Rusiya sərhədində NATO silahları
ucgen

Rusiya sərhədində NATO silahları

1701

İkinci Dünya Müharibəsi bəşər tarixinin ən qaranlıq dövrlərindən biridir. Bu müharibə 41 milyonu mülki əhali olmaqla, ümumilikdə 70 milyon insanın həyatını itirməsinə səbəb olmuşdur. Rus xalqı isə 4 il ərzində 23 milyon itki vermişdir. Alman ordusu 4 milyon əsgər, 600.000 motorlaşdırılmış vasitə, 3.500 tank və 3.000 təyyarə ilə Rusiyanı işğal etməyə cəhd etmiş,lakin milyonlarla Rusiya vətəndaşının həyatı bahasına bu nəhəng ordunun qarşısı alınmışdı.

İkinci Dünya Müharibəsi ilə bağlı olan bu hadisələrin hazırda baş verən proseslərlə böyük əlaqəsi var. Bu müharibədənsonra dünyanın bu cür qorxunc mənzərə ilə yenidən qarşılaşmaması üçün qurulan NATO hazırda müxtəlif səbəblər irəli sürərək yenidən hərəkətə keçmişdir. Avropanın şərq sərhədlərində altı ay əvvəl başlayan bu proseslərin əhatə dairəsi getdikcə böyüyür. Rusiya ilə həmsərhəd olan ölkələrə, demək olar ki, hər gün yeni NATO qoşunları yerləşdirilir. Bu vəziyyət sadəcəRusiyanın deyil, bölgədəki ölkələrin, hətta bütün dünyanın narahatlığına səbəb olur.

Hazırda şimal və cənub sərhəd xətti boyunca Estoniyada, Baltikyanı ölkələrdə, Polşada, Slovakiyada, həmçinin Rumıniyada Rusiyanı narahat edən hərbi bazalar qurulmuşdur. Bu bazalara yalnız piyada qoşunu deyil, quru əməliyyatı üçün nəzərdə tutulan A-10 Tanderbolt kimi antitank qırıcı təyyarələr də yerləşdirilmişdir. NATO bu proseslərlə Qaradənizdə üstünlük əldə etmək istədiyini belə gizlətmir. Keçmişdə baş verən və iki dünya müharibəsinin başlamasına səbəb olan güc metodu sanki yenidən təkrarlanır.

ABŞ, eləcə də bölgəyə qoşun və hərbi sursat göndərən NATO ölkələri bu hərbi baza üçün Rusiyanın aqressiv, təcavüzkar mövqeyini səbəb olaraq göstərirlər.Halbuki İkinci Dünya Müharibəsində hazırki Polşanı, Ukraynanı, Çexiyanı, Slovakiyanı, Rumıniyanı, Bolqarıstanı, həmçinin Qafqazı dağıdıb məhv edən ruslar deyildi.Bu gün də şahid oluruq ki, Rusiyanın əsas mövqeyi münaqişəni diplomatiya ilə əvəz etməkyönündədir. Buna görə də “Rusiyaya qarşı tədbir görmək” bəhanəsi ilə dünyanı hərbi bazaya çevirmək bir çox mütəxəssis tərəfindən də tənqid edilir.

Bəs qəfil başlayan müdafiə siyasətinin əsas səbəbi nədir?

Bölgədəki gərginliyin əsasını bəzi “beyin mərkəzləri” təşkil edir. NATO-nun Rusiyanı hərbi mühasirəyə alma siyasətinin fikir mənbəyiAtlantika Şurasıdır (Atlantic Council).Siyasi analitiklər qeyd edirlər ki, 1961-ci ildə əsası qoyulan bu şura NATO-nun hərbi strategiyasını müəyyən edən mərkəzdir.Bölgə ölkələrində baş verən iqtisadi böhranlar zamanı isə səhnədə Corc Sorosun xec fondu olan məhşur “Quantum Fund”görünürdü. Bildirilmişdir ki, Sorosun nəzarəti altında olan açıq cəmiyyət fondları müxtəlif ölkələrdəki rəngli inqilablardan Ərəb Baharına, Türkiyədəki Gəzi parkı hadisələri kimi aksiyalara qədər bir çox hadisədə təxribatçı rol oynamışdır.

 “Beyin mərkəzləri” olan bu təşkilatlar ən çoxbeynəlmiləlçilik və yainternasionalizm ideologiyalarını təmsil edirlər. Bu ideologiyaları bəzənxeyirxah niyyətlərlə irəli sürsələr də, metodları, əsasən, müxtəlif ölkələr və ya cəmiyyətlər üçün təhlükə yaradır. Bu cür siyasi metodlaron ildən az müddət ərzində dünyanı Soyuq Müharibə dövründəki qütbləşməyəgətirib çıxarmışdır.Bunun nəticəsində nəhəng güclər arasında hər hansı müharibə baş verməsə də, Qaradəniz və Aralıq dənizi hərbi gəmilərlə dolmuşdur. Dünyanın qədim coğrafi bölgələri gərgin münaqişə meydanına çevrilmişdir. Üçüncü Dünya Müharibəsi inditez-tez dilə gətirilir. Əlbəttə ki, həmin mərkəzlər bu qütbləşmələrin birbaşa səbəbkarı deyildirlər. Amma dünya səviyyəsində aparılan hərbi və iqtisadi siyasət cəmiyyətləri münaqişələrə sürükləyərək “nifrət toxumları” əkir. Bunun mənbəyi isə həmin təşkilatların apardıqları siyasətdir.

Dünyada qütbləşməni və isti müharibəni dəstəkləyənlər də var. Milyonlarla insan can verərkən onlar zənginləşirlər. Qısası, dünyada baş verən müharibələri və böhranları araşdırarkən müəyyən qisim kütləni zənginləşdirən mənfəət siyasətini də nəzərə almaq lazımdır. Bu yöndən baxdıqda, Rusiyanın təhdid olması həmin mərkəzlərin hər zaman əsas bəhanəsi olub. Soyuq Müharibənin başa çatması nəhəng güclərin planlarına uyğun olmamışdır. Onların hər zaman silahlanmalarını təmin edən “səbəblərə” ehtiyacları olmuşdur. Kiçik bir şayiənin belə iğtişaşlara səbəb olduğu hazırki dünyada isə “Rusiya təhlükəsi” diqqəti ən çox çəkən və dəstəklənən məsələ olaraq qalır. Bu mərkəzlər üçün bu cür “təhlükənin”olması hər zaman yeni silahlar, yeni gəmilər, yeni cəbhələr, qısası, yeni bazarlar deməkdir.

Hazırda nə ABŞ, nə Rusiya, nə də NATO ölkələri müharibə şayiələrinin arxasınca gedəcək qədər düşüncəsiz deyildirlər.Üstəlik, indiki dövrdə müharibə nüvə silahlarının dövrəyə girməsi deməkdir. Bu faciəni yaşamağa və yaşatmağa heç kəs razı olmaz. Hazırki vəziyyətdə müharibə hazırlığı şayiələri və ya sərhəd təhlükələri o qədər də real görünmür. Bu, bəzi dairələri təhdid altında saxlamaq, bəzilərini isə zənginləşdirmək məqsədi daşıyır.

Ağıllı və təmkinli davranmaq lazımdır. Dünya bütün ölkələrin sülh içində yaşaya bildiyi yerdir. Buna hər kəs inanmalıdır. Bəzi “beyin mərkəzləri”nin təsiri ilə aparılan xarici siyasət ölkələri yanlış məcralara sürükləyir. Bu siyasət nə NATO-nun prinsiplərini, nə də ümumbəşəri dəyərləri əks etdirir. Sevgi və birlik bütün hiyləgər planlardan üstündür. Bu dəyərləri gücləndirib sülh və təhlükəsizliyi təmin etmək, birinin digəri ilə müharibə etmək məcburiyyətində olmadığını göstərmək dünyanı dəyişdirəcək. Bu olduqda isə dünya zənginliyə qovuşacaq, pul yalnız müəyyən qisim insanların cibinə axmayacaq, yoxsulluq və qıtlıq qalmayacaqdır.

Unutmayaq ki, müharibə siyasəti aparmaq dünyanı qaranlıq gələcəyə doğru aparmaq deməkdir. Sülhü isə dünyadakı yaxşıların ittifaqı gətirəcək.

Adnan Oktarın “Pravda”da yayımlanan məqaləsi

http://www.pravdareport.com/world/europe/03-05-2017/137648-nato_weapons-0/
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo