XXI əsrin II yarısından etibarən Yaxın Şərq tarixin heç bir dövründə yaşamadığı bir müharibə alovunun içinə düşdü. Ərəb-İsrail müharibələri, İran-İraq müharibəsi, İordaniya, Liviya, İraq, Suriya, Livan, Yəmən vətəndaş müharibələri, Misir inqilabları, şiə-sünni münaqişələri, etnik qətliamlar bu dünyanın ən qədim torpaqlarını qana boyadı. 10 milyondan çox müsəlman bu sonu gəlməyəcək kimi görünən müharibələrdə həyatını itirdi, milyonlarla insan şikəst qaldı, minlərlə illik şəhərlər dağıdıldı. Məscidlər, məktəblər, xəstəxanalar, zavodlar yerlə yeksan edildi.
Dünyanın ən inkişaf etmiş orduları ən güclü döyüş texnikalarını də bu torpaqlarda istifadə etdilər. Amerika F-22, F-15, Rus MİG-29 SU-24 hərbi təyyarələri, Amerika Nimitz sinifli Rus TAVIR sinifli hava gəmiləri, Tomahawk, Cruise raketləri, Rus S-400 raket sistemləri, son model tanklar, yüngül piyada silahları, pulemyotlar, bombardman təyyarələri, ipritlər, kimyəvi silahlar bu torpaqlarda ən ağır qırğınlar törətmişdir. Milyardlarla dollarlıq bu ölüm cihazları müharibələrin iqtisadi zərərlərini də fantastik həddə çatdırdı. Xüsusilə 21-ci əsrin ilk dövrü tarixə trilyonlarla dolların ziyan edildiyi qaranlıq bir dövr kimi keçəcək.
ABŞ rəhbərliyi 11 sentyabr hücumunun təlaşı ilə terrorizmə qarşı mübarizə adı altında əvvəl Əfqanıstanı, sonra da İraqı işğal etdi. Dövrün vitse-prezidenti Dik Çeyni İraq əməliyyatı üçün ictimaiyyəti inandırarkən xərclənəcək məbləğin 100 milyard dolları keçməyəcəyini iddia etmişdi. Bu gün bir çox araşdırma Əfqanıstan və İraq əməliyyatlarının Amerika xalqına 6 trilyon dollara başa gəldiyini hesablayır. Qaynar müharibə xərclərinə müharibə borclarının faizi, əsgərlərin müharibədən sonrakı xərcləri də əlavə olunduqda rəqəmlər inanılmaz ölçülərə çatır.
Dünya Bankının 2016-cı ildəki hesabatı 4 ölkədə vətəndaş müharibəsindən 87 milyon müsəlmanın birbaşa təsirləndiyini ortaya qoydu. Bu vətəndaş müharibələri ilə yanaşı Yəmən əhalisinin 80%-i yoxsulluq sərhədinin altında yaşayır. Suriyada 21.5 milyon insan humanitar yardıma möhtac vəziyyətdədir. İraq və Liviyada yaşayan 12 milyon insan həyatda qalmaq üçün xarici yardım gözləyir.
Bu müharibələr bölgədəki müsəlmanların gələcəklərini də girov götürür. Livan iqtisadiyyatı vətəndaş müharibəsinin gətirdiyi fəlakəti ancaq 20 il ərzində aradan qaldıra bildi. Suriya və İraq üçün hər hansı bir müddət təyin etmək belə mümkün deyil. Hindistanın "Starategic Foresight Group" adlı düşüncə qurumu Yaxın Şərq münaqişələrinin xərcini hesablayarkən mühüm bir məsələyə toxundu. Baş verən müharibələrin dəhşətli fürsət xərci (Opportunity cost) var idi. Yəni Yaxın Şərq müharibələrində istifadə edilən bütün maddi və mənəvi resurslar müsəlmanların rifahı və ölkələrin tərəqqisi üçün sərf olunsaydı, 12 trilyon dollarlıq iqtisadi qazanc əldə edilmiş olacaqdı. Məhz I Körfəz müharibəsindən etibarən 25 ildir davam edən münaqişələrin real xərci də budur.
Müharibələrin xərcini pul olaraq hesablamaq əslində çox böyük eyibdir. Şəhərə atılan hər bomba şəhid olacaq günahsız qadın və uşaqlar deməkdir. Hədəfinə çatan hər güllə yetim qalacaq, küçədə aç yaşayacaq balaca uşaqlar deməkdir. Hər qətliam, hər işğal intiqam hissi ilə həyatını itirən milyonlar deməkdir. Yaxın Şərqdəki müharibənin ən böyük xərci həyatını itirən, qoltuqağacına məhkum olaraq yaşamaq məcburiyyətində qalan, qaçqın düşərgələrində ölümü gözləyən, ev-eşiyini, yurdunu qoyub tanıyıb-bilmədiyi yerlərə köç edən insanlardır. Bu qanlı xərci yerinə geri qoymaq isə mümkün deyil. Yaxın Şərqdəki bu bitməyən müharibələr artıq sona çatmalıdır. Əks halda dünya hər keçən gün daha təhlükəli yer olacaq.
Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:
http://www.gulf-times.com/story/489100/Middle-East-s-incessant-wars-must-come-to-an-end