Darvinin anadan olmasının 200-cü ildönümündə, “Nature” jurnalı, Darvinin köhnə nəzəriyyəsini təkrar gündəmə gətirə bilmək və əsrimizdə yerlə bir olmuş bu nəzəriyyəni yenidən canlandıra bilmək ümidiylə bir yazı yayımladı. “Cumhuriyet Bilim Teknik” jurnalı, “Nature”da çıxan bu xəbəri, “Darvini təsdiqləyən on beş dəlil” başlığı altında verdi. Məqsədi isə darvinist “Nature” jurnalı ilə eyni idi. Yıxılmış, yerlə bir olmuş, dünya əhalisinin 80% -i tərəfindən rədd edilmiş olan təkamül nəzəriyyəsini yenidən köhnə şöhrətinə qovuşdura bilmək ...
Darvinin anadan olmasının 200-cü ildönümündə, “Nature” jurnalı, Darvinin köhnə nəzəriyyəsini təkrar gündəmə gətirə bilmək və əsrimizdə yerlə bir olmuş bu nəzəriyyəni yenidən canlandıra bilmək ümidiylə bir yazı yayımladı. “Cumhuriyet Bilim Teknik” jurnalı, “Nature”da çıxan bu xəbəri, “Darvini təsdiqləyən on beş dəlil” başlığı altında verdi. Məqsədi isə darvinist “Nature” jurnalı ilə eyni idi. Yıxılmış, yerlə bir olmuş, dünya əhalisinin 80% -i tərəfindən rədd edilmiş olan təkamül nəzəriyyəsini yenidən köhnə şöhrətinə qovuşdura bilmək ...
Lakin darvinistlər hər nə qədər səy göstərsələr də həqiqət dəyişməyəcək, darvinizm çürüyüb yox olmuşdur. Dünyada əsl mənada TƏKAMÜLÜ MÜDAFİƏ EDƏN TƏK BİR ADAM BELƏ QALMAMIŞDIR.
DARVİNİSTLƏRİN İLLƏRLƏ GİZLƏTDİKLƏRİ 100 MİLYON FOSİL ORTAYA ÇIXARILMIŞDIR. Və görülmüşdür ki, TƏK BİR DƏNƏ BELƏ ARA FOSİL YOXDUR! Darvinizm müdafiəçiləri bir anda Darvinin 150 il əvvəlki kəhanətinin reallaşdığını anlamışlar. Çünki Darvin 150 il əvvəl “Növlərin Mənşəyi” kitabında bu təsbiti etmişdir:
Əgər həqiqətən növlər digər növlərdən yavaş dəyişikliklərlə törəmişdirsə, niyə saysız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında olmayıb, tam olaraq təyin olunmuş və yerli-yerindədir? Saysız ara-keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox layında bunları tapa bilmirik ... Nə üçün hər geoloji quruluş və hər təbəqə bu ara-keçid formaları ilə dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir təkamül prosesini ortaya çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darvin, The Origin of Species, s. 172, 280)
Darvinin söylədiyi təsdiqlənmiş, yeraltından BİR DƏNƏ BELƏ ARA FOSİL çıxmamışdır. Və bu həqiqət özlüyündə DARVİNİZMİ YERLƏ BİR ETMİŞDİR.
Ardından canlılardakı molekulyar strukturların fövqəladə kompleksliyi bütün detallarıyla ortaya çıxmış, bir zülalın təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğu aydın olmuş, tək bir DNT zəncirinin 1 milyon səhifəlik bir ensiklopediyaya ekvivalent məlumat saxladığı təsbit edilmişdir. Yəni darvinistlərin həyatın mənşəyi məsələsinə də, növlərin mənşəyi mövzusuna da heç bir izah və dəlil gətirə bilmədikləri ortaya çıxmışdır.
darvinist yalan artıq bütün dünya tərəfindən bilnir. Və darvinistlər də bunun fərqindədir. Son olaraq “Cumhuriyet Bilim Teknik” jurnalında yer alan tipik təkamül təbliğatı da diqqətlə baxıldıqda Darvinin təkamül nəzəriyyəsinin məğlubiyyətini elan etməkdən başqa bir məqsədə xidmət etmir. Məhz bu səbəblə sözü gedən jurnalda göstərilən iddiaları, DARVİNİ YIXAN 15 İDDİA başlığı altında araşdırmaq yerində olacaq:
1. Balinaların quruda yaşayan əcdadı yalanı:
Balinaların xəyali əcdadı mövzusu darvinistlər üçün böyük bir utanc vəsiləsidir. Dövrümüzdəki darvinistlər Darvinin “dəniz sahilində balıq ovlayan ayılar zamanla balina oldu” izahını ört-basdır edə bilmək, bu utancı ortadan qaldırmaq üçün uzun zaman məşğul olmuşlar. Lakin bu nağıla onların gətirdiyi təkliflər də Darvininkindən fərqli olmamışdır. Darvinistlər çarəsizlikdən, yenot böyüklüyündəki bir canlının qulaq və diş quruluşunu bu qeyri-mümkün və xəyali keçidə dəlil göstərməyə çalışırlar. Halbuki bu, klassik darvinist taktikadır. Darvinistlər canlıların anatomik bənzərliklərini önə sürərək, bir-biriylə heç bir əlaqəsi olmayan bir quru canlısı ilə dəniz məməlisini bir-birinə qohum göstərməyə çalışmışlar. Ancaq bu iddia üçün əsl göstərməli olduqları dəlillər, yəni bu xəyali keçidi sübut edəcək olan ara fosillər mövzusuna toxunmamışlar. Çünki digər iddialarında olduğu kimi darvinistlərin bu iddiaları da böyük bir yalandır və bunu sübut edən BİRCƏ DƏNƏ BELƏ ARA FOSİL YOXDUR.
2. Sudan quruya keçid yalanı:
İllər ərzində darvinistlər, sudan quruya xəyali keçid hekayələrinə məşhur bir balıq qalığını nümunə göstərdilər. Coelacanth (Selakant), sudan quruya keçidin sanki mükəmməl nümunəsi imiş kimi ən məşhur ara fosil ünvanı ilə insanlara təqdim edildi. Darvinist nağıla görə, bu canlının ayaqlara çevrilmiş üzgəcləri və inkişaf etməkdə olan bir ağciyəri vardı. Lakin 1938-ci ildə Coelacanth dənizdə CANLI OLARAQ ƏLƏ KEÇİRİLDİ. Darvinistlər artıq Coelacanth haqqında yalan danışa bilmirdilər. Məsələn, darvinistlərin illərlə canlının ibtidai ağciyərləri olaraq göstərdikləri şey yalnızca bir YAĞ KİSƏSİ İDİ. İbtidai ayaqlar olaraq təbliğatını etmiş olduqları orqanlar isə canlıya aid mükəmməl ÜZGƏCLƏR İDİ. Dənizdən quruya addım atmaq üzrə olduğu iddia edilən bu canlı, əslində dayaz sulara çıxdığı anda belə dərhal ölən, ancaq 180 m dərinlikdə yaşaya bir DİB BALIĞI İDİ və dövrümüzdə dənizlərdə 300 dəfədən çox CANLI OLARAQ TAPILMIŞDI.
darvinistlərin Tiktaalik haqqındakı fərziyyələri də Coelacanth haqqında edilənlərdən fərqli deyil. Mozaika quruluşa sahib (müxtəlif canlıların mükəmməl və fərqli strukturlarını saxlayan kompleks) bir canlı olan Tiktaalik, yaxşı qorunmuş fosilləri ilə son dərəcə kompleks bir canlıdır. Canlıya aid xüsusiyyətlərin heç biri ara form xüsusiyyəti göstərmir. Hər biri, mozaika canlılarda olduğu şəkildə (indiki vaxtda Platypus kimi) tam inkişaf etmiş, möhtəşəm strukturdur. Darvinistlərin bu canlı haqqında fərziyyə irəli sürə bilmələrinin tək səbəbi, nəsli kəsilmiş mozaika bir canlının qalığını, öz ön mühakimələrinə görə şərh etmələrindən irəli gəlir. Eynilə Coelacanth nümunəsində olduğu kimi.
Sudan quruya keçid hekayəsində bircə dənə belə ara form olmadığı kimi, sudan quruya keçidin anatomik və fizioloji olaraq imkansızlığı da bu mövzudakı iddiaları başdan yerlə bir edir.
3. Tüklərin təkamül keçirdiyi yalanı:
darvinistlər qurudan havaya keçid nağılını müdafiə edərkən əhəmiyyətli bir həqiqətə diqqət etməzlər. İllərlə saxladıqları 100 milyon fosil artıq deşifrə olmuşdur və bunların arasında Arxeopteriks (Archaeopteryx) ilə eyni dövrdə yaşamış olan mükəmməl uça bilən quşlar var. 125 milyon illik LIAONINGORNIS fosilini və 120 milyon illik CONFUCIUSORNIS fosilini insanlar öz əlləri ilə araşdırmışdır. Məhz bu səbəblə “Archaeopteryx ara fosil idi”, “Sonradan tapılan Epidexipteryx quşların əcdadı idi” kimi yalanlara artıq insanlar gülüb geçirlər.
Archaeopteryx ilə əlaqədar iddialar uzun zaman əvvəl çürüdülmüşdür. Bu canlının mükəmməl şəkildə uça bilən bir quş olduğu aydın olmuş, diş və pəncələrinin dövrümüzdə yaşayan başqa quşlarda da olan tipik bir quruluş olduğu ortaya çıxmışdır.
4. Dişlərin təkamülü yalanı:
“Nature” jurnalının və onun davamçısı olan “Cumhuriyet Bilim Teknik” jurnalının dişlərin təkamül keçirdiyi iddiasını ortaya ata bilməsi və bunun üçün də siçanların azı dişləri üzərində aparılmış bir tədqiqatı nümunə göstərməsi heyrət vericidir. Hər canlının özünə aid xüsusi bir anatomiyası vardır. Bu səbəbdən hər canlının sahib olduğu anatomik strukturlar bir-birindən fərqlidir. Siçanlarda genetik düzülüşün digər gəmiricilərdən fərqli olması da son dərəcə təbiidir. Bu vəziyyət, təkamül keçirdiklərini deyil, sözü gedən canlıların olduqları mühitə və həyat şərtlərinə görə xüsusi olaraq yaradıldıqlarını göstərən bir dəlildir. Hər canlı, Allahın diləməsi ilə ən mükəmməl təchizatlara və strukturlara sahib olmuşdur. Darvinistlərin bunu təkamülə dəlil olaraq təqdim edə bilmək üçün bu strukturların xəyali inkişafını ortaya qoyan ara fosilləri göstərməlidirlər. Lakin bircə dənə belə ara fosil yoxdur. Bu səbəbdən bu iddia da darvinist demaqoqluqdan ibarətdir.
5. Onurğalı canlıların skeletinin təkamül keçirdiyi yalanı:
Yazıda yer alan izah eynilə bu şəkildədir: “Varlığı yalnız embrionlardan bilinən sinir darağı, onurğalıların nə üçün fərqli baş və üz quruluşuna sahib olduqlarını açıqlayır. Lakin sinir darağı təkamül keçmişini fosil qeydləri ilə göstərmək rüşeym məlumatların çatışmazlığı üzündən qeyri-mümkün kimidir”.
Yazıda açıqca etiraf edilən və fosil qeydlərində dəlili olmayan bir şeyin necə olub da xəyali təkamülə dəlil göstərilə bildiyi anlaşılmazdır. İnsan embrionundaki sinir darağı möhtəşəm bir quruluşdur. “Cumhuriyet Bilim Teknik” jurnalı, burada sözü gedən quruluşun mükəmməlliyini izah etməklə kifayətlənmiş və üstəlik bunun xəyali təkamül izlərinin fosil qeydlərində tapıla bilməyəcəyini də ifadə etmək məcburiyyətində qalmışdır. Bu, açıq-aydın, təkamülün gerçəkləşmədiyini və canlıların mükəmməl strukturlarla yoxdan yaradıldıqlarının etirafıdır.
6. Yeni növlərin əmələ gəlməsi ilə bağlı saxtakarlıq:
Təbiətdə hər zaman canlılar öz növləri ilə cütləşir. Və qarşı cinsdə ekoloji faktorlarla meydana gələn və genlərində mövcud olan müxtəlif xüsusiyyətlər, sonrakı nəsillərdə dominant hala gələ bilər. Eynilə uzun boylu bir insan ilə qısa boylu bir insanın uşaqlarında uzun boyun dominant olması kimi. Ancaq sonrakı nəsillərdə meydana gələn bu dəyişmə, canlını fərqli bir növə çevirə bilməz. Darvinin alacəhrələrinin dimdikləri uzanmış və ya qısalmışdır, lakin bu canlılar başqa canlı halını almamışlar. Toyuğa və ya yarasaya çevrilməmişdir. Buradakı nümunədə də tikanlı balıqlar bir-birləriylə cütləşərək yeni bir növ meydana getirməmişdir. Tikanlı balıqlar yenə tikanlı balıqdır, öz genlərində meydana gələn xüsusiyyətlər xaricində yeni bir xüsusiyyət heç bir şəkildə qazanmamışlar. Və darvinistlər hər nə qədər variasiyaları istifadə edərək insanları aldatmağa çalışsalar da, bu vəziyyət qəti olaraq təkamül nəzəriyyəsinin dəlili deyil.
7. Təbii seçmənin təkamül olduğu yalanı
Təbii seçmə Darvin dövründən bəri darvinistlərin ən çox sevdikləri təkamül mexanizmi kimi təqdim olunur. Halbuki bu böyük bir yalandır. Bir canlının ekoloji faktorlar səbəbi ilə genlərində mövcud olan məlumatlar daxilində anatomiyasında müxtəlif dəyişikliklər meydana gələ bilər. Lakin bu dəyişikliklər canlını heç vaxt başqa bir canlıya çevirməyəcək. Ona yeni bir orqan və quruluş əlavə etməyəcək. Bu səbəbdən kərtənkələlərin ekoloji faktorlar səbəbiylə quyruqlarının qısalması da təkamülə bir dəlil deyil.
8. Birgə təkamül yalanı:
Birgə təkamül darvinistlərin istifadə etdikləri aldatma üsullarından bir başqasıdır. Sözü gedən yazıda da eyni üsul izlənilərək bakteriyalar və onların daşıyıcılarının təkamül keçirdiklərinə aid bir ssenari yaradılmışdır. Lakin maraqlıdır ki, 3.6 milyard il əvvəl belə var olan bakteriyalar indiki vaxtda hələ bakteriya, onların daşıyıcıları da indiki vaxtda hələ də eyni daşıyıcılardır. Bu uydurma təkamül içində hər nədənsə sözü gedən canlılar üzərində bir dəyişiklik olmamış, bir təkamül meydana gəlməmişdir. İnkişaf edib balığa, bir məməliyə, hətta darvinist iddialara görə bir insana çevrilməli olan bu tək hüceyrəlilər, bakteriya olaraq varlıqlarını 3.5 milyard il əvvəlki halları ilə davam etdirir. Çünki bu canlılar da bütün digər canlılar kimi Allahın müstəqil yaratdığı, yoxdan var etdiyi canlılardır. 3.5 milyard il əvvəl yoxdan yaradıldıqları kimi, bu gün də eyni görünüşdə yoxdan yaradılmışlar.
9. Təkamül yolu ilə fərqliləşmə yalanı:
darvinistlərin müxtəlif adlarla, fərqli nümunələrlə təkamülə dəlil olaraq təqdim etmək istədikləri mövzu həmişə eynidir: Variasiyalar. Darvinistlər növlərin öz içində çeşidlənmələrini həmişə heç usanmadan yeni canlı növü kimi təqdim etməyə çalışırlar. Halbuki bu bir yalandır. Yazıda bəhs olunan Arıquşların bir qoruğun fərqli bölgələrində müxtəlif struktur xüsusiyyətlərə sahib olmaları da yenə təkamül nəzəriyyəsinə bir fayda vermir. Təkamülə dəlil ola bilməsi üçün sözü gedən quşlarda qol və ya üzgəc kimi bu canlılara aid olmayan yeni orqanların ortaya çıxması lazımdır ki, belə bir şeyin olması mümkün deyil. Bu canlılar öz genlərindəki məlumatlar daxilində dəyişməyə uğrayarlar, necə ki, yazıda verilən nümunədə də bu şəkildə olmuşdur. Bu səbəbdən canlıların eyni gen strukturları içində, bəzi genlərinin dominant olması növ içində növlənmədən başqa bir şey deyil və təkamülə heç bir fayda verməz.
10. Təbii seçmə yolu ilə həyatda qalan Lepisteslerin təkamül keçirdiyi yalanı:
Yazıda bəhs olunan Lepisteslerin bəzilərinin fərqli rəngləri səbəbiylə təbii seçməyə uğrayaraq həyatda qalmaları da təkamülün bir dəlili deyil. Bir canlının təbii seçmə üsulu ilə həyatda qalması, o canlını heç bir şəkildə təkamülləşdirmir. Bu səbəbdən fərqli rənglərdəki lepisteslerin vaxt ərzində seçilmələri bu canlılara yeni bir xüsusiyyət əlavə etməmişdir. Canlıların fərqli fiziki xüsusiyyətlərindən ötrü seçilmələri, fərqli rəngdəki lepisteslerin çoxalmasından və digərlərinin azalmasından başqa bir nəticə verməyəcək. Milyon illər keçsə də bu belə olacaq. Təbii seçmənin təkamül mexanizmi olduğu iddiası tamamilə yalandır.
11. Yaradılış dəlillərini təkamülə dəlil olaraq təqdim etmək saxtakarlığı:
darvinistlərin bir üsulu vardır: Canlılardakı möhtəşəm xüsusiyyətləri bir-bir izah edərkən bunun xəyali təkamülün sözdə möcüzəsi olduğunu iddia edirlər. Murana illanbalığının böyük ovlanma xüsusiyyətlərinin izah edildiyi bu maddədə də yenə eyni üsul tətbiq edilmişdir. Canlının mükəmməl anatomik quruluşu, incə bədəninə uyğun qüsursuz ovlanma sistemi izah edilmiş və bu xüsusiyyətləri, dəlilsiz və əsassız olaraq anlaşılmaz şəkildə xəyali təkamülə bağlanmışdır. Halbuki bu qüsursuz quruluş canlının sözü gedən xüsusiyyətlərlə yoxdan yaradılmış olduğunu sübut edir. Üstəlik balığın bu üstün xüsusiyyətlərlə yoxdan yaradıldığı və milyon illər ərzində dəyişmədiyini göstərən fosillər mövcuddur. 95 milyon illik ilanbalığı qalıqları bütün təkamülçü iddiaları yerlə bir edir. Bu açıq dəlilin üzərinə darvinistlərin dəlildən məhrum demaqoq şərhləri yalnız özlərini hörmətdən salır.
12. Alacəhrə quşlarının dimdiklərindəki variasiyanın Darvindən bəri təkamülə dəlil göstərmə yalanı:
Alacəhrə dimdikləri eyni növ içində dəyişik formalarda ola bilər. Bu vəziyyət başqa canlılara da aid edilə bilər. Ancaq burada əhəmiyyətli olan -daha əvvəl də ifadə etdiyimiz kimi- növ içindəki bu dəyişikliklərin genlərdə onsuz da mövcud olmasıdır. Bu canlılar yaradıldıqları andan etibarən bu məlumatla mövcud olmuşlar. Onlardakı dimdik fərqlilikləri, sonradan genlərinə əlavə olunmuş bir məlumat nəticəsində reallaşmamışdır. Belə ki, Alacəhrələrin genlərində mövcud olan fərqliliklər nisbətində variasiyaya uğrayacaqlar. Dimdiklərin Alacəhrə quşlarının genlərində olmayan fərqli bir formanı alması və ya başqa bir orqana çevrilməsi qəti olaraq mümkün deyil.
darvinistlərin növlərin müxtəlifliyi ilə bağlı göstərdikləri bütün nümunələr yalandan ibarətdir. Alacəhrələrin heç biri qartala və ya bir məməli olan yarasaya çevrilməmişdir. Heç birinin dimdikləri bir quru məməlisinin burnuna çevrilməmişdir. Canlıların genlərinə təsadüfi proseslərlə yeni bir məlumat əlavə olunub bunun canlıya fayda təmin edəcək yeni bir orqana çevrilməsi iddiası indiyə qədər heç bir şəkildə reallaşmamışdır və reallaşması da qeyri-mümkündür.
13. Mikrotəkamül və Makrotəkamül iddiaları bir yalandır:
Təkamülçülər növlər daxilindəki müxtəlifliyi, yəni variasiyanı “mikrotəkamül”, yəni növlərin əmələ gəlməsi fərziyyəsini isə “makrotəkamül” adlandırırlar. Halbuki bu bir yalandır.
1) Canlılar mikrotəkamül deyilən xəyali prosesdən keçməmişdir. Darvinistlərin mikrotəkamül iddiasına dəlil göstərməyə çalışdıqları bütün nümunələr, növlər daxilində reallaşan variasiyalardır. Variasiyalar isə təkamül deyil. Bir böcəyin dərmana müqavimət göstərməsi, Alacəhrə dimdiklərinin fərqli formalara düşməsi, fərqli qitələrdə yaşayan inəklərin az tüklü və ya çox tüklü olması bu canlıların genlərində yaradılmış olan mükəmməl sistemlərin nəticəsidir. Bu canlılar yoxdan bir xüsusiyyət əldə etməmiş, təkamül keçirməmişdir.
2) Canlılar makrotəkamül deyilən xəyali prosesdən də heç bir şəkildə keçməmişdir. Darvinistlər mikrotəkamülə dəlil təşkil edən qalıqlar olduğunu iddia edərək yalan söyləyərlər. Əllərində bircə dənə belə ara fosil yoxdur. Darvinistlərə görə yer üzündə bu iddianı sübut edəcək milyardlarla, hətta trilyonlarla qalıq dəlil olmalıdır. Ancaq yer altından 100 milyon fosil çıxarılmışdır, bunların hər biri tək-tək araşdırılmışdır və bunların bircə dənəsi belə ara fosil deyil. Darvinistlərin makrotəkamülə aid dəlilləri genlərin quruluşunda görə bildiyimiz iddiası isə ikinci böyük yalandır. Onsuz da darvinistlər bu saxta iddiaya dəlil göstərmək üçün “təkamülün genlər üzərində böyük təsirləri ola bilər” şəklində son dərəcə siyasətcil və demaqoq bir ifadəylə buna izah gətirməyə çalışırlar.
Genlər canlılarda yaradıldıqları andan etibarən mükəmməl bir xüsusiyyət, qüsursuzluq və fəaliyyət içində olan, fövqəladə dərəcədə kompleks və möhtəşəm strukturdur. Bu strukturların ən kiçik parçası olan bircə DNT belə darvinistlər üçün böyük bir meydan oxumadır. Darvinizm, həm molekulyar səviyyədə həm də paleontologiya sahəsində tam mənasıyla çökmüş bir nəzəriyyədir.
14. Zəhər müqavimətinin təkamülə dəlil olduğu yalanı
Canlılar möhtəşəm xüsusiyyətlərlə birlikdə yaradılmışdır. Bədənlərindəki strukturlar və bu strukturlar daxilində reallaşan ağıl göz qamaşdırıcıdır. Darvinistlər isə, ümumiyyətlə bu möhtəşəm strukturları götürüb təkamül nağıllarına daxil edərlər. Lakin bunu edərkən sözü gedən xəyali təkamülləşməyə dəlil gətirə biləcəkləri BİRCƏ DƏNƏ DƏ OLSUN MOLEKULYAR DƏLİL VƏ YA CANLI QALIĞI YOXDUR.
Bu maddədə nümunəsi verilən molyuskların saksitoksin adlı zəhərə qarşı immunitet qazanması yaradılış möcüzəsidir. Darvinistlərin bu fövqəladə sistemə canlının necə sahib olduğuna aid heç bir izahları yoxdur, olması da mümkün deyil. Çünki bu quruluş, canlılara aid bütün digər strukturlar kimi, fövqəladə komplekslikdədir və təkamül nəzəriyyəsini çürüdür. Eyni növdəki digər bir canlının zəhərsiz bölgədə yaşadığı üçün, bu immunitet sistemindən məhrum olması da bir möcüzədir. Uca Allah bu canlıları yaşadıqları mühitlərə ən uyğun şəkildə yaratmışdır. Darvinistlərin bunu darvinizm yalanına dəlil olaraq təqdim edə bilmək üçün, sözü gedən saxta təkamül proseslərinin necə inkişaf etdiyini, bunun dəlillərinin nələr olduğunu göstərməlidirlər.
“Molyusklar fərqli mühitlərdə fərqli xüsusiyyətlərə sahibdirlər, bu da təkamüllə olmuşdur” izahı ancaq ibtidai məktəb səviyyəsindəki uşaqları aldatmaq üçündür. Lakin indiki vaxtda artıq ibtidai məktəb uşaqları da bu yalana aldanmır.
15. “Təkamül xarakterli müqavimət” ssenariləri ilə təkamül təlqini verilməsi saxtakarlığı
Təkamül nəzəriyyəsi saxta bir nəzəriyyə olduğundan, darvinistlər təbliğatları üçün davamlı olaraq taktika inkişaf etdirmə ehtiyacı görürlər. Molekulyar kəşflər daim təkamül nəzəriyyəsini məğlub edir. Lakin darvinistlər təkamülün yalan olduğunu etiraf etmək əvəzinə nəzəriyyələrini yeni kəşflərə uyğunlaşdırmağa çalışırlar. Fosil tapıntıları hər zaman təkamülə qarşı dəlillər təqdim edir. Lakin bu həqiqət qarşısında əməllərindən imtina etmək əvəzinə darvinistlər, ara fosilin yoxluğunu ört-basdır etməyə çalışırlar. Göründüyü kimi darvinistlərin etdikləri şey, açıq dəlillər göstərmək deyil, təkamülü çökdürən tapıntılar qarşısında davamlı taktika inkişaf etdirməkdir. Darvinizm dəlil tapmaq və dəlil təqdim etmək üzərinə deyil, taktika inkişaf etdirmək və demaqoqgiya etmək üzərinə qurulmuşdur. Demaqogiya darvinistlər üçün bir zərurətdir, çünki NƏZƏRİYYƏ DƏLİLDƏN MƏHRUMDUR.
CBT-dəki yazının 15-ci maddəsində yenə bir taktika inkişaf etdirilmiş və heyrət verici şəkildə təkamülü çürüdən qalıqlar təkamülə dəlil olaraq təqdim edilməyə çalışılmışdır. Yer üzündə milyonlarla yaşayan fosil tapılır. Bu qalıq qeydlərində olan timsahlar, marallar, ayılar, quşlar, sürünənlər, balıqlar, böcəklər qısaca bütün canlılar milyon illər əvvəl yaradıldıqları formaları, görünüşləri, anatomiyaları ilə bu gün yer üzündə yaşayır. Allah, onları milyonlarla il əvvəlki görünüşləri ilə fövqəladə bir möcüzə olaraq mühafizə etmişdir. Belə ki, yaşayan fosillərin reallığını heç bir darvinist təhrif edə bilməz.
Məhz bu səbəblə darvinistlər, yaşayan qalıqların varlığını qəbul edir, ancaq bu dəfə bunların ortaya çıxışını özlərinə görə şərh etməyə çalışırlar. Canlıların milyonlarla il ərzində dəyişmədən qaldıqları, lakin sözdə ani dəyişmələr göstərdikləri iddiası (sıçrayışlı təkamül) bunun ən bilinənidir. "Fosil qeydlərini təkamülə necə uyğunlaşdıra bilərik?" məntiqinin nəticəsində olan bu böyük saxtakarlıq darvinistlər baxımından qalıqların təkamülü rədd etməsi ilə ortaya atılmış bir zərurətdir. Canlılar həqiqətən də milyon illər ərzində dəyişmədən qalmışlar, lakin darvinistlərin var olduğu iddia etdikləri ani dəyişikliklər yalandır. Fosil qeydlərində bu sözdə böyük dəyişmələrin izlərindən əsər yoxdur. Yer üzündə, yer altında heç bir yerdə bu xəyali böyük dəyişmələrin izləri yoxdur. Canlıları Allah, milyonlarla il əvvəl də bugünkü görünüşləri ilə yoxdan yaratmışdır. Ani dəyişiklik iddiası təkamül nəzəriyyəsinin özü kimi çox böyük bir yalandır.
Göründüyü kimi təkamülə dəlil olaraq təqdim edilməyə çalışılan bu 15 maddə, əslində təkamül nəzəriyyəsinin çöküşünü elan edir. Onsuz da bu tip yazılar, son saatlarında ölmüş bir nəzəriyyəni bir az daha canlı tuta bilmək məqsədiylə gündəmə gətirilir. Yoxsa hazırda bütün dünyada darvinistlər də daxil olmaqla bütün insanlar, Darvinizmin çökmüş olduğunun fərqindədirlər. Darvinin kəhanəti reallaşmışdır. Fosil qeydləri təkamül nəzəriyyəsini məhv etmişdir. Dünya artıq bu həqiqəti öyrənmişdir. Darvinizm iddiasını canlı tuta bilmək üçün ara fosil lazımdır. Amma ara fosil deyə bir şey yoxdur. Bu vəziyyətdə darvinist demaqoqluq zaman itkisindən və darvinistləri gülünc vəziyyətə salmaqdan başqa bir məqsədə xidmət etmir. “Nature” və “Cumhuriyet Bilim Teknik” jurnallarında bu həqiqəti artıq qəbul etmələrini tövsiyə edirik.