Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (18 sentyabr 2012, 22:00)
Adnan Oktar: Bismillah. Şeytandan Allaha sığınıram. Allah, Ənbiya surəsi, 16-cı ayədə: “Biz, göyü, yeri və ikisi arasında olanları “oyun və oyalanma olması” üçün yaratmadıq" deyir. Oyalanmaq nədir? Boşuna vaxt itirməkdir. Oyun nədir? Boş vaxt, boş işlərdir.
17-ci ayə. "Əgər “oyun və oyalanma” yaratmaq istəsəydik, bunu, Öz yanımızda yaradardıq. Etsəydik, belə edərdik". Allah: “Mən mükəmməlini yaradardım” deyir. Lakin dünya oyun, əyləncə yeri deyil, imtahan yeridir deyir.