O (HZ. MEHDİ (Ə.S)), TƏSDİQLƏNMİŞ, QUŞ VƏ BÜTÜN HEYVANLARIN DİLLƏRİNİ BİLƏN BİRİDİR. (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 188)
Hz. Mehdi (ə.s)-ın heyvanlara qarşı sevgisi və şəfqəti çox güclü olacaq, onların halını, ehtiyaclarını çox yaxşı anlayacaq. Onun dövründə yer üzündəki bütün varlıqlar kimi yerdəki və göydəki bütün heyvanlar da hz. Mehdiyə qarşı çox böyük bir sevgi bəsləyəcək, hamısı ondan razı olacaqlar:
"Mehdi ilə müjdələnin... ONDAN YER VƏ GÖY ƏHLİ RAZIDIR..." (Kitab-ülBurhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh.13)
"ONUN XİLAFƏTİNDƏN (mənəvi liderliyindən) YER VƏ GÖY ƏHLİ, HƏTTA HAVADAKI QUŞLAR BELƏ RAZI OLACAQ." (El-Kavlu'lMuhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 26)
"... O ZAMAN, YER VƏ GÖY ƏHLİ, BÜTÜN YIRTICI HEYVANLAR, QUŞLAR, HƏTTA DƏNİZDƏKİ BALIQLAR BELƏ ONUN XİLAFƏTİYLƏ (mənəvi liderliyiylə) SEVİNƏCƏKLƏR..." (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 31)