Axır zamanda hz. Mehdi (ə.s) müsəlmanların mənəvi lideri olacaqdır. Müsəlmanlar və digər insanlar arasında Quran əxlaqına uyğun bir ədalət sistemini hakim edəcəkdir. Onun dövründə Quran əxlaqı tam olaraq tətbiq olunduğundan insanların zülmə, haqsızlığa və ədalətsizliyə uğramaları, hüquqlarının tapdalanması kimi bir vəziyyət söz mövzusu olmayacaq. Hz. Mehdi (ə.s) müsəlmanları Quran hökmlərinə, yəhudiləri və xristianları isə Tövrat və İncilin Quran ayələrinə uyğun olan hökmlərinə uyğun olaraq idarə edəcək. Dövründə insanlar hz. Mehdi (ə.s) vasitəsi ilə mənən (mənəvi olaraq) islah olacaqlar, Allahın razılığını güdməyi, Qurana uyğun bir əxlaq yaşamağı, dincliyi, güvən duyğusunu və Allah üçün sevməyi öyrənəcəklər.
Hz. Mehdi (ə.s) vasitəsi ilə dünya səviyyəsində böyük bir dinclik və güvən mühiti meydana gələcək, prospektlər, küçələr, yollar, ölkələr etibarlı hala gələcəkdir. İnsanların rahat və güvən içində gəzmək həsrəti bu dövrdə bitəcəkdir. Gecə və gündüz insanlar tək başlarına gəzə, heç bir təhlükə və qorxu yaşamayacaqlar. Belə ki, bir neçə xanım birlikdə bir yerdən başqa yerə dinclik və güvən içində səfər edə biləcəkdirlər. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə hz. Mehdi (ə.s) dövrünün bu güvən və dinclik mühiti belə təsvir edilir:
Bu dövrdə nüzul edəcək və xristianların İslam dinini qəbul etməsində əhəmiyyətli bir məsuliyyət boynuna götürəcək olan ulu-əzm peyğəmbərlərdən olan hz. İsa (ə.s) və gəlib keçmiş ən böyük mücəddid (hər yüz ilin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük alim və Peyğəmbər (s.ə.v)-in varisi olan şəxs), müctəhid (ehtiyac olduğunda ayə və hədislərdən hökm çıxarmış böyük İslam alimləri və öndərləri) və qütbü əzəm (zamanının ən böyük dini lideri) olan hz. Mehdi (ə.s) da yollarda, küçələrdə və insanların arasında heç bir təhlükəsizlik tədbiri almadan könül xoşluğu ilə azad şəkildə gəzə biləcəkdirlər.