Səhv etməkdən qorxmamaq
ucgen

Səhv etməkdən qorxmamaq

848
Səhv etməkdən qorxmamaq üçün əvvəlcə səhvin nə olduğunu yaxşı düşünmək lazımdır. Səhv, insanın "istəmədən etdiyi" hərəkətlərdir. Lazımi şəkildə düşünə bilmədiyi, lazım olan bütün tədbirləri ala bilmədiyi, lazımi şəkildə iradə göstərə bilmədiyi, səhlənkarlıq etdiyi, unutduğu və ya yanıldığı üçün əlində olmadan səbəb olduğu vəziyyətlərdir.
 
Bir də qəsdən, qarşı tərəfə zərər vermək məqsədi ilə edilən, kin, hirs və ya qısqanclıqla, intiqam duyğularıyla, rəqabət hissiylə, pislik etmək üçün xüsusi olaraq hazırlanan davranışlar var.
 
Qəsdən edilən pis məqsədli bu davranışlarda əlaqədar adama buğz edilməsi, o adama qarşı tədbir görülməsi və diqqətli davranılması son dərəcə normal və hətta lazımlıdır.
 
Ancaq yaxşı niyyətli insanın istəmədən etdiyi, hətta ortaya çıxan nəticədən ən çox özünün narahat olduğu bir vəziyyətdə, o adama qarşı haqsız qəzəb duymaq vicdana uyğun deyil. Çünki hər şeydən əvvəl o adam yalnız qədərində olanı edir. Allah dilədiyi üçün o səhv hərəkət baş vermiş, Allah dilədiyi üçün o adamın səhv edəcəyi şərtləri hazırlamışdır.
 
İnsan Allaha aid varlıqdır. Allahın sonsuz gücü qarşısında acizdir. Allaha tam təslimiyyətlə qədərini yaşayır. Buna görə də həyatı boyu nə yaşayıbsa yaşasın, hansı vəziyyətlə qarşılaşıbsa qarşılaşsın, bütün bunları Allahın yaratdığını unutmamalıdır. İman edən insan üçün -Allah nə yaradırsa yaratsın- bu, nə qədər çatışmamazlıq, əziyyətli və ya çətin görünürsə görünsün, mömin üçün "xeyirdir", "nemətdir". Allah dilədiyi üçün o adam o səhvi etmişdir. Deməli bu vəziyyət o səhvin nəticəsində reallaşmışdır. Bunda isə mömin üçün mütləq gözəllik var. Allah hadisələrin başqa şəkildə inkişafını o adam üçün daha xeyirli görmüşdür. O zaman mömin də meydana gələn bu vəziyyətdən narahat olmayacaq, Allahın təqdir edib gözəl gördüyü hadisədə eyni gözəlliyi görəcək.
 
Məsələn, insan yolda gedərkən diqqətini tam cəmləmədiyi və önünə baxmadığı üçün qarşısına çıxan hər hansı bir şeyi sındıra bilər. Ya da saatlarla zəhmət çəkilərək hazırlanmış saxsı qaba dəyib yerə sala bilər. Yatıb qaldığı üçün onu gözləyən insanların işini ləngidə bilər. Bütün bunlarda isə Allahın yaratdığı müxtəlif hikmətlər var. O qırılan əşyanı qıran Allahdır.  O əşya bəlkə irəlidə sahibləri arasında bir narahatlığa gətirib çıxaracaq, bəlkə daha təhlükəli və kiməsə zərər verəcək şəkildə qırılacaq. Bəlkə də onun qırılması ilə Allah o yerə ondan daha gözəlinin alınmasını təmin edəcək. Eyni şəkildə yerə tökülən yeməyi tökdürən də Allahdır. Bəlkə o yeməkdə xarab bir şey var və onu yeyən birinin narahatlığına səbəb olacaq. Bəlkə bu yeməyi yeyəcək adamın daha sağlam bir şeyi yeməsinə mane olacaq. Bunun kimi yatdığı üçün gedəcəyi yerə getməyən bir insanı yuxudan oyandırmayan da Allahdır. Çünki onu gözləyən yoldaşlarının gecikməsi lazımdır. Bəlkə bu, onları hansısa bir təhlükədən qoruyacaq, bəlkə daha vacib bir məsələni həll etmək üçün onlara imkan verəcək.
 
Bunlar sadəcə bir neçə nümunədir. Amma mömin gün boyu yaşadığı bütün hadisələri və etdiyi səhvləri də bu dünyagörüşüylə və hikmət gözüylə qiymətləndirməlidir. Allah Quranda belə bildirmişdir:
 
Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!"(Qəmər Surəsi, 52-53)
Ancaq bu həqiqəti düşünməyən bir çox insan səhv etdiyi zaman narahatçılıq keçirir. Səhvin dərəcəsinə görə narahatlığı və kədəri daha da artır. Xüsusilə də bu səhvin səbəb olduğu vəziyyətdən təsirlənən insanların mövqeyini düşündükcə, bu narahatlığı daha da şiddətlənir. Onların qəzəblənəcəyindən, pis fikirlərə düşəcəyindən çəkinməsi isə yaşadığı bu çətinliyi daha da artırır.
 
Halbuki səhv edənin yaşadığı bütün bu çətinliklər tamamilə yersizdir. Bu hər şeydən əvvəl Quran əxlaqına uyğun deyil. Möminin "hər şeydə xeyir olduğunu bilərək" qəlbinin mutmain olması, yəni aram tapması lazımdır. Necə ki, başqa birisi səhv etdiyi zaman, o səhvə sahib çıxmır və bu tərz bir çətinliyə girmirsə, özü etdiyində də vəziyyət bundan fərqlənmir. Çətinliyə, kədərə qapılmamalıdır. Amma səhvindən dərs almalıdır. Üzərində dərin-dərin düşünməlidir. Bir daha təkrarlanmaması üçün hansı tədbirləri almalı olduğunu təsbit edib bunları planlamalıdır. Səhv edərək səbəb olduğu vəziyyəti aradan qaldırmaq üçün əlindən gələn hər cür səyi etməlidir. Zərər verdiyi insanlar vardırsa, onlardan üzr istəməlidir. Könül alan gözəl sözlərlə, Allahdan qorxan, gözəl əxlaqlı, vicdanlı bir insan olduğunu bu insanlara göstərərək, o səhvi istəmədən etdiyini bildirərək qarşı tərəfi əxlaqıyla rahatlaşdırmalıdır.
 
İnsan etdiyi səhv ilə bəzən kiçik problemlərə, bəzən də çox həyati və böyük problemlərə yol aça bilər. Bu da insanı təlaşlandırmamalıdır. Nəticə maddi və ya mənəvi mənada zahirən düzəldilməsi mümkün olmayan miqyasda belə olsa, ya da adi və sadəcə həll edilə bilən çətinliklərə də gətirib çıxarsa, bu, möminin düşüncə şəklini dəyişməz. Mömin əlbəttə ki, vicdan əzabı, peşmanlıq hiss edər. Ancaq Allah onsuz da insanı vicdanını bu şəkildə istifadə etməsi, peşman olub tövbə etməsi, Allahdan bağışlanma diləməsi və o səhvi bir daha etməmək üçün qərar alması üçün xüsusilə səhv edəcək xarakterdə yaratmışdır.
 
Əlbəttə ki, insan səhv etməmək üçün əlindən gələni etməli, ağlını, vicdanını, iradəsini, qabiliyyətlərini, imkanlarını son nöqtəsinə qədər istifadə edərək aldığı bir məsuliyyəti və ya edəcəyi bir işi ola biləcək ən qüsursuz və mükəmməl şəkildə yerinə yetirməyə çalışmalıdır. Amma səhv meydana gəldiyi zamanda da Quranda səhv edən möminin göstərməsi üçün bildirilən əxlaqı yaşayaraq bu vəziyyəti düzəltməlidir.
 
Möminlərin hər mövzudakı ölçüləri Quran olduğu üçün, səhv edən bir insana olan nəzərləri də yalnız Quran əxlaqına uyğun olacaq. Mömin, qarşısındakı kimi özünün də hər an səhv edə biləcək, aciz bir insan olduğunu bilir. Hər insana hər şeyi etdirənin Allah olduğunu bilir və Allahın diləməsiylə bir insanın səmimiyyətlə, yoxsa qəsdən belə bir səhv etdiyini hiss edə bilər. Səmimi olan insana isə sadəcə bir səhvinə görə nə sevgisində, nə də hörmətində bir dəyişiklik olmaz.
 
Üstəlik, Allah Quranda möminlərə "bağışlayan və xoşniyyət olmağı", "bağışlamağı" əmr etmişdir. Beləliklə Müsəlman qardaşının kiçik, ya da böyük bir səhv etməsi, möminin bu əxlaqı göstərəcəyi anlardır. Səhv edən qardaşını narahat etmədən, etdiyi səhvlə onu minnət altında buraxmadan doğrusunu göstərəcək, səhv istiqamətlərini düzəltməsinə kömək olacaq. Bağışlayacaq, sevgiylə, xeyirxahlıqla cəsarətləndirərək qardaşının o səhvdən xilas olmasını və daha yaxşı olmasını təmin edəcək.
 
 ... Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura Surəsi, 40)
 
... Amma onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah bağışlayandır, rəhm edəndir!. (Təğabün Surəsi, 14)
 
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (Nur Surəsi, 22)
 
Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti) çox bəyənilən əməllərdəndir! (Şura Surəsi, 43)
 
Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa Surəsi, 149)
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr