HÖRMƏTLİ ADNAN OKTARIN AXIRZAMAN VƏ HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHLARI
Peyğəmbərimiz (s.ə.v) deyir: “Kərkükdə də xilas ola bilənin onu izah edəcəyi bir hadisə görülər ...” -deyir. Təfərrüatı ilə izah edir. İndi İŞİD Kərkükə doğru bir hücum etdi, bilirsiniz.
“Nusaybin (Mardin) yaxınlarında da bir hadisə olacaq” -deyir. Bu, PKK-nın hadisələridir.
“Şırnakda hadisələr olacaq” -deyir.
“Əgər bir qadın İraqdan Şama piyada getmək istəsə, hər addımı gözəl, yaşıl çəmən üzərində olacaq. Və bəzəklərini, ləl-cəvahiratlarını göstərə biləcək. Və heç kim onları oğurlamağa, onlara əzab verməyə, narahat etməyə cəhd edə bilməyəcək” -deyir. “Bəzəyi ilə gedəcəklər” -deyir. “Bəzənib gedəcəklər” -deyir. Yeddi yüz illik əsərdir.
“Əmirəlmöminin İmam Əli (ə.s) belə buyurmuşdur: “Əgər Qaimimiz (Hz. Mehdi (ə.s)) qiyam etmiş olsa, göy yağışını nazil buyurar (yağışını endirər), yer üzü bitkilərini yaşıllaşdırar. Qulların ürəyindən kin və düşmənçilik silinər, yırtıcı və evcil heyvanlar bir-birlərindən qorxmazlar”. (Bihar'ul-Envar, c. 52, s. 316)” Müsəlmanlar bir-birlərini asıb-kəsir, xristianlara hücum edirlər. Bunlar aradan qalxacaq.
“... şirk şəhərlərini fəth edən Bəni İsraildən biridir. (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”). Xurafatçıların təsirli olduğu diyarları mənən fəth edəcək.
Peyğəmbərimiz (s.ə.v) “Mənim oğullarımdan” -deyir. Peyğəmbərimizin (s.ə.v) oğlunun zəfəri Peyğəmbərimizin (s.ə.v) zəfəridir. Bir ata oğlunu bir yerə göndərib bir şey həll etdirirsə, o zəfər ataya aid deyilmi? Zəfər peyğəmbərimiz (s.ə.v)-in zəfəri olacaq. Məhz o ayədəki ifadə: Allah “Sənin soyun kəsik deyil” -deyir. “Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur” -deyir. “İnne şanieke huvel ebter(ebteru)”. (Kövsər surəsi, 1)
HÖRMƏTLİ ADNAN OKTARIN ƏHZAB SURƏSİNDƏN AYƏ İZAHI
Əhzab surəsi, 21-ci ayə
And olsun, sizin üçün, Allahı və axirət gününə ümid edənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulunda gözəl bir nümunə vardır.
Rəsulullah (s.ə.v) Quranı çox gözəl tətbiq edirdi. Adam deyir: “Quranı necə həyatıma tətbiq edə bilərəm?” Peyğəmbər (s.ə.v) necə etdisə eynisini edəcəksən. Həyata keçirilməsində o, möminlərə bir asanlıq olmuşdu. Quranı həyata tətbiq etmək bir sənətdir. Ağıllı insan Quranı çox yaxşı anlayar və onu həyatına çox gözəl tətbiq edər. Məsələn, təvazökarlıq necə ediləcək? Böyüklük hissi necə qaldırılar? Sevgi necə yaşanar? Məsələn, bu ənənəçi dindarlar Peyğəmbərimiz (s.ə.v)-in çox sevgi dolu olduğunu söyləyir. Yaxşı, bəs sən? Bircə sevgi sözünü ağızına belə almırsan. Mövzu açıldıqda, ancaq o yazılarda sevgi sözü keçirsə ağzına alar, yoxsa almaz. Və əksəriyyəti darvinist və materialistdirlər. Həm darvinist, həm müsəlmandır, həm darvinist, həm ilahiyyat müəllimidir... Bu necə olur? Sən nə deyirsən, darvinist düşüncə nədir? “Allah yaratmadı” deyirsən, sonra din haqqında izahlar verirsən. “Mehdiyyətə də qarşıyam” -deyir. Sən darvinistsənsə, əlbəttə ki, mehdiyyətə qarşı olarsan. “Kainatı Allah yaratmadı” -deyirsən, onsuz da orada mövzu bitir. “Allah yaratmadı” dedikdən sonra necə Mehdi (ə.s)-a inanacaqsan?