İbn Şehraşubun Mənaqibindən və əl-Həraic vəl-Cəraih əsərindən:

Həsən ibn Zərif rəvayət edər:

"Könlümü iki mövzu narahat edirdi və onlarla əlaqədar Əbu Məhəmməd əleyhissalama yazmaq istədim. Beləcə, ona bir məktub yazıb əl-Qaim Mehdi əleyhissalamı, onun nə ilə hökm edəcəyini və məclisinin harada olacağını soruşdum.

Belə bir cavab gəldi:

"Əl-Qaim Mehdi [əleyhissalam] haqqında soruşmusan, qiyam etdiyi zaman insanlar arasında Davud [əleyhissalam]ın hökmünə bənzər şəkildə öz elmiylə hökm verəcək və heç bir dəlilə ehtiyac duymayacaq."

İlamul-Vera və əl-İrşad əsərlərində İbn Quluya, Küleyni, Əli ibn Məhəmməd və Həsən ibn Zərif sənədiylə bənzər hədisə yer verilmişdir.

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 50, səh. 264-265)