İmam Cəfəri Sadiq (ə.s) Mufazzala belə buyurmuşdur:

“Şübhəsiz, hansının hansından olduğu müəyyən olmayan və bir-birlərinə bənzəyən 12 bayraq yüksələcək.”

Mufazzal bu sözləri eşitdikdə ağlamağa başladı. O da, nə üçün ağladığını soruşdu.

Cavabında belə buyurdu: “Axı necə ağlamayım? Siz ki, deyirsiz.bir-birlərinə bənzəyən on iki bayraq yüksələcək və hansının hansından olduğu müəyyən olmayacaq.”

İmam Cəfəri Sadiq (ə.s), buludların arasından keçən günəşə baxaraq belə buyurdu:

“Bu günəşi görürsənmi?”

“Bəli.” - dedi

Yenə belə buyurdu:

“Allaha and olsun ki, bizim işimiz günəşdən də işıqlı olacaq.”

(Mucem-ul Ehadisi İmam Mehdi 3-cü cild, səh. 429, Gaybeti Tusi səh. 338 ve Üsulu Kafi 1-ci cild, səh. 377)