17 may 2010-cu il tarixli Senzurasız proqramında, təkamülə qarşı heç bir dəyişikliyə uğramamış fosil dəlillərin göstərilməsi qarşısında darvinistlərdən bu şərh gəlmişdir. Möhtəşəm fosil dəlillərin təkamülü əzici təsiri o qədər güclüdür ki, darvinistlər, vəziyyəti aradan qaldırmaq adına bəzi növlərin dəyişmədiyini iddia edərək mövzunu bağlaya biləcəklərini sanmışlar.
Halbuki 300 milyondan çox olan fosilin hamısı bu şəkildədir. Görəsən darvinistlər bunu necə açıqlaya biləcəklər?
- Növlərin dəyişmədiyi əlbəttə doğrudur. Lakin bəzi növlərin dəyişib bəzilərinin dəyişmədiyi iddiası, çox böyük yalandır. Bunu iddia edə bilmək üçün bir adamın dəyişən xəyali növlərin fosillərini gətirib göstərməsi lazımdır. Bu heç zaman reallaşmır, çünki belə bir fosil yoxdur.
- Necə ki, bəhsi keçən proqramda da canlıların dəyişmədiyini, yəni Yaradılışı isbat edən fosillər gətirilmiş, lakin qarşı tərəfdən saxta təkamülü sübut edəcək tək bir ara-keçid forma fosili hər zamanki kimi gətirilə bilməmişdir. Tamamilə fosil dəlillərinə əsaslanan nəzəriyyə olan təkamül nəzəriyyəsinin dəstəkçiləri, 150 ildir tək bir ara-keçid fosil gətirə bilmirlər. Əlbəttə bunun yeganə səbəbi, belə bir fosilin olmamasıdır.
- Darvinizm, bütün növlərin primitivdən inkişaf etmişə doğru dəyişiklik göstərdiyi iddiasına əsaslanır. Saxta təkamülün təməl iddiası budur. Bu vəziyyətdə, yer üzündə bəhsi keçən dəyişikliyi göstərməli olan milyonlarla hətta milyardlarla fosilin tapılması lazımdır. Əgər bunlardan TƏK BİR DƏNƏ BELƏ YOXDURSA, DEMƏK Kİ, BELƏ BİR DƏYİŞİKLİK YAŞANMAMIŞDIR.
- Bu gün molekulyar biologiya və genetika elmlərinin ardından təkamülü ortadan qaldıran təməl elm sahələrindən biri paleontologiyadır. Bu əslində Darvin zamanından bəri belədir. Darvin, canlıların mükəmməl və öz sözüylə “yerli-yerində” olmalarından narahat olmuş, fosil qeydlərinin ara-keçid forma göstərməməsini təəssüflə qarşılamışdır.
Çarlz Darvin:
Əgər həqiqətən növlər o biri növlərdən yavaş inkişaflarla törəmişsə, NİYƏ SAYSIZ ARA-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün təbiət QARIŞIQLIQ HALINDA DEYİL DƏ, TAM OLARAQ TƏYİN OLUNMUŞ VƏ YERLİ-YERİNDƏDİR? Saysız ara-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox layında BASDIRILMIŞ OLARAQ TAPA BİLMİRİK?.. Nə üçün hər geoloji quruluş və hər təbəqə BELƏ ƏLAQƏLƏRLƏ DOLU DEYİL? Geologiya yaxşı dərəcələndirilmiş proses ortaya çıxarmır və bəlkə də BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK ƏN BÖYÜK ETİRAZ OLACAQ. (Charles Darvin, The Origin of Species, səh. 172, 280)
- Bu gün vəziyyət, təkamül baxımından Darvinin dövründəkindən daha dəhşətlidir. Olan fosillərin sayı hər keçən gün artmaqdadır və bu anda 300 milyonu keçmişdir. Aralarında TƏK BİR DƏNƏSİ BELƏ ARA FOSİL DEYİL.
- 300 milyon fosildəki tamlıq, nizam, mükəmməllik və qüsursuzluq isə, darvinistlərin çöküşə uğradığı nöqtədir. Soyu tükənmiş canlıların da, bu gün varlığını davam etdirən canlıların da milyonlarla illik nümunələri, bu günki komplekslik və mükəmməlliyi təkrarən göstərən xüsusiyyətdədir.
- Bu nöqtənin əhəmiyyətlə üzərində dayanmaq lazımdır: Bir canlının DƏYİŞMƏ KEÇİRDİYİNİ GÖSTƏRƏN TƏK BİR DƏNƏ BELƏ FOSİL YOXDUR. Bu səbəbdən canlıların bəziləri dəyişmədən qalmış ola bilər iddiası böyük bir qaçış və yalandır. CANLILARIN HAMISI DƏYİŞMƏDƏN QALMIŞLAR. Darvinizm, məhz bu nəhəng gerçək qarşısında fövqəladə çöküş yaşamaqdadır.