Dünyanın bir çox ölkəsində yaşanan müxtəlif problemlərin əsl qaynağı iman zəifliyidir. İnsanların imanlarının qüvvətlənməsinə və mənəviyyatlarının möhkəmləndirilməsinə ehtiyacları var. Bunun üçün də, ilk öncə iman zəifliyini ortadan qaldırmaq lazımdır.
İman gətirən insan həyatının hər anında gözəl əxlaq göstərməklə, eləcə də gözəl danışmaqla da məsuliyyət daşıyır. Hər mühitdə, hər söhbətdə, yazılan hər yazıda Allah`ın razı olacağı ümid edilən və müsəlmana yaraşan üslub istifadə etməlidir. Xüsusilə, yazılı və ya şifahi mətbuat vasitəsilə geniş kütlələrə xitab edən insanlar bu mövzuda böyük məsuliyyət altında olduqlarını bilməlidirlər. Bu insanlar Allah`ın güc və qüdrətini anlayan insanlar kimi daim Allah`ın Şanını ucaltmalı, halal və haram sərhədlərinə diqqət yetirməli, din ilə əlaqədar ifadələrdə hörmətsizlik etməmək üçün son dərəcə ehtiyatlı davranmalı, sözün ən gözəlini söyləməyə diqqət göstərməlidirlər. Ayədə Rəbbimiz belə buyurur:
Allah`ın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.(İbrahim surəsi, 24-25)
Gözəl söz niyə əhəmiyyətlidir?
Gözəl söz insanları Allah`a tərəf çağıran, Quran əxlaqına uyğun yaşamağa dəvət edən, hadisələrdəki xeyirləri görən və ümidsiz ifadələrdən uzaq olan sözdür. Quran-i Kərimin bir çox ayəsində iman gətirənlərin gözəl söz söyləmələri tövsiyə edilmişdir. Buna baxmayaraq, indiki dövrdə bir çox məqalədə fərqli üslub istifadə edilir. Daha çox siyasi mövzuların yazıldığı qəzet və jurnallardakı bəzi məqalələrdə lağa qoyan, ümidsiz, şikayətçi, həmişə mənfəətlərin dilə gətirildiyi üslub istifadə edilir. Məsələn, dünyanın bir çox ölkəsindəki müsəlmanların məruz qaldıqları zülüm şikayətçi üslubdan istifadə edərək, mənfi hallar vurğulanaraq, heç bir həll yolu təklif edilmədən dilə gətirilir. Halbuki belə üslubun istifadə edilməsi kifayət qədər məlumat sahibi olmayan bəzi müsəlmanları ümidsizliyə sala biləcəyindən son dərəcə təhlükəlidir. İnsanlara faydası olmayan, yalnız vaxt itkisinə səbəb olan boş ifadələrlə dolu bu cür yazıların mövcud problemlərin heç birinə həll yolu olmayacağı açıqdır.
Yazılı mətbuatda bəzən qarşımıza çıxan bu pessimist üslub eyni şəkildə bəzi televiziya proqramlarında da istifadə edilir. Bir çox proqramda həm istifadə edilən üslub, həm də məzmun insanların boş vaxt keçirməsinə səbəb olur. Bir çox kanalda rəqabət adı altında bir-birinə bənzər, insanları düşündürmədən və onları maarifləndirmədən yayımlanan proqramlar var; insanların əsl ehtiyacı olan Allah sevgisi, iman həqiqətləri, gözəl əxlaq kimi həyati mövzular isə sanki görməzlikdən gəlinir. Bu cür hallar isə insanlara mənfi təsir göstərir, onların həyatlarına da mənfi təsir edir. İnsanlar bir müddət sonra götürdükləri bu zülümlərə və haqsızlıqlara qarşı ya tamamilə laqeyd qalır, ya da yalnız qorxu, narahatlıq və ya ümidsizlik dolu reaksiya verirlər.
İnsanları qorxu və ümidsizliyə salıb passivliyə aparan yazı, xəbər və proqramların istehsalından tez müddətdə imtina edilməlidir. Nəşr siyasəti mənəvi xəstəliklərə çarə olacaq şəkildə yenidən təşkil edilməlidir.
Qəzet və jurnallardakı yazılarda imani mövzulardan yazılmalı, yerli və milli televiziya kanallarında mənəviyyatı gücləndirəcək proqramlar efirə getməlidir. İman həqiqətləri, Allah`ın yaradılışındakı gözəlliklər izah edilməlidir. İnsanlara hər hadisənin Allah`ın idarəsində reallaşdığı, hər hadisədə xeyir olduğu həqiqəti həmişə yada salınmalıdır. Tez-tez istifadə edilən pessimist üslub tərk edilməzsə və insanların imanlarını qüvvətləndirəcək mədəni fəaliyyətlər görülməzsə, problemlər hər zaman artar, mövcud problemlərə də həll yolu tapılmaz. Bir Quran ayəsində ümidsizliyin iman gətirməyən insanlara aid xüsusiyyət olduğu belə bildirilmişdir:
Oğullarım, gedin də Yusuf ilə qardaşından (həssas bir araşdırma ilə) bir xəbər gətirin və Allah`ın rəhmətindən ümid kəsməyin. Çünki kafirlər birliyindən başqası Allah`ın rəhmətindən ümid kəsməz. (Yusuf surəsi, 87)
Quranda da açıqca bildirildiyi kimi, ümidsizliyə düşmək müsəlmana yaraşmayan hərəkətdir. Buna görə də, iman gətirənlərin maarifləndirilməsi və imanlarının sağlamlaşdırılması üçün, xüsusilə də, mətbuat və televiziyada vəzifə alan şəxslərə böyük məsuliyyət düşür. Bu mövqedəki insanlar yazdıqları yazılarda, hazırladıqları proqramlarda xalqımızın mənəviyyatını gücləndirməyə, onlara gözəl əxlaqı izah etməyə diqqət etməli, bunları edərkən gözəl üslubdan istifadə etməlidir.