Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (15 may 2012, 23:00)
Adnan Oktar: Nur surəsi 55. Şeytandan Allaha sığınıra: "Allah, aranızdan iman gətirənlərə və saleh əməllər işləyənlərə vəd etmişdir: "Şübhəsiz ki" deyir Allah, "onlardan əvvəlkiləri necə "güc və hakimiyyət sahibi" etdisə". Kim? Hz. Zülqərneyn (ə.s) və hz. Süleyman (ə.s.) dünya hakimi oldular, "onları da yer üzündə "güc və hakimiyyət sahibi" edəcək", bax, məhz hz. Mehdi (ə.s)-dır dəqiq. Rəsulullah (s.ə.v): "Dünyaya dörd insan hakim oldu. Kafirlərdən, II Navuxodonosor və Nəmrud. Hz. Zülqərneyn (ə.s) və hz. Süleyman (ə.s), ikisi də müsəlman idi. Beşinci olaraq oğullarımdan Məhəmməd Mehdi dünyaya hakim olacaq" deyir. Bax, bu ayənin tamamıdır: "Şübhəsiz ki, onlardan əvvəlkiləri necə güc və hakimiyyət sahibi etdisə, onları da", yer üzündə, "güc və hakimiyyət sahibi edəcək". Dünyaya hakim olacaqlar, deyir. Dünyada, "özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onlara qorxularından sonra əmin-amanlıq bəxş edəcək. Onlar, təkcə Mənə ibadət edər və Mənə heç nəyi şərik qoşmazlar". Xurafatçılığa qarşıdırlar. "Kim bundan sonra inkar etsə, məhz onlar fasiqdir".