“Forma hafizə”sinə malik metalların həyatımızdakı yeri
ucgen

“Forma hafizə”sinə malik metalların həyatımızdakı yeri

1635

Uca Allah dünyada insanlara bir çox nemət bəxş etmişdir. “Forma hafizə”sinə malik metallar da bunlardan biridir. Metallardakı bu xüsusiyyət gündəlik həyatı asanlaşdıran bir çox texnoloji məhsulun təkmilləşdirilməsinə imkan verir. Bunlardan bəziləri aşağıdakılardır: 

  • Açıq ürək əməliyyatları və sinir sistemi cərrahiyyəsində istifadə edilən avadanlıqlar
  • Qan damarlarına yerləşdirilərək qan laxtalarını tutan cihazlar
  • Çox böyük deformasiyalara belə müqavimət göstərən və əvvəlki vəziyyətinə qayıdaraq zərər çəkməyən super elastik eynək çərçivələri
  • Dişlərin estetik görünüşündəki deformasiyaları düzəldən qövsvari simlər
  • Yanğın zamanı yanıcı və zəhərli qazların çıxmasının qarşısını alan təhlükəsizlik qapaqları

 Forma hafizəsinə malik metalların istifadə sahələrindən biri qan damarlarıdır. Qan damarlarına yerləşdirilən filtrlər laxtaları tutaraq insanı ölümcül təhlükələrdən xilas edir. Bu proses üçün nikel-titan qarışığından ibarət simdən emal edilmiş lövbər formasındakı filtr damarın içinə yerləşdirilmədən əvvəl düzləşdirilir. Damarın içinə yerləşdirildikdən sonra sim bədən temperaturu nəticəsində hərəkətlənərək filtr funksiyasına uyğun formasına qayıdır və venoz damarların içindən keçən laxtaları tutur. Şübhəsiz ki, filtrin xam maddəsinin yüksək temperatur vasitəsilə forma hafizəsindən faydalanması Rəbbimizin insanlara bəxş etdiyi nemətlərdən biridir.

Binalar, müxtəlif modellərdə avtomobillər, təyyarələr, körpülər, qatar reysləri, göydələnlər və digər bir çox texnoloji məhsulda istifadə edilən forma hafizəli metallar yoxdan yaradan və bənzərsiz yaratma gücünə malik Rəbbimizin ucalığını və qüdrətini göstərən nümunələrdən bəziləridir. Baxdığımız hər yerdə, hər şeydə uca Allah’ın qüsursuz yaratma sənətinin dəlillərinə rast gəlirik. Canlı və cansız hər maddə bizə Onun böyüklüyünü və üzərimizdəki nemətini xatırladır. Allah’ı ucaldaraq təsbih etməyimizə və Ona şükr etməyimizə səbəb olur.

 "Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir"(Nəhl surəsi, 17-18)
PAYLAŞIN
logo
logo
logo
logo
logo