A9 TV, 3 may 2015-ci il
(Prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə kütləvi açılış mərasimində danışdı. “İndi sıra silahları basdırıb üzərinə beton tökməyə gəldi. Çözüm sürəcinin səmimiyyət göstəricisi məhz bu addımdır. Bu addımı atmayanın nə millətə nə bizə, nə hökumətə söyləyəcək tək bir sözü yoxdur” dedi.)
Betona basdırmayacaqlarına və heç vaxt bunu etmiyəcəklərinə görə? Bütün PKK-nın öndə gələnləri tək-tək, ayrı-ayrı bildiriş verirlər: “Siz danışırsınız?” deyirlər. “Silah buraxmaq deyə bir mövzu qətiyyən mümkün deyil, onu unudun” deyirlər. Bu səbəbdən dövlət gedib əllərindən alıb betona basdıracaq. Dövət məsələn, burada axtarış edir maşınlarda, adamın üstündən silah çıxır, əl qoyur polis. “Lütfən al silahı betona basdır” filan demir. Adamı da alıb aparırlar. Qaydası budur. Gedib üstünə çökərsən, silahı əlindən alarsan, mövzu bitər, adamı da həbs edərsən.
Silah təhdidi altında, qanla, barıtla seçki olmaz
Seçkilər Cənub-şərqi Anadoluda PKK təhdidi altında keçiriləcək. Bölgədə hər yerdə PKK təhdidi var indi. Küçələr, prospektlər, kəndlər, qəsəbələr, hər yerdə silahlar xalqın üstünə yönəldilmiş şəkildə və bu mühitdə seçki keçirilir. Ədalətli bir seçki olmayacağı bəllidir. Seçkinin ləğv edilməsi lazımdır. 6 ay sonra edilsin. Yığın silahları, 6 ay sonra edin, ədalətli bir seçki olsun. Silah təhdidi altında, qanla, barıtla seçki olmaz.
(Prezidentimiz özünün də bölgədə təzyiqlərə məruz qaldığını danışdı: “Haqqaridə Yüksəkovada 150 yataqlı xəstəxananın açılışını edəcəyəm, “Gedə bilməzsiniz” dedilər. Eyni gün ikinci xəstəxananı açacağam, onları da təhdid etdilər, kimsə gələ bilmədi. Bunlarda insaf yoxdur. Bu mübarizəni birlikdə verəcəyik. Verə bilməzsək bu terror təşkilatının mənsubları istədikləri kimi davranmağa davam edər”.)
Tayyib hocam haydı “Ya Allah Bismilləh”. O, şəhidlər olar deyə düşünür, olarsa olar. Biz də gedərik lazım gələrsə. Elə bir məntiqlə baxsaq Türkiyədə otura bilmərik biz. Belə bir mövzu olmaz. Bütün ölkələr elə müdafiə edir özünü. Adamların könülünə buraxa bilmərik ki.
(AK Partiya sədrinin müavini Süleyman Soylu, “Ey Səlahəddin Dəmirdaş, HDP-lilər bizi yumşaq başlı görməyin, biz həlim xasiyyətli qoyun filan deyilik. Millətimizi, insanlarımızı təhdid etməyin. Oranı başınıza yıxarıq” dedi.)
Başına yıxmağa ehtiyac yoxdur. Gedib silahları yığıb gəlsinlər, bu qədər açıq. Gərəyini etsinlər. Süleyman Soylu həqiqətən DYP məktəbinin bir davamçısıdır. Üslubu xoş, insancıllığı da yaxşıdır. Sosial bir insan, hər kəslə danışır, görüşür, qorxaq deyil.
Qadını hədələyəni, qanunla qüquqla, etdiyinə edəcəyinə min peşman etmək lazımdır
Qadınlar çox gözəl varlıqdırlar. Dünyanın ən gözəl bəzəyidir. Axirətin də ən gözəl bəzəyi olduqları Quranın hökmündən açıqca aydın olur. Və ən gözəl bəzəyə ən çox təzyiq edilir. Rəzalətə bax sən. Ən əziyyət görən də onlardır. Kimi bıçaqlayır, kimi vurur. Yaşlı-başlı qadınları da vururlar. Boşanmaq da cinayətdir. “Niyə boşandı?” deyə çəkib vurur. Buna tədbir alına bilməməsi da çox acıdır. Belə tiplər bəlli olur. Belə tipləri etdiyinə edəcəyinə peşman etmək lazımdır. Əvvəla bunlara davamlı polis basqını olmalıdır, evinə, iş yerinə, üst axtarışı, küçədə bunların burnundan gətirmək lazımdır. Təhdid edir bunlar daha əvvəl. Təhdid etdisə bitdi. Silah çıxır evindən. Silah axtarışı etmirlər. Bu mövzuda qanun çıxarılsın. Təhdid olduğunda çox rahat evində axtarış edilsin tez-tez. Avtomobilində axtarış edilsin, üstündə axtarış edilsin, hər yerdə narahat edilsin. Bir daha edə bilməsin.
(Ərdoğan, Dəyanət İşləri Nazirliyi tərəfindən çalışması başa çatdırılan Kürdçə Qurani Kərim tərcüməsini göstərdi.)
Tayyib hocama halal olsun.
(Prezidentimiz, “Diyarbəkir tarixi ərzində coğrafiyamızdakı bütün böyük mədəniyyətlərin mərkəzində yer almış bir şəhərimizdir. 1376 ildir bu mübarək məmləkətin üzərindən azan səsi əskik olmadı. Fəthindən bu yana Diyarbəkirdə coğrafiyamızda İslamın bayraqdarlığını etdi” -dedi.)
Doğrudur, amma PKK bunu qaldırmaq üçün and içmiş vəziyyətdədir. Bir xeyli qərarlıdırlar. Tayyib hocam mənim gördüyüm PKK-nı əymək istəyir. Əysin. Hamısını həbs eləsin. Bunları niyə gözlətdi görəsən bu qədər? İnandı hərhalda onların silah buraxacaqlarına. Ola bilərmi? Onlar saxtakar adamlardır, nə silah buraxacaqlar. Ən çox səhabə məzarı Diyarbəkirdəymiş. Orada PKK-nın nə işi var? Səhabənin sümükləri sızlayar. O pisliklərin hamısını oradan uzaqlaşdırmaq lazımdır. Hamısı mübarək şəhərlərdir Mardin, Diyarbəkir, Siirt, Urfa ...
Kommunist PKK, zamanında dərin dövlətin kürd qardaşlarımıza etdiyi zülmün meydana gətirdiyi qəzəbdən istifadə etdi
İşin əsli budur; dərin dövlət kürd qardaşlarımızın çox canını incitdi. Bu can incitmədən bir nifrət meydana gəldi. Bu nifrətdən kommunistlər istifadə etdilər. Çox böyük bir kütləni dağa qaldırdılar. Halbuki bu işgəncənin səbəbi onsuz da onların bölünməsiydi. Yəni bölünməsi məqsədiylə etdi, dərin dövlət. Zənn edir ki, dərin dövlət Türkiyənin mənfəəti üçün etdi. Halbuki mənfəəti üçün etmir. “Mən sənin başını belə əzəcəyəm, sən də bölünməyə məcbur olacaqsan” deyir. Adamın məqsədi budur. Onlar da oyuna gəldi. İndi bu oyunu pozmaq lazımdır. Məsələ budur.
Müsəlmanın Axirətdə danışacağı çoxlu fəaliyyəti olmalıdır
Kim Allah yolunda bir xidmət edirsə xeyli savab qazanır. Axirətdə ona danışacağı mövzu. Məsələn biz indi burada bir söhbət proqramı edirik. Bu axirətdə danışa biləcəyimiz bir mövzudur. Bu nə qədər çox olsa axirətdə həvəslə izah edə bilərik. Amma adamın mövzusu yoxsa çox pis. Müsəlmanın çox mövzusu olacaq.
(Əhməd Hakan yazısında, “Yalçın Akdoğan deyib: “PKK-da namaz qılan tək bir adam belə var mı? Vallah PKK-nı bilmirəm, amma HDP-də var. Pensiyaçı Müfti namizədləri var adamların” deyə yazdı)
HDP sol bir partiyadır. CHP-də də var dindar insanlar. Onlar söz deyil. HDP-nin biz bilirik nə olduğunu. Bunu izah etmək yersiz onsuz da. Bəllidir HDP-nin nə olduğu. PKK-nın dəstəklədiyi bir partiya nə anlama gəlir? Bunun müzakirə ediləcək bir istiqaməti yoxdur.
(Özgür Gündəm qəzeti yazıçısı Müzəffər Ayata, çözüm sürəcinin ən əhəmiyyətli mərhələsi olaraq göstərilən PKK-nın silah buraxma konqresinin ləğv edildiyini və səbəb olaraq da Ərdoğanın açıqlamalarının göstərildiyini iddia etdi.)
Bir oyun var idi, Tayyib hocam da bu oyunun bir parçası olmaq istəmədi mənim gördüyüm. Açıq-aşkar bir oyun var idi. Bir də çox pis bir oyun. Videolarımız, izahatlarımız Tayyib hocama tam qənaət gətirtdi, vicdani qənaət gətirtdi. İndi mənim qənaətim, dağdan daşdan təmizləyər PKK-nı. PKK-nın ən yaxşı edəcəyi şey Türkiyədən bir an əvvəl qaçmaq. Çünki yöndəmsiz qaçsalar PKK, Türk ordusundan qaçdıqlarında IŞİD-in əlinə düşəcəklər. Bu səfər qanun hüquq deyə bir mövzu yox orada. Hər qaçanı yatırıb doğrayarlar, deyim. Tövbəni də qəbul etmir onlar. Qaçdı mı bitdi. Ən yaxşısı gəlib Türk əsgərinə, Türk dövlətinə təslim olsunlar. Ağıllarını başlarına alsınlar.
(AK Partiya millət vəkili namizədi Orxan Miroğlu yazısında “PKK hələ 15-16 yaşındakı uşaqları dağlara qaçırmağa davam edir. Bir dövlətin inşa etdiyi anbarı qorumaq üçün, o səddin xərcinin üçdə biri qədər təhlükəsizlik xərcləri etdiyi tək ölkə bəlkə də Türkiyədir” dedi.)
Doğru söyləyir. Tayyib hocam da eşitsin artıq. Hörmətli Əhməd Davudoğlu da eşitsin. Əməliyyat bir an əvvəl başlasın. Dağdan daşdan bu itləri təmizləsinlər. Qanunla hüquqla bunların qazındığını görək. Gözləniləcək kimi deyil. Lazımlı işarə var, məlumat də var, kəşfiyyat da var. Ordu da xeyli yaxşı yerləşdi. Qanunvericilik hüquq da ona görə tam uyğundur. Mane olan heç bir şey yoxdur. Gərəyini etsin artıq əsgər, polis. Dövlətin mühafizə orqanları gərəyini etmək üçün bir saniyə belə gözləməməlidir.
(Məmməd Mətinər yazısında “Stalin necə milyonlarla yoldaşını qətl etməkdə bir problem görməmişdirsə PKK da özündən olmayan kürdü məhv etməkdə heç bir problem görməz. HDP isə PKK-nın bu ayırma və məhv etmə siyasətinə açıq-aşkar dəstək verir. Hələ dünən Şırnaq/Eruhda bir kürd muxtarın sırf kəndində dövlət məmurlarını qonaq etdiyi üçün öldürülməsi tam da bu zehniyyətin bir ifadəsidir. Yaxşı, siz HDP-nin öldürülən bu Kürd muxtar üçün heç bir açıqlama verdiyini eşitdinizmi?” -dedi.)
Amma onların açıqlama verməyinə ehtiyac yoxdur ki. AK Partiya müdaxilə etsin, hökumət müdaxilə etsin. Mühafizə orqanları onların əmrində deyil mi? Əmr verəcəklər, hüquq-mühafizə bunları təmizləyəcək. Bu qədər sadədir. Onlar orada günahkar olarlar, gözləyərlərsə günahkar olarlar. Gözləniləcək bir şey yoxdur. Stalinist, kommunist deməyə başladılar. Baxaq görək arxası gələcək kimi görünür. Deməsələr də onsuz da məcbur qaldılar. Gecə gündüz izah etdik, Türkiyə də eşitməyən bir adam qalmamışdır.