Əmr ibn al-as rəvayət etmişdir: "Peyğəmbər Əfəndimiz belə buyurmuşdur: "MƏN BU ÜMMƏTİN İLKİYƏM. HZ. MEHDİ (Ə.S.) BU ÜMMƏTİN ORTASINDA. HZ. İSA (Ə.S.) İSƏ SONUNDADIR. ARAMIZDA İSƏ SAXTAKAR YAŞLI BİR ADAM VAR." (Bihar ül Envar, 51-ci cild, Kitab ul Gaybet, Allamə Məhəmməd Baqir əl-Məclisi, səh. 132)
Hədisdə Peyğəmbərimiz (s.ə.v.) axır zamanda dünyanı qana, zülmə və əzaba düçar edən bütün inkarçı sistemlərin təməl məntiqini meydana gətirən Darvinizmin fikir atası Darvinə işarə etmişdir. Bilindiyi kimi Hz. Mehdi (ə.s.)-ın zühurundan əvvəl dünyanin xaos içində olacağı, böyük müharibələr, qırğınlar və dağıntılara səhnə olacağı, eqoizmin, sevgisizliyin, etibarsızlığın hakim olacağı, insanların bir-birlərindən uzaqlaşdıqları bir dövr olacağı Peyğəmbərimiz (s.ə.v)-in hədislərində axır zaman əlamətləri olaraq xəbər verilmişdir. Bu mühitin meydana gəlməsində Darvinin və onun fikirlərindən peyda olan Darvinizmin təsiri çox böyük olmuşdur. Ancaq Hz. Mehdi (ə.s.)-ın zühuru ilə Darvinizm, materializm, kommunizm, faşizm kimi bütün inkarçı fəlsəfələr məhv olacaq, ardınca da Hz. İsa (ə.s.) nüzul edəcək. Hz. Mehdi (ə.s.) və Hz. İsa (ə.s.) dövründə cəmiyyətin sülh, rahatlıq və rifah içində yaşadıqları, insanların dəstə-dəstə Allahın haqq dininə girdiyi, İslam əxlaqının hakim olduğu bir dövr olacaq, Darvinizmin təsiri yox olacaq. Bu qızıl əsr ustad Səid Nursi Həzrətlərinin bildirdiyi kimi hicri 1506-cı illərə qədər davam edəcək. (Doğrusunu Allah bilir.)