Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (12 dekabr 2011, 22:00)
Adnan Oktar: Baxın, Allah deyir, Şura surəsi, 13; "sənin onları çağırdığın şey", Qurana çağırır, "müşriklərə ağır gəldi", deyir, ağır. Müşriklər yenə nə deyirlər? Allah söyləyir, Şura surəsi 13-də; "O dini doğru-düzgün ayaqda saxlayın və onda ayrılığa düşməyin". Ayrılığa düşüblərmi? Düşüblər. Hazırda bu haram davam edirmi? Edir. Müsəlmanlar hər saniyə bu haramın günahını qazanırlarmı? Qazanırlar. Birləşmə olmadığı müddətcə bu haram davam edəcək. Birləşmə olmadığı müddətcə, hər saniyə, hər dəqiqə günah yazılar müsəlmanlara. "Onda ayrılığa düşməyin" deyir, düşmüşdür. Davam edir, hər on dəqiqədən, hər iyirmi dəqiqədən bir davamlı günah işləmiş olurlar.
Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (3 noyabr 2011, 20:00)
Adnan Oktar: Baxın, Şura surəsi, 13, şeytandan Allaha sığınıram, "O dini doğru-düzgün ayaqda saxlayın", yəni İslama dəstək olun, İslam Birliyi olsun, İslamın hökmləri tam yaşansın, "və onda ayrılığa düşməyin", məzhəblərə, camaatlara bölünməyin "deyə dindən Nuha vəsiyyət etdiyini, sənə vəhy etdiyimizi", belə ki, Allah Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir, "sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya vəsiyyət etdiyimizi sizin üçün də qanun qəbul etdi", bir şəriət qəbul etdi, bir hökm, hükmüllah halına gətirdi, "sənin özlərini çağırdığın şey müşriklərə", yəni xurafatçı dəstəsinə "ağır gəldi" deyir Allah. "Allah istədiyini bunun üçün seçər və səmimi-qəlbdən özünə yönələni hidayətə yönəldər". Məhz bunlar da hz. Mehdi (ə.s) camaatıdır, inşaAllah.