Keçmişdə İranda yayılan və Hind - Avropa mədəniyyətinə aid bütpərəst inanca çevrilən zərdüştlük təxminən 3500 il əvvəl mövcud olmuşdu. Pozulmuş və zaman ərzində əslindən tamamilə uzaqlaşan bu din böyük ehtimalla haqq dinin təhrif edilmiş formasıdır. Bu təhrif edilmiş dini araşdırdıqda, haqq dinlərdə olan inanc əsaslarına rast gəlmək olar. Allaha, mələklərə və qiyamət gününə iman, cin və şeytanların varlığı kimi haqq dinlərə məxsus olan inancların bu dində olduğu görünür. Zərdüştlük inancında yer alan mövzulardan biri də, insanların dünyada gözəl bir həyat yaşamalarına vəsilə olacaq, zühur etdiyi vaxt dünyaya gözəllik, fayda, dinclik və sülh gətirəcək bir xilasedicinin, yəni Hz. Mehdinin (ə.s.) varlığı barədədir. Zərdüşt inancına görə Sauşyant (Dünyanın xilasedicisi) adlı bir şəxs (Hz. Mehdi (ə.s.)) zühur edəcək və şeytanı fikirlə məğlub edərək dünyanı şeytanın təsirindən qurtaracaq. Sauşyant adlanan şəxs Hz. Mehdidir (a.s.) və axırzamanda dünyanı şeytandan və onun təsirindən, yəni dinsiz fəlsəfələrdən və ideologiyalardan təmizləyəcək. Hz. Mehdinin (ə.s.) təsiri bütün dünyaya yayılacaq, dünyanın hər yeri Allaha iman edən insanlarla dolacaq. Bu inanc Zərdüşt kitablarında açıq-aşkar ifadə edilmişdir. Peyğəmbərimizin (s.ə.v) bir hədisində Hz. Mehdi (ə.s.) haqqında belə ifadə edilir: Əbu Basar belə deyir: İmam Cəfər Sadiqdən (ə.s) "Ey Rəsulallahın övladı! Siz Əhli-Beytin Qaimi kimdir?" deyə soruşduğumda belə cavab verdi:
Hz. Mehdi (ə.s.) dünyanı fəth edəcək, ... O zaman yer üzü Allahın nuru ilə işıqlanacaq, Allahdan başqasına ibadət edilən hər yer Allaha ibadət edilən yerlərə çevriləcək: müşriklər istəməsə də, din o gün yalnız Allahın dini olacaq." (Bihar-ul Envar, c. 51, s. 146) |
Zərdüşt inancında da Peyğəmbərimizin (s.ə.v) Hz. Mehdi (ə.s.) haqqında hədislərinə uyğun sözlər mövcuddur. Çox güman ki, o dövrdəki bir cəmiyyətə haqq peyğəmbər gəlmiş və bu peyğəmbər də qövmünə Hz. Mehdinin (ə.s.) gəlişini müjdələmişdir. Hz. Mehdinin gəlişi Zərdüşt qaynaqlarında belə müjdələnir:
"... O kimsə ki, ona "Sauşyant (Hz. Mehdi (ə.s.)) və Estevt irite(Hz. Mehdi (ə.s.)) deyərlər. (Ferverdin Yeşt, 128-129, paraqraf) "O (Hz. Mehdi (ə.s.)) bütün maddi varlıqlara fayda verəcəyi üçün ona Sauşyant deyərlər." "Dünyada adı və canı olan hər şey onun (Hz. Mehdi (ə.s.)) işığı ilə, pis olmayan həyata qovuşacağı üçün ona Estevt irite deyərlər." (Ferverdin Yeşt,128-129, paraqraf) |
Zərdüştlərin kitabı olan Ferverdin Yeşt də Hz. Mehdinin (ə.s.) gəlməsilə birlikdə dünyada bütün canlıların çox gözəl, dinc və xoşbəxt həyata qovuşacaqları ifadə edilmişdir. Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə də Hz. Mehdinin (ə.s.) bütün dünyaya fayda verəcəyi, gözəlliklər təqdim edəcəyi, o zamana qədər çətinlik, zülm və düşmənliklə dolan dünyanın Hz. Mehdinin (ə.s.) gəlişi ilə birlikdə rahatlığa, təhlükəsizliyə qovuşacağı ifadə edilmişdir. Hz. Mehdi (ə.s.) ədalətsizlik, haqsızlıqla dolu olan dünyanı ədalətlə, haqqla, düzgünlüklə dolduracaq:
Həris b. Əbu Usamə və Əbu Naim, Əbu Səid-el Hudridən bəhs etdilər. O dedi ki, Rəsulallah (s.ə.v.) buyurdu:
Dünya zülm və düşmənliklə dolduqdan sonra mütləq mənim əhli-beytimdən biri (Hz. Mehdi (ə.s.)) çıxar və necə əvvəl zülm və düşmənliklə dolu idisə, o dünyanı ədalətlə doldurar. Celaleddin Suyuti, Ahir Zaman Mehdisinin Alametleri, sf. 10 Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa da Allah mənim Əhli-Beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, O, (HZ. MEHDI (Ə.S. )) DÜNYANI ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i Ebu Davud, 5/92) |
Zərdüşt inancında Hz. Mehdinin (ə.s.) zühuru ilə birlikdə bütün dünya yalandan, səmimiyyətsizlikdən, şeytani saxtakarlıqlardan, kələkbazlıqdan təmizlənəcək. Hz. Mehdi (ə.s.) Allaha böyük bir sevgi və qorxu ilə bağlı və çox ixlaslı bir insan olacaq. Ustəlik Hz. Mehdinin (ə.s.) yanında qəhrəman və cəsur köməkçiləri, yəni tələbələri olacaq:
"... Estevt irite (Hz. Mehdi (ə.s.)) Allahın elçisi olaraq zühur etdiyi zaman doğru-dürüst dünyanı yalandan təmizləyəcək....O (hz. Mehdi (ə.s.)) məlumatlı gözlərləYaradıcıya baxacaqdır .... Estevt iritenin (Hz. Mehdi (ə.s.)) müzəffər köməkçiləri dəonunla zühur edəcəklər..." (Zamyad Yeşt, 89-93 paraqraf) |
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə də Hz. Mehdinin (ə.s.) yanında cəsarətli, dözümlü, səmimi, son dərəcə yüksək əxlaqlı köməkçilərinin olacağı xəbər verilmişdir: Məhəmməd b. Hənəfidən (r.ə) rəvayət edildi ki: sayları Bədir Səhabələri (313) qədərdir.
Zərdüştlükdə mövcud olan Mehdilik inancı Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdəki Mehdilik inancı ilə demək olar ki, eynidir. Bu da sonradan tamamilə təhrif olunmuş bu dini Allahın haqq din olaraq İran cəmiyyətinə bir peyğəmbər vasitəsilə göndərdiyinin sübutudur. Digər tərəfdən də, Mehdilik inancının Peyğəmbərimiz (s.ə.v.) vasitəsilə Ərəb cəmiyyətinə müjdələnməsindən çox əvvəl, yəni 3500 il əvvəl Mesopotamiyada yaşanan bu dində də yer alan haqq inanc olduğu açıq-aşkar görünür.