XX əsrdə kainatdakı göy cisimləri ilə əlaqədar çoxlu yeni kəşflər oldu. Dövrümüzdə hələlik yenicə aşkarlanmağa və öyrənilməyə başlanan bu cisimlərdən biri də qara deşiklərdir. Qara deşiklər enerjisi tükənən bir ulduzun öz daxilinə tərəf büzülməsi və axırda ulduzun yerinə hüdudsuz ölçüdə çox güclü cazibə sahəsinin ortaya çıxması ilə yaranır. Hətta nəhəng teleskoplarla belə qara deşikləri görmək mümkün deyil, çünki onun səthinin cazibə qüvvəsi olduqca güclüdür və işığın içindən kənarlaşa bilmir. Lakin qara deşiyin daxilinə çökən ulduz özünün olduğu yerin əhatəsinə göstərdiyi təsirlə aşkarlana bilir.
Allah "Vaqiə" surəsində ulduzların yerlərinə and içərək bu məsələyə belə diqqət yetirmişdir:
"Ulduzların mənzillərinə and olsun. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz..." ("Vaqiə" surəsi, 56/75-76)
«Qara dəlik» anlayışı ilk dəfə 1767-ci ildə ingilis alimi Con Miçel tərəfindən ortaya atılmışdı. Bu ifadə ilk dəfə amerikalı fizik Con Uayler tərəfindən 1969-cu ildə işlədilmişdir. Əvvəllər bütün ulduzları görə bildiyimizi zənn edirdik. Ancaq sonrakı illərdə bəlli oldu ki, kosmosda bizim onları görə biləcəyimiz qədər işığı olmayan ulduzlar da var. Çünki enerjisi tükənən bu ulduzların işıqları yox olur.
Qara dəlik bir kütlənin artıq şüanın da sıza bilməyəcəyi qədər kiçik bir sahədə yığılmasıdır. Güclü cazibə sahəsi fotonları və ən sürətli hissəcikləri də bu bölgədə saxlayar. Günəşin kütləsindən üç dəfə böyük kütləyə sahib olan tipik bir ulduzun əks etməsi və partlaması nəticəsində meydana gələn qara dəliyin diametri təkcə 20 km qədərdir. Qara dəliklər «qara»dır, yəni onları birbaşa müşahidə etmək mümkün deyil. Özlərini başqa göy cisimlərinə dolayı yolla tətbiq etdikləri böyük cazibə gücləri ilə təsbit və ifadə edirlər.
Aşağıdakı ayədə qiyamət gününün təsvirləri ilə yanaşı bir cəhəti ilə də bu elmi kəşfə eyham vuran fikir var:
"Ulduzlar örtülüb (işıqları) sönəcəyi zaman..."("Mursəlat" surəsi, 77/8)
Böyük kütləyə malik olan ulduzlar kosmosda büzülməyə səbəb olur. Ancaq qara deşiklər kosmosda təkcə büzülməyə səbəb olmur, həm də kosmosu deşib keçir. Bu sönən ulduzların qara deşiklər adlandırılmasının səbəbi də budur. Ayədə ulduzlarla bağlı bu məqama ayrıca diqqət yetirilməsi Quranın Allah`ın sözü olmasını ilahi dəlillər əsasında sübut edən başqa mühüm nümunədir:
"And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? (O, zülməti yaran) parlaq ulduzdur". ("Tariq" surəsi, 86/1-3)
Ayənin ərəb dilindəki «deşik» mənasına gələn «saqb» kəlməsinin kökündə «deşik açan, deşən və deşib keçən» mənalarına gələn «əssaqibu» ifadəsi işlədilir. Qara dəliklərə tərif verən elmi nəşrlərdə isə «deşik açmaq, deşmək» mənalarına gələn ingilis dilindəki «puncture» sözündən istifadə edilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda qeyd edilən bu söz çox hikmətlidir. Ayədə ulduzlarla bağlı bu məlumata da diqqəti çəkilməsi Quranın Allah`ın sözü olduğunu sübut edən daha bir əhəmiyyətli nümunədir.