HAQQ - Varlığı heç dəyişmədən dayanan
ucgen

HAQQ - Varlığı heç dəyişmədən dayanan

2289

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30)

 
Zaman və məkan canlı-cansız hər şey kimi yaradılmış anlayışlardır. Zaman və məkanın heç olmadığı bir anda yoxdan bir maddə aləmi yaradılmış və bu aləmin daxilində zaman-məkan anlayışları meydana gəlmişdir. Belə ki, zaman içində geriyə getdiyimizdə bir sərhədlə qarşılaşırıq və bu sərhədin gerisinə əsla gedə bilmirik. Bir hadisə üçün istifadə edə biləcəyimiz ən qədim ifadə kainatın yaradılış anıdır. Hətta bu gün elm sahələrində təsbit edilən sərhəd kainatın yaradılma anından etibarən 10-43 saniyədir. Bu zaman dilimindən əvvəl nə vaxt, nə də məkan təyin edilmir.
 
Bu an qarşımıza zamanın və məkanın olmadığı vaxt çıxır. İnsanın tabe olduğu bu iki anlayış müəyyən bir anda yaradılmış olduqlarına görə bu yaradılışdan əvvəl bir zamansızlıq və məkansızlıq mövcud idi. Bizim əsla xaricinə çıxa bilmədiyimiz bu anlayışları yaradan onların xaricində olan Allah`dır.
 
Allah zamandan və məkandan münəzzəhdir və dolayısilə, varlığı hər zaman mövcuddur, əsla dəyişməz. Tək gerçək varlıq Odur, Onun Şəxsi xaricində hər şey ancaq Onun: “Ol”, -deməsi ilə var olmuşdur. Allah`ın Şəxsi xaricində hər şey ölümlüdür və yox olacaqdır. Quranda da bildirildiyi kimi, Haqq olan yalnız Odur.
 

Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114)

 

Bunun səbəbi Allah`ın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 6)

 

Belə hallarda kömək etmək ancaq Haqq olan Allah`a məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 44)

 

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! Göylərin və yerin açarları  Onun əlindədir. Allah`ın ayələrini inkar edənlər – məhz onlar ziyana uğrayanlardır! De: “Ey cahillər! Mənə Allah`dan başqasınamı ibadət etməyi əmr edirsiniz?” Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allah`a) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! Xeyr, yalnız Allah`a ibadət et və şükür edənlərdən ol!”  Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! Sur  çalınacaq, Allah`ın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar  qalxıb (Allah`ın əmrinə) müntəzir olacaqlar! (Zumər surəsi, 62-68)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr