Lui Paster (1822-1895)
Tibb elmi tarixində əhəmiyyətli rol oynayan Paster mikrob nəzəriyyəsi ilə və qəti şəkildə təkamül nəzəriyyəsinə qarşı çıxması ilə məşhurdur. Apardığı tədqiqatlar onu bakteriyaları daha da dərindən araşdırmağa yönəltmişdir. Paster bu sahədəki tədqiqatları nəticəsində quduzluq, difteriya və digər xəstəliklərə qarşı mübarizə aparmaq üçün peyvənd üsulunu təkmilləşdirmiş, sterilizə etmə üsulunu kəşf etmişdir.
Allah inancı çox güclü olan Paster yaşadığı dövrdə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün bir çox fikri hücuma məruz qalmışdır. Elmlə din arasındakı uyğunluğu müdafiə edən Pasterin bu mövzuda söylədikləri çox məşhurdur. Bu sözlərdən bəziləri belədir:
“Təbiəti nə qədər çox araşdırsam, Yaradanın əsərləri qarşısında inancım bir o qədər artır”.
(Jeffrey L. Sheler and Joannie M. Schrof, The Creation, US News & World Report, Vol.111, No. 26, December 23, 1991 səh.62)
“Elm insanı Allaha aparır. Bir mikrobun varlığı belə iman gətirmək üçün kifayətdir”.
(Taşkın Tuna, Sonsuz Uzaylar, səh.31)
Qreqor Mendel (1822-1884)
“Mendel qanunları” kimi tanınan 3 genetik qanununu kəşf edən məşhur elm adamı genetikanın prinsiplərini ortaya qoyan şəxs kimi tarixə düşmüşdür. Mendelin genetika prinsipləri təkamül nəzəriyyəsinin doğru olmadığını sübut edən elmi əsaslardan biri olmuşdur.
Mendel təsadüflərin dünyanı yarada bilməyəcəyinə, dünyanı və hər şeyi olduğu kimi Allahın yaratdığına inanan bir din adamı idi. (J.De Vries, Essential of Physical Science, Wm B.Eerdsman Pub.Co.,Grand RapidsSD1958 səh.15)
Qreqor Mendel göy noxudlar üzərində apardığı müşahidələr nəticəsində genetika qanunlarını kəşf etdi. Eyni zamanda, din adamı olan Mendelin bu kəşfi Darvinin təkamül nəzəriyyəsinin çətin vəziyyətə düşməsinə səbəb oldu.
Qalileo Qaliley (1564-1642)
Qalileo Qaliley teleskopla səmaya baxan ilk insandır. Qaliley həm Dünyanın kürə formasında olduğunu söyləmiş, həm də Aydakı qaranlıq bölgə, kraterlər və təpələri kəşf edən ilk insan olmuşdur. Elmə bəxş etdiyi bu böyük xidmətlərlə tarixdə əhəmiyyətli yeri olan Qaliley duyğu orqanlarının, danışıq qabiliyyətinin və təfəkkürün insanlara Allah tərəfindən verildiyinə və bunların ən yaxşı şəkildə istifadə edilməsinin vacib olduğuna inanırdı. O, təbiətin Yaradan tərəfindən dizayn edildiyini müdafiə edirdi. “Şübhəsiz ki, təbiət, imtina edə bilməyəcəyimiz, oxumalı olduğumuz Allahın digər kitabıdır”, – deyən Qaliley Allahın kitabları ilə yaratdıqları arasında heç bir ziddiyyətin olmadığını və hər birinin Allah tərəfindən yaradıldığını söyləyirdi. (Dan Graves, Scientists of Faith, səh. 25)