Əhzab surəsi; 10-18 (Küfrün ortadan qalxması münafiqin mənəvi cəhətdən ölümü deməkdir. Münafiqdə həmişə xəstəlik və ölüm qorxusu vardır.)
ucgen

Əhzab surəsi; 10-18 (Küfrün ortadan qalxması münafiqin mənəvi cəhətdən ölümü deməkdir. Münafiqdə həmişə xəstəlik və ölüm qorxusu vardır.)

911

ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (1 OKTYABR 2010)

 

ADNAN OKTAR: Allah Əhzab surəsində, 10-cu ayədə; "Onlar sizə həm üstünüzdən, həm alt tərəfinizdən gəlmişlərdi; gözləriniz hədəqəsindən çıxmış, ürəkləriniz ağzınıza gəlmişdi. Və siz Allah haqqında (bir sıra) zənlər edirdiniz." Baxın, indi münafiqlər mənfəətləriylə zidd olduğunda, onların imkanları əllərindən alındığında və yaxud mənfəətləri əllərindən gedəcəyini düşündüklərində ilk olaraq Allah haqqında sui-zənnə başlayarlar. Yəni Peyğəmbər (s.ə.v)-ə əks olması, yaxud Mehdi (ə.s)-ə əks olması əslində birbaşa imansızlıqdan qaynaqlanır. Yəni o, oraya baxıldığında sanki onların problemi Peyğəmbərləymiş, yaxud Mehdiyləymiş kimi görünməklə yanaşı əslində Allahladır. Yəni Quran buna işarə edir. "Orada iman edənlər sınanmış və şiddətli bir sarsıntı ilə sarsıntıya  məruz qalmışlardı." Belə bir vəziyyətdə möminə heç bir şey olmaz. İmanını mühafizə edər. Hətta şövqü artar, cəhdi artar. "Münafiqlər və ürəklərində xəstəlik olanlar" münafiqlər artıq xəstəlikdən keçmiş, şeytan olmuşlar. "Və ürəklərində xəstəlik olanlar" da bunlar da münafiq olmağa namizəddirlər, amma müsəlman olmağa da uyğundurlar. Bax, "Münafiqlər və ürəklərində xəstəlik olanlar Allah və Elçisi bizə boş bir aldanışdan başqa bir şey vəd etmədi deyirdilər." Peyğəmbərimiz (s.ə.v) o zamanlar deyir; "hakimiyyət olacaq, İslam əxlaqı yayılacaq, Allahın dini dünyaya hakim olacaq, daha Axırzamanda da hakim olacaq, Mehdi (ə.s) çıxacaq, İsa əleyhissalam enəcək" deyir, deyilmi? "Amma mənim zamanımda da rahatlıq, bolluq, hüzur olacaq" deyir. Münafiqlər nə deyir? "Allah və Elçisi bizə boş bir aldanışdan başqa bir şey vəd etmədi." Yəni "tamamilə səhvmiş" deyirlər. Yəni nə Mehdi (ə.s) doğrudur, nə İsa (ə.s)-ın enişi doğrudur, nə Axırzamanda müsəlmanların dünya hakimiyyəti doğrudur, nə öz zamanında olacaq rahatlıq və bolluq, qardaşlıq mühiti? "Deməli, bunların heç biri doğru deyilmiş" deyir. O dövrün azğınları heç bir şəkildə inanmırlar. Nə deyirlər? "Boş aldanışdan başqa bir şey vəd etmədi." Baxın, əsil üstündə dayandıqları, Peyğəmbər (s.ə.v)-in vəd etdiyinin üzərində dayanırlar. O mövzuda həssaslaşmışlar. Yəni gələcəklə əlaqədar Peyğəmbər (s.ə.v)-in müsəlmanlara verdiyi müjdəni ortadan qaldırmağa çalışırlar. Məhz Mehdi (ə.s)-da da münafiqlər nə edəcək? Mehdi (ə.s)-ın verdiyi müjdəni ortadan qaldırmağa çalışacaqlar. Mehdi (ə.s) da nə deyəcək? "İslam əxlaqı yaxında dünyaya hakim olacaq" deyəcək. Münafiqlər nə deyəcək? "Belə bir şey yoxdur." "İsa (ə.s) enəcək"  Mehdi (ə.s) deyəcək. "O da, elə bir şey də yoxdur" münafiqlər deyəcək. Mehdi (ə.s); "Sülh çağı gələcək, qardaşlıq olacaq, hüzur olacaq, gözəllik olacaq" deyəcək, münafiqlər "bu da bir yalan" deyəcək, "bunlar da doğru deyil." Və nə deyəcəklər? "Allah və Elçisi bizə boş aldanışdan başqa bir şey vəd etmədi" deyirlər. Onlar nə deyir deyəcəklər? "Allah və Mehdi (ə.s)" yəni sizin dediyiniz qaynaqlar və izah etdiyiniz şeylərin hamısı boşdur, "Mehdi (ə.s)-ın da, izah etdikləri boşdur." Bax, "bizə boş aldanışdan başqa bir şey vəd etmədi" deyirlər, boş bir aldanış. "Boş yerə aldandıq" deyirlər. Deməli, münafiqlər mehdiyyətə kilidlənəcəklər. Peyğəmbərimiz (s.ə.v)-in zamanında da mehdiyyətə kilidlənmişlər. Çünki Peyğəmbərimiz (s.ə.v) də dövrünün Mehdisi idi, əsil Mehdidir. Gəlib keçmiş ən böyük Mehdi Peyğəmbər (s.ə.v)-dir. Amma vəli olaraq da ən böyük Mehdi, yəni peyğəmbər olmayan Mehdi də Axırzamanda gələn Böyük Mehdi (ə.s)-dır, inşaAllah. Hər ikisində də etirazlar bir-birinə bənzəyər. Hər ikisində də sıxılma anında alçaqlıq etmək ortaya çıxır. Yəni güclü və rahat bir mühitdə bunu etmirlər. Məsələn, bir münafiq küfr olmadan ortaya çıxmaz. Münafiq nə vaxt ortaya çıxar? Küfrün gücünə inandığında ortaya çıxar. Məsələn, qəzetiylə, mətbuatıyla, televiziyasıyla, deyilmi? Digər özünə görə dəstək alacağını düşündüyü bəzi kəslərlə ortaya çıxar. Təbii özünə uyğun olan qismiylə. Onlara kürəyini söykədiyi üçün qayğısız və çox azğın bir görünüş verər. Amma kürəyini oraya söykədiyi üçün. Kürəyini oraya söykəməsinin səbəbi nədir? Müsəlmanların sıxılmış vəziyyətdə olduğunu düşünməsidir. Bax, bu adamlar niyə orada azırlar? "Bəs onlar həm üstünüzdən, həm alt tərəfinizdən gəlmişlərdi." Müsəlmanların mühasirə edildiyinə inandığında, müsəlmanların gücünün qalmadığına, yaxud az olduğuna inandığında azırlar. Münafiq nə vaxt azır? Müsəlmanların gücünün əlindən alındığını düşündüyündə, küfrün gücü artdığında, yəni müsəlmanlar mühasirə altına alındığına inandığında. Yaxud məsələn, fərz edək, sui-qəsdlər edilmişdir, oyunlar qurulmuşdur. Bunun nəticəsində münafiqlər özlərincə ağıllarınca bəzi hüquqi üstünlüklər əldə etmişdir. İctimai, siyasi mühasirə ola bilər ətraflarında, bu vəziyyətdə münafiq özünü güclü hiss edir. Kürəyini küfrə söykəyir və müsəlmanların da mühasirə altında olduqlarını düşünərək, gücsüz olduqlarını düşünərək, qışqırmağa və təcavüzkarlaşmağa başlayır. Nə vaxt? Məhz bu zaman, bu zamanda edir. Ondan əvvəl edərmi? Məsələn, müsəlmanların gücündən əmin olsa, küfrün gücü tamamilə ortadan qaxmış, yalnız inananların gücü var. Belə bir vəziyyətdə münafiqin edəcəyi tək şey yaltaqlanmaqdır. Məhz orada arsız və yaltaq rəftarını ortaya qoyar. Orada sezilməz. Allah onların sezilməsi üçün xüsusi olaraq müsəlmanları çətin bir görünüşün ətrafına düzür. Müsəlmanları çətin hadisələrin ətrafına düzür, beləcə müsəlmanlar sanki çətinlikdəymiş kimi ona göstərir, münafiqlərə göstərir. Münafiqlər o zaman lakmus kağızı kimi dərhal rəngini göstərir. Dərhal hoppanır, sıxışdırılmış top kimi havaya atılır. "Aaa" deyirsən, "bax, münafiq atıldı." Amma sıxışma anında atılır. Münafiq onun xaricində özünü bildirməz. Münafiq yaltaqdır, müftəxordur, özünü sezdirməz. Amma küfrü daha güclü gördüyündə dərhal o tərəfə kürəyini söykəyib, müsəlmanlara qarşı çıxan və azğın bir hücum rejiminə keçər. Amma bunu edərkən də təbii ki, küfr adına etməz. Din adına edər, İslam adına. Münafiq özünə görə onlarda əskik gördüyü, yaxud əskik olduğunu vurğulaya biləcəyi mövzular tapar. Onu genişlədər, onu Qurana yaxud hədisə əsaslandırar, ondan sonra hücumuna keçər. Amma münafiq üçün əsas mövzu budur, başqa bir mövzu yoxdur. Yəni İslam Birliyi, Türk-İslam Birliyi, İslam əxlaqının dünya hakimiyyəti münafiqi maraqlandırmaz. Çünki, İslam əxlaqı dünyaya hakim olsa, kürəyini söykədiyi küfr də ortadan qalxmış olacaq. Kürəyini söykədiyi küfrün ortadan qalxması münafiqin ölümü deməkdir. Mənəvi cəhətdən ölümü deməkdir. O mənəvi ölümü istəmədiyi üçün, küfrün qalxmasını heç bir zaman istəməz. Çünki o, küfr qaldığı müddətcə ayaqda dura bilir. Müsəlmanlara hücum edə bilməsi üçün də ona ehtiyacı var. Amma münafiq qədər içində məğlub olduğunu bilməz. Halbuki, münafiq məğlub olmuş olaraq yaradılır. Ona həmişə instinkt olaraq məğlub edəcəyi hissi verilər. Yəni məğlub edə biləcəyi hissi verilər. Onun üçün münafiq çox həyəcanlı olar, gözlərinə də inana bilməz. Yəni "məğlub etmək nə qədər asandır" deyər, lakin münafiq heç cür məğlub edə bilməyincə də çox təəccüblənər. Peyğəmbərimiz (s.ə.v)-in zamanında da, məsələn, münafiq çox asan zənn edir, heyrətlər içində qalırlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-i mühasirəyə alırlar, rahat şəhid edə biləcəklərini düşünürlər, amma şəhid olmur. Onların inancına, onların azğın inancına görə "şansı yaxşı gedir" deyirlər. Onlarda "şans" inancı vardır. "Bu dəfə də şansı yaxşıymış" deyir, "bu dəfə də şansı yaxşı getdi" deyir. Onlar bir az hadisəyə başqa cür baxdıqları üçün, başqa cür qiymətləndirdikləri üçün, bunu heç cür qavraya bilməzlər. "Onlardan bir qrup da belə demişdi:" münafiqlərin dəyişik xarakterlərindən Allah nümunələr verir. "Ey Yəsrib (Mədinə xalqı)" yəni böyük şəhər xalqı, "artıq sizin üçün (burada) qalacaq yer yoxdur." Yəni qala biləcəyiniz bir məkan yoxdur. Münafiq üçün məkan çox əhəmiyyətlidir. Allah deyir; "mağaraya belə razıdırlar" deyir. Yəni mütləq ki, oraya gedib yapışacaq. Onlara da bunu göstərir. Deyir ki; "artıq sizin burada qalacaq bir yeriniz yoxdur, elə isə dönün" imtina edin, mübarizədən imtina edin. "Onlardan bir birlik də "həqiqətən evlərimiz açıqdır" deyə Peyğəmbərdən icazə istəyirdi." İndi münafiqlər insanların vicdanının hansı nöqtələrdə həssas olduğunu yaxşı bilərlər. Məsələn, ailə, ailə anlayışı, deyilmi? Milliyyətçilik məsələn, ailə anlayışı, milliyyətçilik, amma münafiqlərin ümumiyyətlə ailə anlayışını çox şiddətli istifadə etdiklərini görürük. Bax, nə deyir? "Həqiqətən evlərimiz açıqdır deyə peyğəmbərdən icazə istəyirdi. Halbuki, onlar(ın evləri) açıq deyildi; onlar yalnız qaçmaq istəyirdi" Allah deyir. Evimiz açıqdır, yəni deyir ki; "uşağım var, yoldaşım var, babam var, nənələrim var, bibilərim var, gəlinlərim var, bu var, o var və s. Onları qurtarmaq üçün" deyir, "mübarizə aparıram" deyir. Yaxşı, yarım milyardlıq İslam aləminin vəziyyəti nədir? Onları qurtarmağa nə deyirsən? "O məni maraqlandırmaz" deyir. "Yaxşı, niyə ailəni qurtarmaq istəyirsən?" deyirsən. "Pul gələcək" deyir, "mirası biz haradan alacağıq" deyir. "Yeməyi kim bişirəcək, evin istiliyini kim nizamlayacaq, deyilmi, evə kim baxacaq, deyilmi, ona yeməyi kim gətirəcək? Onun heyvani bədənini canlı tutacaq bir sistem  olduğu üçün, ona görə evi istəyir. Əgər insanları qurtarmağı məqsəd qoyursa, bütün İslam aləmini istəməsi lazımdır, deyilmi? Bütün İslam aləmini qurtarması lazımdır. Evi onun içində kiçik bir parçadır. Yəni milyard yarımlıq İslam aləmində üç-beş adam. Amma İslam aləmi bir milyard yarımdır. Müsəlman bir milyard yarımı qurtarmanın arxasında olur. Münafiq də özünə miras qalacaq, pul gələcək, özünə baxacaq qismi qurtarmanın arxasında olur. O dövrdə məsələn,  bax,  Peyğəmbərimiz (s.ə.v) müsəlmanların hamısının qurtarmanın arxasındadır. O da bir ovuc ailəsini qurtarmanın arxasında, o da qurtarma məqsədli deyil. Onlardan mənfəət əldə etməyə məqsədlidir. Çünki onlardan da nifrət edər, elə bir şey də yoxdur. Bax Allah deyir ki; "Həqiqətən evlərimiz açıqdır deyə Peyğəmbərdən icazə istəyirdi. Halbuki, onlar(ın evləri) açıq deyildi." "Elə bir məqsədləri yoxdur" Allah deyir. "Onlar yalnız qaçmaq istəyirdilər." "Onu bəhanə edirdilər" Allah deyir. "Əgər onlara (şəhərin hər) yanından girilsəydi, sonra da özlərindən fitnə (qarışıqlıq çıxarmaları) istənmiş olsaydı," yəni küfr hər yerdən hücum etsəydi, məsələn, ani bir gecə əməliyyatı olsa, böyük bir hadisə çıxsa, müsəlmanlar çox zərər çəkmiş vəziyyətdə qalsa; onlardan da fitnə çıxarmaları istənmiş olsaydı, məsələn, əleyhində şahidlik etmələri, müsəlmanların həbs olunması üçün, yaxud bir şey etməsi üçün, əziyyət çəkmələri üçün bir dəlil meydana gətirmələri, onlara böhtan atmaları istənsəydi, "heç şübhəsiz, buna yanaşar və bunda çox az (zaman) xaricində (qərarsız) qalmazdılar." "Dərhal edərdilər" Allah deyir. Yəni çünki, kin dolu və nifrət dolu olduqları üçün, hər cür əxlaqsızlığa hazır olduqları üçün, "böhtana da, oyuna da hər şeyə dərhal girərlər, amma yetər ki, sizə hücum olsun" deyir. "Daha əvvəl etməzlər" deyir. Daha əvvəl it kimi qorxur. Belə it kimi uzaqdan seyr edər. Hücum anında hücuma keçir. "Halbuki, and olsun, daha əvvəl "arxalarını dönüb qaçmayacaqlarına" dair Allaha söz vermişlərdi;" deyilmi? Bu iddiadan heç bir zaman dönməyəcəklərinə dair, İslamı yaşayacaqlarına dair Allaha söz vermişlərdi. "Allaha verilən söz (əhd) isə, (ağır bir) məsuliyyətdir" Allah deyir. Yəni başına gələcəyi Allah açıqlayır. "De ki: "Əgər ölümdən və ya öldürülməkdən qaçırsınızsa" bu da münafiqlərin ölümdən çox qorxduğunu göstərir. Onlarda həmişə xəstəlik qorxusu vardır, ölmə qorxusu vardır. Yəni həmişə uzun yaşamağa meyillidir və ölümdən də çox qorxar. Münafiqin qaçma səbəbi, ən əhəmiyyətli səbəblərindən biri də budur. O murdar canını qurtarma arxasındadır. "Və ya öldürülməkdən qaçırsınızsa, qaçış sizə qəti olaraq bir fayda verməz;" Allah; "mən sizi hər yerdə taparam" deyir, "qaçmanız bir şey verməz" deyir. "Belə olsa belə, çox az (bir zaman) xaricində faydalandırılmazsınız." "Az bir zaman sonra mən sizin canınızı alacağam" deyir Allah. Münafiqlər də həqiqətən, belə psixoloji olaraq əzab içində olduğu üçün o əzabın təsiriylə ölərlər. Allah deyir; "qəzəbinizlə ölün." Yəni münafiqlər böyük psixoloji stress içində yaşayar. Hətta Allah deyir; göyə yüksəlmiş, onu bir quş tutmuş və göyə yüksəltmiş kimi. Yəni münafiq bir an belə xoşbəxt deyil. Daima stress və gərginlik içindədir. Münafiqlərin özlərinin olduqları mühitdə də münafiqlər çox gərgindirlər. Hamısı bir-birindən nifrət edər. Həm iyrənər, həm nifrət edər, həm bir-birlərini çox alçaq görərlər. Və ikisi də bir-birini axmaq və ağılsız olaraq görərlər. Hər münafiq bir-birini ağılsız və axmaq olaraq görər. Hər münafiq özünü müstəqil olaraq ən ağıllıları olaraq düşünər. Məsələn, yüz münafiq varsa, yüzü də özünü bir-birindən üstün görər. Münafiqlərin elə bir anormallıqları vardır. "Həqiqətən Allah, içinizdən saxlayanları", məsələn, münafiqlərin bir qismi də, uşağını evə bağlayır, uşağını qaçırır, saxlayır buraxmır. Şiddət göstərir, təhdid edir, məsələn, ölüm təhdidiylə saxlayır. Quran ona işarə edir. "Və qardaşlarına: "Bizə gəlin" deyənləri bilər." Bir qismi çöldən xəbər göndərir. "Bizə gəlin" deyir. Münafiq güclənmək istədiyi üçün, yəni gələnlərdən bir şeylər alacaq. Onlar vasitəsiylə bir şeylər əldə edəcək. Özünü daha qüvvətli hiss edəcək və orada müsəlmanlara zərər verəcəyini düşünür. Müsəlmanlardan biri azaldı, bizdən biri artdı kimi, onun faydalı bir şey olduğunu düşünür. "Bizə gəlin deyənləri bilər." Deməli, münafiqlər həmişə bundan istifadə edəcəklər. Özlərinə çağıracaqlar. Bu, bir münafiq xarakteridir. Məsələn, küfrdə belə olmaz. Küfr öz həyatını yaşayar, bizə gəlin deyə şey olmaz. Amma münafiq "bizə gəlin" deyənin arxasındadır. Onun üçün o, çox əhəmiyyətlidir. Çünki, özünü bərabər hala gətirmək istəyər.  Psixoloji olaraq o iztirabdan xilas olmaq üçün də özü kimi insanların sayını artırmaq istəyər.  "Bunlar, çox azı xaricində çətin-döyüşlərə gəlməzlər." Yəni böyük, məsələn, Mehdi (ə.s)-ın mübarizəsi kimi mübarizələrə, Peyğəmbərimiz (s.ə.v)-in mübarizəsi kimi mübarizələrə gəlməzlər. Çünki onlar asanlıq və tez nəticə almaq arxasındadırlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo