Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (24 dekabr 2011, 10:00)
Adnan Oktar: Nur surəsi, 24. Allah: "O gün, öz dilləri, əlləri və ayaqları əleyhlərində etdiklərinə dair şahidlik edəcəklər" deyir. Yəni onlar rədd etsə belə ayaqları da, əlləri də etdikləri günahı onlara bildirir. 25-ci ayə. "O gün, Allah layiq olduqları cəzanı tam verəcək və onlar da Allahın, mütləq, haqq olduğunu biləcəklər". Yəni Allahın haqqı mütləq yerinə yetirdiyini, Allahın haqq olduğunu biləcəklər.