Talli çubuq pul sistemimiz olsaydı...
ucgen

Talli çubuq pul sistemimiz olsaydı...

1546

Pul- hökumətlər tərəfindən müəyyən edilən və tədavüldə olan alqı-satqı vasitəsidir. Dövrümüzün sivil cəmiyyətlərində istifadə edilən pul kağız və ya dəmir pul şəklində ola bilər. Lakin əgər qədim dövrlərdə yaşamış olsaydıq, ticarət üçün digər qəribə vasitələrdən  istifadə edərdik. Məsələn, dünyanın bir çox yerində bəzək əşyaları pul əvəzinə istifadə edilib. Amerikalı yerlilər muncuqlardan pul vahidi kimi istifadə edirdi. Şərqi Hind adalarında balıqqulaqları, Fici adalarında balina dişləri pul vahidi olaraq qəbul edilirdi.[1] Qərbi afrikalılar isə 16-cı əsrdə “manila” adlanan dekorativ metalları pul kimi istifadə ediblər. Kağız pul sisteminin yarandığı yer olan orta əsr Avropasında isə qızıl, tacirlər tərəfindən ən geniş yayılmış pul idi. Ancaq qızılı daşımaq və mühafizə etmək praktiki olmadığı üçün bəzi sərraflar vətəndaşların qızılını öz kassalarında mühafizə etmək qarşılığında qəbz verərək yeni xidmət yaratdılar. “Valyuta” termini buradan yarandı. Bu xidmət geniş yayıldıqca insanlar qızıl əvəzinə birbaşa bu qəbzlərdən istifadə edərək alqı-satqı etməyə başladılar. Valyuta sahibləri bir çox insanın qızılı geri tələb etmədiklərini gördükdə qarşılığı olmayan banknotlar nəşr etməyə başladılar və bu onları daha da zənginləşdirərək borc vermə imkanlarını artırdı.

 

İnqilab və İngiltərə Mərkəzi Bankının yaranması

12-ci əsrdə İngiltərə Kralı I Henri talli çubuqlarının – kəsik-kəsik cilalanmış taxta çubuqlar- pul kimi istifadə edilməsi ilə dövrün aldadıcı pul sisteminin sona çatmasını təmin etdi. İkiyə bölünən və hər iki hissəsində də qeydlərin nişanı olan talli çubuqları vergi ödəmələrində də qəbul edilirdi. Kral saxtakarlığın qarşısını almaq üçün çubuqların yarısını xəzinədə saxlayırdı. Bu bənzərsiz pul sistemi 19-cu əsrə qədər İngiltərədə uğurlu oldu. I Henri valyuta sahiblərinin aldadıcı pul sistemlərinə qarşı mübarizə aparan yeganə insan deyildi. Kraliça I Elizabet hökmranlığı boyunca 16-cı əsrdə öz adının həkk olunduğu qızıl və gümüş sikkələrin istifadə edilməsini təmin edərək valyuta sahiblərinin pul üzərindəki nəzarətini azaltdı. Ancaq 1642-ci il inqilabından sonra valyuta sahibləri maliyyə güclərini bərpa edərək siyasi səhnəyə atıldılar və 50 il boyunca İngiltərəni bahalı müharibələrin içinə atdılar. 1600-cü illərin sonuna yaxın İngiltərə maliyyə böhranı yaşadı. Bunun nəticəsində dövlət işçiləri valyuta sahiblərindən borc alaraq siyasi vəziyyəti düzəltməyə çalışdılar və bu da İngiltərə Mərkəzi Bankının -xüsusi mülkiyyətə aid mərkəzi bankın- qurulmasına səbəb oldu.[2] Bu tarixdəki ilk hissəvi rezerv bankı idi və rezervlərində olan qızılın bir neçə misli qədər pul çap etməyə başladı.

 

Mərkəzi Bank Qanununun rəsmi şəkildə elanı

ABŞ-ın maliyyə tarixi də parlaq deyil. Dünyanın əksəriyyəti kimi ciddi böhran dövrü yaşadı. 1907-ci il Nyu York Fond Birjasının bir öncəki illə müqayisədə 50% dəyər itirməsi ilə “bank panikası” olaraq bilinən iqtisadi panika tarixə damğasını vurdu. Birinci Amerika Mərkəzi Bankı bu böhranın sonunda quruldu. Bu iqtisadi tənəzzül mərhələsində bir çox bank müflis oldu və ortada dövriyyədəki nəğd pulu təmin edəcək bir mərkəz bankı qalmadı. Bu səbəbdən senator Aldriç 1908-ci ildə bir qanunla mərkəzi bankın öncüsü olan Milli Pul Komissiyasını yaratdı. Aldriç Federal Rezerv Qanununu hazırladı və həmin Qanun 1913-cü ildə Prezident Vilsonun hakimiyyəti dövründə qüvvəyə mindi.

Düşünülənin əksinə Mərkəzi Bank (FED) dövlət qurumu deyil, dövlətin iqtisadi sistemində sabitliyi təmin etmək üçün qurulan özəl ortaq qurumdur. FED qurulduqdan sonra iqtisadiyyat bir müddət sabitliyini qorudu. 1929-cu ildə isə Qiymətli Kağızlar Birjasının müflis olması ilə minlərlə bank zərər gördü. Prezident Ruzvelt böhranın mənfi təsirlərini azaltmaq üçün qanuni tədbirlər görsə də minlərlə investor böhrana görə sıradan çıxmışdı.

Mərkəzi Bank heç nədən pul çap etmək hüququna malikdir. Yəni tədavüldəki pul bir neçə uydurma rəqəmdən başqa bir şey deyil. Bu pul hökumətə və banklara faiz qarşılığında borc olaraq verilir. Bunun nəticəsində Mərkəzi Bank ağılasığmaz dərəcədə böyük mənfəət əldə edərkən durmadan borcları artan Amerika xalqı üçün bu vəziyyət kabusa çevrilir. 1913-cü ildə müvafiq qanun qüvvəyə mindikdən sonra ABŞ borc bataqlığına girdi. 1910-cu ildə 10 milyon dollarlıq federal borc bu gün 18 trilyon dollara çatıb.

 

2008-ci il ABŞ iqtisadi böhranı: Böyük böhrandan sonrakı ən böyük durğunluq

1998-ci ildə Prezident Klintonun hakimiyyəti dövründə Citicorp və Travelers Qrup şirkətləri birləşərək  «Citigroup» adlı maliyyə xidməti şirkəti yaratdılar. Bu birləşmə iqtisadi böhrandan sonra bankları riskli investisiyalardan qorumaq üçün qüvvəyə minən Glass-Steagall Qanununun pozulması idi. Citicorpun Travelers şirkətini alması qanunlara zidd idi. Bu səbəbdən FED 1998-ci ildə Citigroupa bir illik imtina etmə haqqında bildiriş göndərdi və sonrakı il Gramm-Leach-Bliley Qanununu qəbul edərək ticarət banklarının, investisiya banklarının, səhmdar və sığorta şirkətlərinin birləşmələrinə icazə verdi.

Bu vəziyyət maliyyə sektorunu çox böyük bir neçə nəhəng anonim şirkətə çevirdi ki, bu şirkətlərin  hər hansı birinin iflası bütün sistemin çökməsinə səbəb ola bilərdi. Təəssüf ki, 2008-ci ildə Lehman Bros investisiya bankının iflası iqtisadi böhrandan sonrakı ən böyük tənəzzül (durğunluq) olaraq qəbul edilən yeni maliyyə böhranının gəlişini sürətləndirdi. Pol Hikeyə görə, “Lehman şirkətinin iflası sonsuza qədər zənginliyin sonu olan maliyyə böhranı ilə eyni mənalı olacaqdı”.[3]

2008-ci il böhranının digər bir cəhəti isə böhrandan sonra istehlak xərclərinin ciddi şəkildə azalması idi. İstehlak xərcləri iqtisadiyyatın təməlidir. İstehlakçı güvəni baxımından optimizm, istehlakçının daha çox xərcləmək istəyi və bu mənada daha çox borca girmək meyilliliyi ilə düz mütənasibdir.  Mövcud maliyyə sistemi nəzərə çarpacaq dərəcədə pozulmuş və çoxlu borca görə yük altına girmişdir. Buna əlavə olaraq Oxfamın son hesabatına görə, dünyanın ən varlı 1%-i çox yaxın gələcəkdə dünyada yaşayan bütün insanlardan daha zəngin olacaq.[4] Bu cür bərabərsizliklərin səbəb olduğu kütləvi narazılıq və ifrat dərəcədə borclanma bütün sosial sistemlə bağlı narazılığa səbəb olacaq.

Psixoloji pozuqluqlar, şişmanlıq, ölü doğuşlar və narkotik vasitə asılılığı kimi bir çox problemin kökündə ədalətsiz gəlir bölgüsü var.[5],[6] Daha yüksək həyat şəraiti olan daha yaxşı bir cəmiyyət üçün düzgün iqtisadi sistem qurulmalıdır. Eyni zamanda öndə gələn idarəçilik məktəbləri gələcəyin potensial idarəçilərini yetişdirərkən, pul siyasətində ağıllı və ədalətli qərarlar verən, daha vicdanlı insan yetişdirmək üçün təhsil sistemlərində etika və əxlaq qaydalarına daha çox əhəmiyyət verməlidirlər. Əlavə olaraq sağlam iş şəraitini dəstəkləyəcək tənzimləmələr, əməkdaşlıq və qarşılıqlı hörmət daha sağlam cəmiyyətin yaranmasını təmin edəcək. Qanunsuz pul və maliyyə siyasəti ilə bağlı cinayət törədənlərin cəzalandırılması daha ədalətli, ideal və demokratik iqtisadi sistemin inkişafını dəstəkləyəcək. Ya da bəlkə, bu gün təkcə talli çubuqlarımız olsaydı, bunların heç biri haqqında danışmazdıq.

 

[1] http://www.econlib.org/library/YPDBooks/Jevons/jvnMME4.html
[2] http://addingupthefacts.com/history/
[3] http://abcnews.go.com/Business/lehman-bros-collapse-triggered-economic-turmoil/story?id=8543352&singlePage=true
[4] http://www.usatoday.com/story/money/business/2015/01/19/richest-global-wealth/21983443/
[5] http://www.sciencedaily.com/releases/2011/04/110404161716.htm
[6] http://www.theguardian.com/society/2014/sep/15/how-super-rich-got-richer-10-shocking-facts-inequality

 

Adnan Oktarın «English Pravda»da nəşr olunan məqaləsi:

http://english.pravda.ru/world/americas/27-04-2015/130381-tally_stick_money_system-0/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr