Dindən uzaq həyat sürən insanlardan fərqli olaraq möminlər tövbə ibadətini tez-tez yerinə yetirirlər. İnkarçılar özlərini günahkar olmadıqlarına inandırmaq üçün tövbə etməkdən çəkinirlər. Möminlər isə Allah`ın bəyənmədiyi bütün əməllərdən uzaq olmaq arzusundadırlar. Lakin insan bəzən nəfsinə uyub günah iş tutur. Ancaq səhvini gördüyü an peşman olub Allah`dan bağışlanma diləyir.
Allah insanı zəif yaradıb. Bəzən bilmədən, bəzən də çox yaxşıbildiyimiz halda, unudaraq günaha batır, səhv qərarlar verir,xətaya yol veririk. Çünki Allah`a üsyan etməyə səsləyən, vəsvəsələri ilə haqq yoldan azdırmağa çalışan şeytan kimi amansız düşmənimiz və durmadan pisliyi əmr edən nəfsimiz var. Əlbəttə, Allah həm şeytanın vəsvəsələrindən, həm də nəfsin azğın əmrlərindən necə qorunacağımızı bizə bildirmiş, səmimi qullarına onlara qalib gəlmək gücü ilham etmişdir. İnsan bu düşmənlərindən özünü qoruduğu zaman Allah`ın rizasını qazana bilər. Ustadımız Bədiüzzaman həzrətləri belə buyurur: “Bu təxribat, səfahət və cazibədar həvəsat dövründə (dünya həyatının cəzbediciliyinin artdığı dövrdə) əməllərimiz şərləri (pislikləri) dəf etməyə və günahları tərk etməyə yönəlməlidir”. Ancaq unudulmamalıdır ki, nə olur olsun, Allah insanlara xətalarını düzəltmək üçün mütləq yol göstərir. Bu, tövbədir.
Allah insanın tövbə ilə öz səhvlərindən ibrət götürməyini istəyir
Tövbədəki ən böyük hikmətlərdən biri insanın peşman olaraq vaxt itirmədən Allah`a sığınması və bir daha o səhvi təkrarlamamasıdır. Niyyətində qətiyyətli olub sözünə sadiq qalması, ölüm anına qədər haqq yolda olub tövbə etməsidir. Allah Quranda “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.” (Nisa surəsi, 17) ayəsi ilə səmimi tövbə edən insanın əxlaqından bəhs edir. “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.” (Ali İmran surəsi, 135) ayəsi ilə isə Rəbbimiz günahlardan təmizlənməyin yolunu bizə bildirir.
Səhvi anladığı an dərhal Allah`a sığınmaq, tövbəni gecikdirməmək çox əhəmiyyətlidir. Bədiüzzaman həzrətlərinin bildirdiyi kimi, xətalar tövbə ilə dərhal silinməzsə, qəlbi sancan ilana çevrilir. Qəlb də bir dəfə ləkələndisə bunun ardı-arası kəsilmir. Beləliklə, insan fasid (pozulmuş) dairəyə düşür. Hər günah yeni günaha dəvətdir. Dəvət etməklə kifayətlənməyib insanın içindəki tövbə və nədamət (peşmanlıq) hisslərini də öldürür. Nəhayət “Xeyr! Onların qəlbləri pas bağlayıb.”(Mutaffifin surəsi, 14) ayəsi o insanın üzərində təcəlli edir.
İnsan ona bəxş edilən vaxta aldanmamalıdır. Allah`ın ona bəxş etdiyi hər an tövbə və bağışlanma diləyərək hidayətə yönəlməlidir. Çünki ölüm anı edilən tövbə və iman Allah qatında qəbul edilməyə bilər. Buna görə də insan hər an öləcəkmiş kimi yaşamalı və əxlaqını gözəlləşdirmək üçün cəhd etməlidir.
Unudulmamalıdır ki, insan həyatı boyu, kiçik və ya böyük, hər nə günah işləsə səmimi tövbə etdikdə, qəlbən bağışlayan, mərhəmətli, tövbələri qəbul edib,pislikləri yaxşılıqlara çevirən Allah`a yönəldikdə keçmiş günahlarının bağışlanmasına ümid bəsləyə bilər. Allah tövbəni heç vaxt cavabsız qoymaz. Günahları bağışlayaraq yaxşılaqlara çevirəcəyini, xeyirli və saleh əməlləri ən gözəli ilə mükafatlandıracağını Müqəddəs Kitabımız Quranda bizə müjdələyir.
İnsanı dindən, Quran əxlaqından uzaqlaşdıran əsas səbəblərdən biri də günah hissinin gətirdiyi “əsla düzəlməzsən, doğru yola yönəlməzsən” fikirləridir. Hadisələri Quranın işığında dəyərləndirməyən, Allah`ın Rəhman və Rəhim isimlərini, tövbələri qəbul edən, sonsuz bağışlayan olduğunu unudan bu insanlara şeytan daimvəsvəsə verir və “sən onsuz da günahkarsan, artıq dəyişə bilməzsən, bunu qəbul et” deyərək haqq yola yönəlmələrinə mane olur. Daha sonra isə insanı “bir dəfə günaha batmısan, təkrarlamağın heç bir zərəri yoxdur” sözləri ilə aldadaraq böyük bir günah bataqlığına sürükləyir. İnsanın səhvindən onu Allah`dan tamamilə uzaqlaşdırmaq üçün istifadə edir. Ancaq şeytanın bütün tələləri kimi bu da çox zəifdir. Çünki insanın günah iş tutması o insanın artıq haqq yolu tapmayacağı mənasını vermir. Allah səmimi tövbə edən, bağışlanma diləyib günahını təkrarlamamağa əzm göstərən hər kəsi bağışlayacağını Quranda belə bildirir:
“Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Maidə surəsi, 39)
Adnan Oktar'ın Arab News'de yayınlanan yazısı: