Sülhün xüsusi dilinə ehtiyac var
ucgen

Sülhün xüsusi dilinə ehtiyac var

1405

Sülhün xüsusi bir dili var. Ona ancaq xeyirxah olanlar, dərin düşünənlər, ağlını düzgün istifadə edənlər nail ola bilər. Sülhün xüsusi dili, bütün kilidləri açan, bütün qəlblərə sirayət edə bilən, bütün sərhədləri aradan qaldıran müstəsna bir dildir.

Bu dili istifadə etmək səbir, qətiyyət və ağıl istəyir. Bu dil ən çətin zamanlarda da təsirini göstərməli, hiddətə, təhriklərə qapılmamalıdır. Bu dil pis sözlərdən, təxribatlardan, təhqir və qaralamalardan təsirlənməməlidir. Bu dili istifadə edəcək insan ağıllı olmalıdır, sülhə nəyin zərər verə biləcəyini bilməlidir. Yumşaq söz söyləməli, sərt sözün təsirinin pis olacağını bilməlidir.

Dünya hal-hazırda keçmişdə olmadığı qədər böyük qaranlığın içindədir. Türkiyə Din və Diyanət Başqanı Mehmet Görməzin son açıqlamalarına görə gündə 1000 müsəlman ölür və bunların 90%-i öz qardaşı tərəfindən öldürülür. Başqa bir ifadə ilə, müsəlman müsəlman qardaşını qətlə yetirir. İnsanın başqa birinin ölümündən bu qədər həzz alması, şübhəsiz, heyrətli  və dəhşət vericidir.

Bu faciəvi görüntü insanları gün keçdikcə daha da qəzəbləndirməyə başladı. Bəzi kütləvi informasiya vasitələri və sosial medianın təhrik gücü isə ciddi ölçülərdədir. İndi dünyadakı insanalrın böyük bir qismi yaradılan bu qəzəb və təhrikin nəticəsində müharibənin daha artıq müharibə ilə, qəzəbin daha artıq qəzəblə qarşılıq görməsi fikrini müdafiə edir. Bu elə bir zehniyyət ölçüsüdür ki, əgər sülhdən bəhs etsəniz, qəzəbini sizə yönəltməkdən çəkinməz. Sadəcə nifrətdən bəhs edilməsini istəyər.  Cinayətlər artsın, fəlakətlər çoxalsın, kin-küdurət daha da güclənsin deyə...

Əgər müsəlman uşaqların belə öldürüldüyü bu qorxunc mənzərədən xilas olmaq istəyirsə, başına gələn fəlakətlərin qurtarmasını arzulayırsa, həqiqətən hüzur axtarışındadırsa, onda İslam dininin göstərdiyi yolu izləməli və daima sülhü istəməlidir. Nifrətin daima nifrəti artıracağını, kinin daima fəlakət gətirdiyini, müharibələrin müharibə ilə sona çatmayacağını unutmamalıdır. Rəbbimizin “Hamınız sülhə və İslama gəlin” hökmünə görə daima sülh yolunu seçməlidir. Bu, sadəcə müsəlmanların deyil, vicdanı və ağlı güclü olan hər insanın ən böyük məsuliyyəti olmalıdır.

Müharibə təxribatlarının müharibələrdən qazanacaq kiçik bir cəmiyyətin mənfəəti üçün istifadə edildiyi unudulmamalıdır. Müharibələr ən çox məsumları vurur, təxribatçılar isə bombaların atıldığı o isti bölgədən uzaqdadırlar, öz rahatlıqlarını düşünürlər. Əzilən məzlumlar onları maraqlandırmır.

Uzaqdan “sülh istəmirik, intiqam alaq” deyən bəzi klaviatura mücahidləri də saxta bir qəhrəmanlığın parçası görüntüsü verməyə çalışırlar. Bu insanlar “səssiz qalmadım” deyərək vicdanlarını rahatladırlar sadəcə. O isti bölgədə bombaların və təhdinin altında olanlar özləri deyil onsuzda. O bölgədəki xalqın sülh, hüzur və təhlükəsizlik ehtiyacı içində olduqlarına laqeyd yanaşırlar. Ağlı başında insanlar qarşıdurmaların ortasındakı məzlum xalq adına planlanan bu oyuna aldanmamalıdırlar.

Bunun üçün vicdanlı insanlar bütün güclərini, bütün üslublarını sülh üçün istifadə etməlidirlər. Sülhü istərkən və müdafiə edərkən, sülhü təməlindən sarsa biləcək reaksiya və ifadələrə icazə verməməlidirlər. Sülhün xüsusi üslubunda dağıdıcılıq olmamalı, tam əksinə uzlaşma yolları axtarılmalıdır. Qarşı tərəfin qəzəbi kobudluqla deyil, sakitləşdirici gözəl bir dillə yatışdırılmalıdır. Bunu edə biləcək xeyirxah insanlara indi hər zamankından daha çox ehtiyac var.

Bu olmasa, sülh üçün dua olmaz. Bu olmasa, İslamın əmr etdiyi hüzur və təhlükəsizlik dünyaya yayıla bilməz. Bu olmasa, radikallar daha da radikallaşar, qəzəbli səslər daha çox eşidilər.  Məhz o mərhələdə artıq müharibələrin önünə keçmək, qarşısını almaq mümkün olmaz. Buna mane ola bilmək üçün qəzəbli cəmiyyətlər arasında belə “sülh üstündür” deyə biləcək xeyirxah insanlara ehtiyac var.

Bəziləri qəzəbinə səbəb olaraq zülm edənləri göstərir. Halbuki, zülm edəni də təlimləndirməyin şərti sülh dilidir. Bir təcavüzkarı lənət, qəzəb və azğınlıq daha da təcavüzkar edər. Lakin eyni təcavüzkar sülhün dili ilə təlimləndirilə bilər, təcavüz etmək gücünü itirə bilər və sülhə meyilli ola bilər. Zülm sadəcə və sadəcə xeyirxah insanların təlimi ilə sona çata bilər.

Hər kəsin qəzəb üçün alovlandığı, mediada ölüm hayqırtılarının eşidildiyi bir dövrdə əlbəttə bunu təmin etmək çətindir. Lakin gözəlliklər daima əzmkarlıq və çətinliklərlə birlikdə gəlmişdir. Allah sülh üçün göstərdiyimiz səbri görmək istər. Allah məzlumları qorumağımızı istər. Əgər dünyada daha çox uşaq ölməsin, məzlumlar yerlərindən, yurdlarından didərgin düşməsin deyə ortaq bir hədəfimiz varsa, izləyəcəyimiz yolun da ortaq olması vacib şərtdir.

Ağlı başında, vicdanlı və həssas insanlar dünyanın hər yanında sülhün inşa və təlqin edilməsi üçün bu yeni üslubu istifadə etməlidirlər. Bunun mənfur sistemləri yox etmək, məsumları qoruya bilmək üçün mütləq gücü olduğuna inanmalıdırlar. Şübhəsiz ki, Allah’ın yardımı onların yanındadır.

Adnan Oktarın Arab News'də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/news/columns/607641

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr