Fransa prezidenti Nicholas Sarkozynun Yaradılış Atlasının təsirlərini göstərən açıqlamaları
ucgen

Fransa prezidenti Nicholas Sarkozynun Yaradılış Atlasının təsirlərini göstərən açıqlamaları

568

Yaradılış Atlasının nəşr olunmasından və bütün dünyaya elan edilməsinin ardından, böyük dövlətlərin liderlərində ciddi bir dəyişmə meydana gəlmişdir. Əvvəldən təkamül nəzəriyyəsini müdafiə edən liderlər, bu əhəmiyyətli kitabın təsiriylə təkamül nəzəriyyəsinin aldanma olduğunun fərqinə varmış və bunu açıqca ifadə etmişlər. Fransa prezidenti Nicholas Sarkozy bu mövzudakı ən əhəmiyyətli nümunələrdən biridir. Sarkozynun müxtəlif dövrlərdə verdiyi bildirişlər, Yaradılış Atlasının təsirini göstərər xüsusiyyətdədir:

 

 

“Le Monde” qəzeti 

 

“Əgər dinlər insanları kindən, barbarlıqdan uzaqlaşdırmağa qadir deyildirsə, nasizm və kommunizmin meydana gətirməyə çalışdığı Allahsız bir dünyanın heç də üstünlüyü görünmür. 

Nə Tövratda, nə Quranda mənasında və ya məzmununda, 20-ci əsr boyunca Avropada totalitarizm və Tanrısız din adına törədilən heç bir qırğını əmr edən tək bir sətir tapa bilməzsiniz.” 

 

 

“Sabah” qəzeti, 15 fevral 2008-ci il

 

“Acılara din deyil, dinsizlik səbəb oldu” 

Dünyəvilik mövzusunda dünyanın ən həssas ölkələrindən biri olan Fransada prezident yenə böhranla xəbər başlıqlarındadır. Nicolas Sarkozy, Fransız Yəhudi dərnəyinin bir mərasimindəki çıxışında “müsbət dünyəvilik” anlayışını dilə gətirdi. Sarkozynun “20-ci əsrin acılarına din deyil, dinsizlik səbəb oldu. Qəlbində Tanrını daşıyan bir insanın təhlükəli deyil, zərərsiz olduğunu düşünürəm. Dini yox saymayan dünyəvilik anlayışı lazımdır. Cəmiyyət gözündə müəllim, din xadimi ya da keşişdən aşağıda görməmək lazımdır. Bunlar fərqli şeylərdir.” sözləri, din və dövlət işlərini qətı şəkildə ayıran qanunları olan ölkədə əks-səda verdi. Sarkozy, dünyəvilik qanunlarını dəyişdirməyi planlayır. 

 

 

“Zaman” qəzeti, 15 fevral 2008-ci il 

 

“20-ci əsrin ən böyük qırğınları dindən deyil, dinsizlikdən qaynaqlandı”

Dinlərin ictimai sahədəki yeri ilə bağlı çıxışlarıyla Fransadakı dünyəvilik anlayışını müzakirə edən Fransa prezidenti Nicolas Sarkozy (Nikola Sarkozi), bu istiqamətdəki açıqlamalarını davam etdirir. 

Özünü dinlərdən danışaraq prezidentlik vəzifəsinin xaricinə çıxmaqla günahlandıranlara da cavab verən Sarkozy, “Dünyəvilik qanunu, məni keşişlərlə, hahamlarla, din adamlarıyla görüşməmə maneəmi olmalıdır? Onlar ikinci sinif vətəndaşıdırmı? Dünyəvilik qanunu, respublika başçısını yalnız yol təhlükəsizliyi, büdcə kəsiri və kosmos siyasətindən danışmağamı məcbur edir?” ifadələrini dedi.

 

Fransa prezidenti Nicolas Sarkozyun Səudiyyə Ərəbistanının paytaxtı Riyadda etdiyi 14 yanvar 2008-ci il tarixli çıxışından: 

 

Səudiyyə Ərəbistanının, bütün müsəlmanlar üçün, Peyğəmbərin insanlara öyrətmək üzrə Allahın vəhyini aldığı müqəddəs torpaq olduğunu unutmamışam... Dünyanın gördüyü ən böyük, ən gözəl mədəniyyətlərdən birinin doğuşuna vəsilə olacaq bu böyük dindarlıq, coşğu və iman hərəkatı 14 əsr əvvəl buradan çıxmışdır... 

Hər insanın düşüncəsində və ürəyində var olan Uca Allahdır. 

İnsanı əsir etməyən, onu azad edən Allahdır. 

İnsanların qüruruna və dəliliyinə qarşı sur olan Allahdır. 

Bütün fərqlərdən uzaq, davamlı olaraq insanlara təvazökarlıq və sevgi mesajı, barış və qardaşlıq mesajı, tolerant və hörmət mesajı verən Allahdır. 

Çox vaxt bu mesajın xüsusiyyəti dəyişdirilmişdir. Çox vaxt sapdırılmışdır. Tarixdə din adına bir çox cinayət törədilmişdir, halbuki həqiqətdə bunların dinlə heç bir əlaqəsi yoxdur. Əksinə bunlar dinin inkarıdır, dinə xəyanətdir. 

 

 

“Zaman” qəzeti, 23 dekabr 2007-ci il

 

Dünyəvi Fransa, Sarkozy ilə dini yenidən “kəşf edir”

“Dünyəviliyin, Fransanı xristian köklərindən ayırmağa gücü yoxdur. Bunu etməyə cəhd etdi. Etməməli idi. Tarixinin dini, mənəvi və əxlaqi mirasını görməməzlikdən gələn bir millətin öz mədəniyyətinə qarşı cinayət törətdiyini düşünürəm. Kökü yox etmək, milli şəxsiyyətin təməlini zəiflətməkdir.” 

 

Respublikanın dinə də ehtiyacı var 

... Çıxışında, bir tərəfdən Fransada yaşayan dinlərin sayının artmasıyla “dünyəviliyin ictimai barışın şərti” halına gəldiyini ifadə edən Sarkozy, digər tərəfdən Fransız tarixinə damğasını vuran, dini düşmən olaraq görən “davakar dünyəviliyi” tənqid etdi. Buna qarşı “müsbət dünyəvilik” istəyən Fransız lider, bu dünyəviliyi “bir tərəfdən düşüncə azadlığını, inanma və ya inanmama azadlığını müşahidə edən, amma dini təhdid olaraq deyil, fürsət olaraq görən” bir anlayış olaraq təyin etdi

... “Çöl bölgələrindəki kilsələrin camaatsız qalmasının, keşiş qıtlığının, şəhərətrafılardakı mənəvi çöllüyün Fransızları xoşbəxt etmədiyini” dilə gətirən Sarkozy, inanclı bir insanın ümidli biri olduğunu ifadə edərək “ümidli insanların çox olmasının isə respublikanın mənfəətinə olduğunu” qeyd etdi.

PAYLAŞIN
logo
logo
logo
logo
logo