"FƏRAT ÇAYININ SULARI ÇƏKİLƏRƏK ALTINDAN BİR DAĞ ORTAYA ÇIXACAQ, İNSANLAR BUNU ƏLDƏ ETMƏK ÜÇÜN VURUŞACAQ VƏ HƏR YÜZ ADAMDAN, YALNIZ BİRİ HƏYATDA QALACAQ. Bu zaman gələnə qədər qiyamət qopmaz. " (Müslim, Fiten, 29)
FƏRAT ÇAYININ QIZIL BİR DAĞ ÜZƏRİNDƏ AÇILMASI YAXINDIR. İnsanlar bunu eşidəndə ona gedəcəklər və onun yanında olan insanlar, “bundan bir şey alınmasına icazə versək, bunun hamısı götürülər” deyəcək. Ardınca ONUN ÜÇÜN MÜHARİBƏ EDƏCƏKLƏR VƏ HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏK. " (Müslim, Fiten, 29)
İNSANLAR ONUN ÜÇÜN MÜHARİBƏ EDƏCƏK VƏ HƏR YÜZ ADAMDAN DOXSAN DOQQUZU ÖLDÜRÜLƏCƏK, ONLARDAN HƏR ADAM "KAŞ Kİ, XİLAS OLAN MƏN OLAYDIM", deyəcək buyurmuşlar. (Sahih-i Müslim, 11/320)
Fərat çayı ilə əlaqədar bu hədislərdə Axırzamanda bu bölgədə yaşanacaq qarşıdurmalara və bu əsnada çox sayda insanın həyatını itirməsinə diqqət çəkilmişdir. Bilindiyi kimi Fərat çayının suyunun kəsilməsi hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir.
Xüsusilə Fəratın üzərində qurulan su anbarları ilə, suyunun nəzarət altına alınması, yəni hədisdə istifadə olunan ifadə ilə "sularının çəkilməsi" hadisəsi mətbuatda;
"NƏHƏNG FƏRAT DOĞULDUĞU YERDƏ DAYANDI." Kimi başlıqlarla nəşr edildi.
Bu strateji vəziyyət hədisdə bildirildiyi kimi PKK terrorunun şiddətini yaxşıca artırmasına səbəb olmuşdur. Hədisdə; "hər yüz adamdan doxsan doqquzu öldürüləcək" ifadəsinin istifadə edilməsi isə burada çox böyük bir qırğının olacağını vurğulamaq üçündür.