƏK BİR MÜCƏDDİDİ-ƏKBƏRİ (ən böyük mücəddidi) mənayı-işari ilə (işarəvi olaraq) xəbər verirlər. Lakin O GƏLƏCƏK ŞƏXSİN VƏ CƏMİYYƏTİNİN ÜÇ VƏZİFƏSİNDƏN ən əhəmiyyətlisi (əsası) olan və zahirən (görünüş cəhətdən) ən kiçiyi görünən imanı qurtarmaq və həkaiki-imaniyəni (iman həqiqətlərini) günəş kimi göstərmək vəzifəsini Risalə-i Nur və şagirdlərinin (tələbələrinin) şəxsi-mənəvisi tam olaraq yerinə yetirəcəyindən; O GƏLƏCƏK ŞƏXSƏ DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ, Risalə-i Nurun şəxsi-mənəvisini HƏTTA BƏZƏN TƏRCÜMƏÇİSİNƏ DƏ tətbiq etməyə (uydurmağa) çalışmışlar və şəriəti-əhya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə) VƏ XİLAFƏTƏ TƏTBİQ EDİLƏN ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR. (Tılsımlar Mecmuası, səh. 168)

 

 

23. İkinci vəzifəsi: İslam aləminin vəhdətini (İslam aləminin birliyini) istinad nöqtəsi edib (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və İlahi qəzəbdən (Allahın qəzəbindən) qurtarmaqdır. Bu vəzifənin istinad nöqtəsi (dayaq nöqtəsi) və xadimləri (xidmətçiləri), MİLYONLARLA ÜZVLƏRİ (fərdləri) OLAN ORDULAR lazımdır. (Emirdağ Lahikası, mektup səh. 337)

Ustad Tilsimlər Məcmuəsi səhifə 168-də yer alan ifadəsində Axırzamanda gələcək şəxsə "böyük mücəddid mücəddidi-əkbər" olaraq müraciət etmişdir. Mücəddid sözü "Yeniləyici, doğru hədislərlə bildirilən, hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük alim və Peyğəmbər (s.ə.v)-in varisi olan şəxs" mənalarını daşıyır. Mücəddid adı insanlara verilən bir addır. Buna görə də mücəddid deyiləndə qarşı tərəfdə bir şəxs, bir insan olması lazımdır. Şəxsi-mənəviyə mücəddid deyilməsi olmaz.

Ustad “böyük mücəddid” deyərkən bu adamın Axırzamanda gələcək bir şəxs olduğunu da ifadə etmişdir. Bundan əlavə Axırzamanda gələcək bu şəxsin 1-ci vəzifəsinin insanların imanını qurtarmaq və Allahın yaradılış gücününün dəlillərindən olan iman həqiqətlərini insanlara göstərmək olduğunu da ifadə etmişdir. Bu vəzifələri özünün və tələbələrinin tam olaraq yerinə yetirdiklərini buna görə də özünün Axırzamanda gələcək böyük Mehdi zənn edildiyini ifadə etmişdir. Halbuki, hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin digər hissəsi olan Quran əxlaqının əsaslarını insanlara xatırladaraq Quran əxlaqının bütün dünyada yenidən yaşanılması və hakim olması vəzifəsini yerinə yetirməsə də Ustadın bu cəhətinin nəzərə alınmadığını ifadə etmişdir. Halbuki, hz. Mehdi (ə.s) zühur edəndə birinci vəzifəsinin bu əhəmiyyətli qismini yerinə yetirəcək və Quran əxlaqının bütün dünyaya hakim olmasını təmin edəcəkdir.
Ustad Quran əxlaqının bütün dünyada hakim olmasına vəsilə olmuşdurmu?
Bəs Axırzamanda hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin bu əhəmiyyətli hissəsini kim yerinə yetirəcək?
Şəxsi-mənəvi mücəddid olaraq adlandırıla bilərmi?
Ustad mücəddidi-əkbər deyərkən bir adamdan, yoxsa bir şəxsi-mənəvidən  bəhs edir?

24. ŞƏXSİN İKİNCİ VƏZİFƏSİ, şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) İCRA VƏ TƏTBİQ ETMƏKDİR (tətbiq və yerinə yetirməkdir). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

 

25. Birinci vəzifə, maddi qüvvə ilə deyil, bəlkə qüvvətli etiqad (güclü və səmimi bir iman) və ixlas (yalnız Allahın rizasını qazanmaq) və sədaqətlə (qəlbdən bağlılıqla) olduğu halda, ÇOX BÖYÜK MADDİ QÜVVƏ VƏ HAKİMİYYƏT LAZIMDIR Kİ, O İKİNCİ VƏZİFƏ TƏTBİQ EDİLSİN (yerinə yetirilə bilsin). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

• Ustad hicri 1300-cü ildə belə bir İslam birliyi yaradıb bu birlikdən iman əhlinin güclənməsinə vəsilə olacaq şəkildə maddi və mənəvi bir güc almışdırmı?Hz. Mehdi (ə.s)-ın ikinci vəzifəsi müxtəlif qruplar halında dağınıq olan aralarındakı qardaşlıq, dostluq, sevgi bağları zəifləyən dünya müsəlmanlarını birləşdirib bir yerə toplamaq, İslam aləmində bu şəkildə güclü bir birlik yaradaraq müsəlmanların yaşadıqları təzyiq, zülm, əziyyətin bitməsi üçün maddi və mənəvi böyük bir güc yaratmaqdır. Ustad əldə etdiyi bu güclə müsəlmanların, iman əhlinin inancının güclənməsinə vəsilə olacaq hz. Mehdi (ə.s)-ın, bu ikinci vəzifəsini yerinə yetirməsi üçün Axırzamanda milyonlarla insandan ibarət güclü orduların onun xidmətində olacağını ifadə etmişdir. Bu güc İslam Birliyi ilə yaranan təbii bir gücdür. Bütün bunların nəticəsində hz. Mehdi (ə.s) İslam əxlaq və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-in həqiqi sünnəsini canlandıracaq və bidətləri, yəni İslam dininə sonradan əlavə olunmuş adətləri və batil inancları Allahın izni ilə ortadan qaldıracaq.

• Ustad İslam birliyi vəsiləsi ilə dünyada yaşayan milyonlarla müsəlmanın yaşadığı acı, zülm və təzyiqi üzərlərindən qaldırma vəzifəsini yerinə yetirmişdirmi?
• Ustadın zamanında İslam birliyi vəsiləsi ilə birlik olub, İslam əxlaqının yayılması üçün xidmət edən milyonlarla insandan ibarət olan bir güc birliyi yaranmışdımı? Bu birlik Ustadın mənəvi əmri altına girmişdimi?

26. "Üçüncü vəzifəsi: İnkilabat-zamaniyə (zamanın dəyişməsi) ilə Quran hökmlərinin böyük hissəsinin zədələnməsi ilə ŞƏXS BÜTÜN İMAN ƏHLİNİN (iman edənlərin) MƏNƏVİ KÖMƏYİİslam Birliyinin  qarşılıqlı yardımı ilə, BÜTÜN ÜLƏMA VƏ ÖVLİYANIN (alimlərin və vəlilərin) və, xüsusilə, ƏHLİ-BEYTİN NƏSLİNDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) HƏR ƏSRDƏ QÜVVƏTLİ VƏ KƏSRƏTLİ (çox sayda) OLAN MİLYONLARLA FƏDAKAR SEYİDLƏRİN İŞTİRAKI İLƏ (peyğəmbər soyundan gələn fədakar şəxslərin iştirakı ilə) O, BÖYÜK VƏZİFƏSİNİ  YERİNƏ YETİRMƏYƏ ÇALIŞIR. (Emirdağ Lahikası, mektup səh. 337)

 

27. ŞƏXSİN üçüncü vəzifəsi, İSLAM XƏLİFƏLİYİNİ İSLAM BİRLİYİNİN TƏMƏLİ EDƏRƏK (İslam Birliyi üzərinə quraraq), İSƏVİ RUHANİLƏRİ İLƏ (dindar xristianlarla və xristian alimləri ilə) İTTİFAQA GİRİB  (iş birliyi və həmrəyliyə qoşularaq) İSLAM DİNİNƏ xidmət edir.
BU VƏZİFƏ ÇOX BÖYÜK SƏLTƏNƏT, QÜVVƏ VƏ MİLYONLARLA FƏDAKARLARIN İŞTİRAKI İLƏ (Milyonların fədakarcasına iştirakı) TƏTBİQ EDİLƏ BİLƏR (yerinə yetirilə bilər). (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

• Ustadın dövründə hz. Mehdi (ə.s)-ın üçüncü vəzifəsini yerinə yetirməsi üçün mütləq lazım olan İslam Birliyi quruldumu?Ustad hz. Mehdi (ə.s)-ın üçüncü vəzifəsinin bütün İslam alimlərinin və vəlilərin, xüsusilə, milyonlarla fədakar seyidlərin iştirakı və müsəlman dövlətlərin mənəvi birləşməsi ilə qurulacaq İslam Birliyinin köməyi və dəstəyi ilə reallaşan böyük bir vəzifə olduğunu söyləmişdir. Bu böyük vəzifəni yerinə yetirərkən hz. Mehdi (ə.s)-ın xristian alimləri və dindar xristianlarla da əməkdaşlıq və həmrəylik ruhu ilə İslama xidmət edəcəyini söyləmişdir. Bundan əlavə hz. Mehdi (ə.s)-ın bu vəzifəni yerinə yetirmək üçün böyük səltənət və milyonlarla adamın dəstəyi və iştirakı ilə güc tapacağını da xüsusilə bildirmişdir. Hz. Mehdi (ə.s) əldə edəcəyi bu böyük səltənət və güc ilə Quran əxlaqını, fəzilətini və Peyğəmbər əfəndimiz (s.ə.v)-in sünnəsini yenidən canlandıracaqdır.
Halbuki, Ustadın dövründə hz. Mehdi (ə.s)-ın 3-cü vəzifəsini yerinə yetirməsi üçün mütləq lazım olan İslam Birliyi qurulmamışdır. İslam Birliyinin qurulmasına yönəlmiş fəaliyyətlər, yaşadığımız və hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü ildə açıq bir şəkildə hiss edilir. Müsəlman ölkələr arasında ciddi bir birlik ruhu, bir qaynayıb-qarışma, vətənpərvərliyin artımı və yaxınlıq yaşadığımız əsrdə görünür.

• Ustada sayları milyonlarla olan fədakar seyidlər qoşulmuşdumu?
• Ustad yaşadığı hicri 1300-cü ildə hz. Mehdi (ə.s) zamanındakı tək səltənət qurmaq və milyonlarla adamdan ibarət böyük bir dəstəyə sahib olmaq kimi ciddi bir mənəvi güc qazanmışdımı?
• Ustadın Sikke-i Tasdik-i Gaybi səhifə 9-da ifadə etdiyi kimi, hz. Mehdi (ə.s)-ın üçüncü vəzifəsini yerinə yetirməsi üçün dindar xristianlarla və xristian alimlərlə ittifaqı yaşadığı hicri 1300-cü ildə qurmuşdumu?
• Hz. Mehdi (ə.s)-ın üçüncü vəzifəsindəki bu əhəmiyyətli vəzifələri yerinə yetirməyən bir şəxsə; “Bu adam Axırzamanın gözlənilən Böyük Mehdisidir" deyilə bilərmi?

28. Süfyan və Mehdi haqqındakı hədislərin bildirdiyi məna budur ki, Axırzamanda dinsizliyin iki cərəyanı (axını) güclənəcək: Biri nifaq pərdəsi altında (inkarçı olduğu halda müsəlman kimi görünərək) Risalə-i Əhmədiyyəni (s.ə.v) (Peyğəmbərimiz (s.ə.v)-in elçiliyini və yolunu) inkar edəcək Süfyan ―müdhiş BİR ŞƏXS nifaq əhlini (münafiq xarakterli adamları) idarə edəcək, İslam şəriətini (İslam dinini) dağıtmağa (yıxılmasına) çalışacaqdır. Ona qarşı ƏHLİ-BEYTİ-NƏBƏVİNİN SİLSİLEYİ-NURANİSİNƏ (Peyğəmbərimiz (s.ə.v)-in nurani soyuna) bağlanan vəlayət əhlinin (vəlilərin) VƏ  KAMAL ƏHLİNİN (kamil iman sahiblərinin) başına keçəcək Əhli-beytdən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) MƏHƏMMƏD MEHDİ ADINDA BİR ŞƏXSİ-NURANİ (nurlu bir şəxs) O Süfyanın şəxsi-mənəvisi olan münafiq cərəyanını (münafiqlik axınını) YOX EDİB DAĞIDACAQDIR. (Mektubat, səh. 53)

 

29. ... ALİ KOMANDANLARI OLAN "BÖYÜK MEHDİ" NİN BÖYÜK ƏDALƏTİNİ (uca ədalətini) VƏ HƏQİQƏTİNİ (haqdan və düzgünlükdən ayrılmayacağını, doğruluğunu) DÜNYAYA GÖSTƏRMƏYİ  uyğun olmaqla bərabər, lazımlı, zəruri cəmiyyət həyatının insan  münasibətlərindəki qayda-qanunları (cəmiyyət həyatına aid qaydaların) muktəzasıdır (gərəyidir).(Şualar, səh. 456)

Ustad Şualar səf. 456-da Axırzamanda zühur edəcək hz. Mehdi (ə.s)-ın bütün müsəlmanları Allahın Kitabına, Quran əxlaqına, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə istiqamətləndirən onlar arasında ədalət və həqiqətlə təcəlli edən, müsəlmanları mənəvi cəhətdən istiqamətləndirən bir lider olacağını bildirir. Halbuki Ustadın belə bir mənəvi sərkərdəlik vəzifəsi olmamışdır. Ustadın həyatının 30 illik çox böyük bir hissəsi həbs və sürgünlərlə keçmişdir. Ustad Həzrətlərinin hz. Mehdi (ə.s)-da olduğu kimi ədalətini və həqiqiliyini dünyaya göstərəcək şəkildə dünyada tanınması da olmamışdır. Ustadımız Axırzamana işarə edən çox qiymətli məlumatları ilə, gözəl əxlaqı, dərin düşünmə gücü, iman qüvvəsi, təfəkkür, Allahın yaradılış dəlillərinin izahındakı qeyri-adi səmimiyyəti, Allaha olan dərin sevgi və qorxusu ilə min ilin ən böyük mücəddididir. Ancaq Ustadımızın sözündə Axırzamanın Böyük Mehdisinin boynuna götürəcəyi bu mənəvi sərkərdəlik vəzifəsi ilə əlaqədar bir çalışması və mövqeyi olmamışdır.Hz. Mehdi (ə.s) Axırzamanda Allahın izni ilə din əxlaqına və Peyğəmbərimiz (s.ə.v) sünnəsinə qarşı münafiq, yəni hiyləgərcəsinə və özünü dindar kimi göstərərək mübarizə aparacaq Süfyanın şəxsi-mənəvisi olan münafiq cərəyanını tamamilə dağıdacaq. Ancaq Ustad öz ifadəsi ilə; "münafiq cərəyanını yox edib dağıdacaqdır" şəkildə qəti şəkildə və dəqiq bir nəticə əldə etməmişdir. Ustad bu quruluşla fikri mübarizəyə qoşulmuş, lakin din əxlaqına qarşı hiyləgərcəsinə mübarizə aparan münafiq cərəyanını aradan qaldırmamışdır.
Ustadın Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələcəyini və münafiq cərəyanını dağıdacağını bildirdiyi bu adam ustad olmadığına görə “gələcəyi doğru hədislərlə bildirilmiş və bütün İslam aləminin həyəcan və şövqlə gözlədiyi Axırzamanın böyük Mehdisi Ustad deyil” deməyimiz doğru deyilmi?

• Bu vəziyyətdə Ustadın bu sözündə bəhs etdiyi "sərkərdə olan böyük Mehdinin" o olmadığını söyləmək doğru deyilmi?
• Beləliklə, Axırzamanın sərkərdəsi olan, ədalət və həqiqiliyini bütün dünyaya göstərəcək Axırzamanın Böyük Mehdisi onun zamanında hələ zühur etməmişdir deməyimiz doğru deyilmi?

30....HƏZRƏTİ İSA ƏLEYHİSSALAM, İSƏVİLİK ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK DİNSİZLİYİN ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI (fikri mübarizədə) yox edər... (Mektubat, səh. 6)

Ustad bundan əlavə bu sözündə hz. İsa (ə.s)-dan bir şəxs olaraq bəhs etmiş, ona “həzrət” demişdir. Ustadın hz. İsanın şəxsi-mənəvi olduğuna dair bir ifadəsi və ya eyhamı olmamışdır.Hz. İsa (ə.s)-ın zühurundan sonra dəccalı fikirlə yox edərək dinsizliyə qarşı böyük bir müvəffəqiyyət qazanacaq. Ancaq müsəlmanların bir qismi hz. İsa (ə.s)-ın nüzul etdiyini və sonra da müsəlmanların onu dəfn etdiyini söyləyirlər. Halbuki, hz. İsa (ə.s) yenidən dünyaya gəlişini sübut edən hadisələr hələ reallaşmamışdır. Məsələn, Ustadın bu sözündə ifadə etdiyi kimi dəccaliyyət hələ fikirlə tam olaraq məğlub edilməmişdir. Hz. İsa (ə.s) hz. Mehdi (ə.s)-la birlikdə və onun arxasında namaz qılmamışdır. Hədislərdə bildirilən xaçı, yəni üçləmə inancını qaldırıb tək Allah inancını xristianlar arasında hakim etməsi donuzu öldürəcək, cizyəni qaldıracaq. Bunların heç biri hələ həyata keçməmişdir. Buna görə də hz. İsanın enişinin ardınca guya vəfat etməsi kimi bir vəziyyətin mümkün olmayacağı çox açıqdır. Bundan əlavə bu Ustadın İsa (ə.s)-la əlaqədar bütün şərhlərini rədd edən, onun izahlarına tamamilə əks, məntiqə sığmayan iddiadır.

• Bu sözündə Ustadın hz. İsanın bir şəxsi-mənəvi olduğuna işarə edən bir ifadəsi olmuşdurmu?
• İsa (ə.s) nüzul edərkən baş verəcək hadisələr; xaçı qırması, donuzu öldürməsi, cizyəni qaldırması, hz. Mehdi (ə.s)-ın arxasında namaz qılması, dəccaliyyətin fikirlə yox edilməsi kimi hadisələr Ustad zamanında olmuşdurmu? Bu hadisələrin olduğuna dair hər hansı bir əlamət varmı?
• O zaman guya hz. İsa (ə.s) nüzul etdi və vəfat etdi kimi bir düşüncə tamamilə səhvdir deməyimiz doğru deyilmi?

31. Bəli, hədisi-şərifin ifadəsi ilə HƏZRƏTİ İSANIN SƏMAVİ NÜZULU (səmadan enişi) QATI (dəqiq) OLMAQLA YANAŞI işarəvi mənası ilə (işarə etdiyi məna ilə) başqa həqiqətləri ifadə etdiyi kimi bu həqiqətə da möcüzəvi bir şəkildə işarə edir. (Kastamonu Lahikası, səh. 50)

 

32. ...Hətta "HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLİR, HƏZRƏTİ MEHDİYƏ NAMAZDA İQTİDA EDƏR, TABE OLAR"― deyə rəvayəti, bu ittifaqa və Quran həqiqətinə, hakimiyyətinə işarə edər. (Şualar, səh. 493)

Ustad Axırzamanda göydən zühur edəcək və hz. Mehdi (ə.s)-a namazda iqtida edəcək. Ardınca da hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın vəsiləsi ilə xristianlıq ilə müsəlmanlıq arasında ittifaq yaranacaq və Quran əxlaqı hakim olacaq. Ustad namaz qılan iki adamdan bəhs edərək bu kəslərin, yəni hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın bir adam olduqlarını açıq şəkildə bildirmişdir. Burada birlikdə namaz qılacaq kəslərin şəxsi-mənəvi deyil, şəxs olduqları çox açıqdır.Ustad Kastamonu Lahikası səf. 50-də hz. İsa (ə.s)-ın nüzulunun qəti olduğunu "həzrəti İsanın səmavi nüzulu (səmadan enişi) qəti ..." ifadəsi ilə bildirib. Burada Ustad həzrətləri bir şəxsi-mənəvidən deyil, bir şəxsdən bəhs edir. Hz. İsa (ə.s)-ın göydən qəti olaraq enəcəyini söyləyərkən, burada göyə bədəni ilə birlikdə çəkilən hz. İsa (ə.s)-ın şəxsindən bəhs edir və eyni şəkildə yenidən Allahın izni ilə bədəni ilə səmadan enəcəyini söyləyir.
• Bu sözündə Ustad hz. İsa (ə.s)-ın şəxs olduğunu və bu şəkildə göydən enəcəyini ifadə edərək onun bir şəxsi-mənəvi deyil, bir insan olduğunu açıq bir şəkildə ifadə etmişdirmi?

• Ustad hz. İsa (ə.s)-ın göydən nüzul edəcəyini və hz. Mehdi (ə.s)-a namazda iqtida edəcəyini söyləyərkən burada şəxsi-mənəvinin, yoxsa namaz qılan, namazda Allahın adlarını təsbih edən, Allahın hüzurunda namaz üçün qiyam dayanan, rukuya əyilən və alnını səcdəyə qoyan kəslərdən bəhs edirmi?

• Namaz qılan bu iki mübarək adam Axırzamanın nurlu şəxsləridirmi?
• Ustadın dövründə belə bir nüzul olmuşdurmu və hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s) birlikdə namaz qılmışdılarmı?
• Quran əxlaqı Ustad dövründə hakim olmuşdurmu?
• Ustadın yaşadığı hicri 1300-cü ildə, xristianlarla müsəlmanlar arasında Ustadın ifadə etdiyi şəkildə bir ittifaq yaranmışdımı?

33. Məhz belə zamanda o cərəyan çox qüvvətli görünərkən, həzrəti İsa əleyhissalamın şəxsiyyəti-mənəviyəsindən ibarət olan həqiqi İsəvilik dini zühur edəcək (ortaya çıxacaq), yəni İlahinin rəhməti ilə səmadan zühur edəcək;  xristianlıq dini o həqiqətə qarşı təmizlənəcək (saflaşacaq), xurafatdan və təhriflərdən qurtulacaq, həqiqi İslamla (İslam həqiqəti) birləşəcək; mənən xristianlıq yeni İslamiyyətə inqilab edəcək (çevriləcək). Qurana tabe edərək (uyaraq), o İsəvilik şəxsi-mənəvisi tabe olaraq (riayət edərək) və İslamiyyət mətbu (riayət olunan) məqamında qalacaq; haqq dini bu qarışma (qoşulma) nəticəsində böyük bir güc tapacaq. (Mektubat səh. 53-54)

• Ustad dövründə xristianlıqda belə köklü bir dəyişmə olmuşdumu?Ustad Mektubat səh. 53-54-də Axırzamanda hz. İsa (ə.s)-ın nüzulunun ardınca İsəvilik dini həqiqi, yəni təhrif edilməmiş halı ilə ortaya çıxacaq. Din xurafatlardan və həqiqi xristianlıq dinində olmayan bidətlərdən təmizlənəcək. Ardınca da İslam dini ilə birləşərək bütün xristianlar müsəlman olacaqlar. Xristianlıq da beləcə müsəlmanlığa çevriləcək, yəni Ustadın dili ilə desək “xristianlıq bir yeni İslamiyyətə çevriləcək".

• Ancaq hz. İsa (ə.s) nüzul edərkən həyata keçəcək bu dəyişmə, indi olmadığına görə guya "hz. İsa (ə.s) gəlmiş və vəfat etmişdir. Bəzi müsəlmanlar onu dəfn etmişdir" demək məntiqdən kənar deyilmi?
• Əgər Ustadın dövründə hz. İsa (ə.s) gəlsəydi, indi xristianlığın, məsələn, batil üçləmə inancı kimi həqiqi xristianlıqda olmayan yanlış inanclardan təmizlənməli deyildimi?
• İndi xristianlıqda üçləmə inancı və haqq dində olmayan digər batil tətbiqlər hələ davam etmirmi?
• Əgər davam edirsə o zaman hz. İsa (ə.s) hələ nüzul etməmişdir deməyimiz doğru olmazmı?
• Ustad dövründə bu böyük inkişaf olmadığına görə "Ustad hz. Mehdi (ə.s)-dır"demək Ustadın öz ifadəsinə tamamilə əks olan səhv bir şərh olmazmı?


 

PAYLAŞIN
logo
logo
logo
logo
logo