İttihad, yəni birləşmək Allah'ın əmridir və müsəlmanlar üçün fərzdir. Bədiüzzaman həzrətləri müsəlmanların ittifaqının vacibliyini vurğulayaraq İslam Birliyinin bu əsrin ən böyük fərzi olduğunu bildirmişdir. İslam dünyasındakı mövcud vəziyyət, Əfqanıstan, İraq, Fələstin, Suriya, Şərqi Türküstan və digər müsəlman ölkələrində tüğyan edən hadisələr müsəlmanların parçalanmalarının nəticəsidir. Bu zülmün sona çatması və təkcə müsəlmanların deyil, dünyadakı bütün insanların əmin-amanlığa qovuşmağı üçün İslam aləminin birləşməsi labüddür. Hər bir müsəlman İslam Birliyinin qurulmasından məsuldur.
Müsəlmanlar bütün fərzlər kimi bu fərzi də yerinə yetirərkən yalnız Allah'ın buyurduğu və Peyğəmbərimizin (s.ə.v) tutduğu yolu izləməlidirlər. Allah'ın haqq yolundan ayrılıb, öz ağıl və məntiqləri ilə hərəkət edənlər müvəffəqiyyət qazana bilməzlər. Çünki Allah`ın yardımı və zəfəri yalnız Onun və Rəsulullahın (s.ə.v) yolunu izləyənlərlədir.
Allah tarix boyu bütün qövmləri başçısı ilə birlikdə yaratmışdır. Bu, Allah`ın adətullahıdır. Hz. Nuh (ə.s), hz. İbrahim (ə.s), hz. Musa (ə.s), hz. Yusif (ə.s), hz. İsa (ə.s), hz. Talut (ə.s), hz. Zülqərneyn (ə.s) və hz. Muhəmmədin (s.ə.v) dövründə iman gətirənlərin rəhbəri kimi İslam cəmiyyətlərinin başında Allah'ın mübarək elçiləri olmuşdur. Hər dövrdə müsəlmanların başçısı olmuşdur. Peyğəmbərimizin (s.ə.v) vəfatından son dövrlərə qədər müsəlmanlar başsız qalmamışdır. Bu əsrdə müsəlmanların başsız olmağı hz. Mehdinin (ə.s) çıxış əlamətlərindən biridir. Ancaq Allah İslam aləminin qədərini ən gözəl şəkildə yazmış, mənəvi rəhbəri olmayan müsəlmanlar üçün gözəl əxlaqlı, mübarək, sevgi və şəfqət dolu, müsəlmanları və İslamı sevən, qoruyan bir zatla - hz. Mehdi (ə.s) ilə müjdələmişdir. Təxminən yüz əlli ildir ki, başsız olan İslam aləmi bu əsrdə hz. Mehdinin (ə.s) rəhbərliyi altında birləşəcək.
Beləliklə, Allah'ın əmrinə uyğun olaraq müsəlmanların birləşməsini, yəni İttihadi-İslamı istəyənlər bu birliyin yalnız hz. Mehdinin (ə.s) rəhbərliyi altında qurulacağını bilməlidirlər. İslam aləmi peyğəmbərimizin (s.ə.v) mübarək nəvəsinin rəhbərliyi altında birləşməkdən böyük sevinc duyar. Çünki bu, peyğəmbərimizin (s.ə.v) Allah'ın vəhyi ilə bütün müsəlmanlara bildirdiyi haqq yoldur.
İslam aləminin birləşməsinin vacibliyindən danışarkən hz. Mehdidən (ə.s) bəhs etməyənlər, Mehdiyyəti gizlətməyə çalışanlar səmimi deyil. Bu üslub Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə ziddir. Bu insanların məntiqsiz düşüncə tərzinə görə müsəlmanların rəhbərsiz necə birləşəcəkləri məlum deyil. Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə uyğun olaraq İslam aləminin mənəvi rəhbəri olmalıdır. Buna baxmayaraq, müsəlmanların başçıya ehtiyacı olmadığını deyənlər bu birliyi səmimi istəmirlər. Bu insanlar hər hansı kiçik bir dəstənin başçısının olmasını, katoliklərin papasının olmasını, ortodoksların patriarxının olmasını, yəhudilərin rəhbərinin olmasını və hətta masonlara ustadların başçılıq etmələrini normal qarşılayırlar, ancaq 1,5 milyarda çatan İslam aləminin rəhbərinin olmasına qeyri-adi baxırlar. Bu yanaşmada səmimiyyətsizlik olduğu, bu insanların şüuraltında İslam aləminin daha da parçalanmasını istədikləri aydın görünür. Dildə müsəlmanların birləşməyinin çox yaxşı olacağını deyir, lakin düşüncə və təbliğləri ilə insanları ayrılığa və parçalanmağa daha çox təşviq edirlər.
Halbuki, İttihadi-İslamdan bəhs edilməsi hz Mehdinin (ə.s) çıxış əlamətlərindəndir. Hz. Mehdinin (ə.s) çıxışı isə İslam aləminin mütləq birləşəcəyindən xəbər verir. Bu, Allah'ın adətullahıdır. Allah Peyğəmbərimiz (s.ə.v) vəsiləsilə Axırzamanda müsəlmanların liderinin hz. Mehdi (ə.s) olacağını bildirmişdir. Hz. Mehdi (ə.s) seçki ilə deyil, məhz Allah'ın qədərdə yazdığı üçün İslam aləminin qurtuluşuna və birləşməsinə vəsilə olacaq. Peyğəmbərimiz (s.ə.v) "Axırzamanda mənim nəslimdən bir zat gələcək, dünyadakı zülmü və haqsızlıqları aradan qaldıracaq, müsəlmanları əsarətdən xilas edəcək və birləşdirəcək" deyə buyurmuşdur. Bu, Allah'ın peyğəmbərimizə (s.ə.v) vəhyidir və Axırzamanda yaşayan müsəlmanlara göstərdiyi həll yoludur. Əgər müsəlmanlar Allah'ın göstərdiyi yolla getməz, hz. Mehdinin (ə.s) zühurunu qulaqardına vurar və öz ağıl və məntiqlərinə görə hərəkət edərlərsə Allah`ın hüzurunda bunun cavabını verərlər.
Saleh möminlər Allah'ın göstərdiyi yola tam təslim olmalı, Axırzamanda yaşadığı üçün böyük sevinc və həyəcan duymalı, tezliklə hz. Mehdini (ə.s) görməyi və onun mənəvi rəhbərliyi altında müsəlmanların birləşməsini istəməlidirlər. Bəzi insanlar istəməsələr də, hətta birləşməmək üçün var gücləri ilə cəhd etsələr də, Allah'ın vədi gerçəkləşəcək və hz. Mehdinin (ə.s) rəhbərliyi altında İttihadi-İslam mütləq qurulacaq. Bu əsr hz. Mehdi (ə.s) vəsiləsi ilə İslam əxlaqı yer üzünə hakim olacaq və Allah'ın nuru bütün dünyaya yayılacaq.