Möminlər cənnətdə Rəbbimizin camalının təcəllisini görəcəklər
ucgen

Möminlər cənnətdə Rəbbimizin camalının təcəllisini görəcəklər

2283
“O gün (neçə-neçə) üzlər nurlanacaq. Və öz Rəbbinə baxacaqdır.” (Qiyamə surəsi, 22-23)
 
“Xeyr, həmin gün onlarla (kafirlərlə)  Rəbbi arasına pərdə çəkiləcək!” (Mutaffifin surəsi, 15)
 
Peyğəmbərimiz (s.ə.v) miracda Rəbbimizin təcəllisini gördüyünü demişdir
 
Cabir İbn Abdulla peyğəmbərimizin (s.ə.v) Nəcm surəsinin 13-14-cü ayələrinin - “Onu bir daha (öz surətində) enərkən gördü – son həddəki Sidr ağacının yanında” – şərhi əsasında belə buyurduğunu bildirmişdir:
 
“Əlbəttə, Rəbbimi gördüm, Mən Sidrətül-Müntəhada Rəbbimi gördüm. İlahi vəchinin nuru mənim üçün zahir oldu.” 
 
Digər hədislər:

Qiyamət günü Haqq Təala mələklərinə Ərşin pərdələrini qaldırmağı əmr edəcəkdir. O gün Cənabı Haqq təcəlli edəcək, məhşər əhli Allah`ın camalını görəcəkdir. Əhdinə sadiq qalanlar cənnətə, qalmayanlar isə cəhənnəmə girəcəkdir. (Əhməd Bicənin "MÜNTEHA" adlı Fusus Tərcüməsi İşığında Təsəvvüf Düşüncəsi, Aişə Bəyazid, səh. 89)

 
★ İmam Rəbbani həzrətləri buyurmuşdur: “Allah Təala Onun cənnətdə təcəlli etməyəcəyini deyənlərə ağıl və insaf əta etsin ki, Qurani-Kərimdə açıq-aşkar bildirilən naslara (haqqında Quranda və ya Sünnətdə məlumat olan) zidd fikirlər səsləndirməsinlər. Səhih hədisləri inkar etməsinlər. Açıq şəkildə bildirilənlərə iman gətirmək lazımdır. Bütün bunların necə olacağını yalnız Allah bilir deməlidirlər. Anlamadıqları üçün (qavramıram) deməlidirlər. Öz ağlına güvənib qavramadığı bir şeyə inanmamaq çox böyük xətadır.”  (3/44)
 
Hədislərdən birində “Allah Təalanı cənnətdə görəcəklərinə inanmaq şərəfindən məhrum olanlar bu səadətə necə qovuşa bilərlər? (İnkar edən məhrum olar)” deyə buyurulmuşdur. 
 
★ İmam Rəbbani həzrətləri Ənam surəsinin 103-cü ayəsini açıqlayarkən: “Möminlər axirətdə və cənnətdə Allah Təalanı görəcəklər”, deyə buyurmuşdur. (3/44 və 90)
 
★ İmam Əzam həzrətləri buyurur ki: “Allah Təala axirətdə görünəcəkdir”. (Fıqhı Ekber)
 
“Xeyr, həmin gün onlarla (kafirlərlə) Rəbbi arasına pərdə çəkiləcək!” (Mutaffifin surəsi, 15)
 
İmam Şafii və İmam Malik həzrətləri kimi məzhəb sahibi böyük alimlər: “Bu ayə möminlərin Allah Təalanı camal sifəti ilə görəcəklərinə açıq bir dəlildir. Çünki belə olmasaydı, “kafirlər görməyəcək” deyə buyurulmazdı.” demişdirlər. (Heç kimin deyil, yalnız kafirlərin görməyəcəyi buyurulur.) (Hazin) 
 
“Möminlər axirətdə cənnətə girməzdən əvvəl də, girdikdən sonra da Allah Təalanı görəcəklər.” (Nuhbət-ül-Leali) 
 
“Qurani-Kərimdə (dünyada kor olan axirətdə də kor olar) buyurulması kafirlər üçün istifadə olunmuş ifadədir. Möminlər axirətdə Allah Təalanı görəcəkdir.” (Berika) 
 
İmam Nəvəvi həzrətləri buyurmuşdur ki, “Rüyət haqdır”. (Rüyət - görmək, tamaşa etmək, seyr etmək) 
 
“Allah Təala cənnətdə mömin qullarından: “Qullarım, məndən daha nə istəyirsiniz sizə verim?” deyə soruşacaq və məkandan münəzzəh olmasına baxmayaraq cənnətdə camalını göstərəcəkdir.” (Miftah-ül Cenne)
 
★ Cərir İbn Abdullah əl Bəcəli (ə.s.) belə rəvayət edir: “Rəsulullahın (s.ə.v) hüzurunda oturmuşduq. O mübarək insan (s.ə.v) bədirlənmiş Aya baxaraq belə buyurdu: “Siz Rəbbinizin hüzuruna dönəcəksiniz və bu bədirlənmiş ayı gördüyünüz kimi Onu görəcək və Onu görməkdə heç bir çətinlik və sıxıntı ilə qarşılaşmayacaqsınız.”
 
★ Suheybin (ə.s.) rəvayətində belə buyurulmuşdur: “Rəsulullah (s.ə.v): “And olsun Allah`a ki, Allah o gün cənnətliklərə Onu görməkdən daha əziz bir şey verməmişdir.” (Müslim, İman: 27; İbn Mâce, Mukadime: 17)
 

"Cənnət əhli cənnətə daxil olarkən Allah Təbarəkə və Təala belə buyuracaqdır: "Məndən daha nə diləyirsiniz?" Onlar: "Sən bizim üzümüzü nur qılmadınmı? Cəhənnəmdən xilas edib cənnətində məskunlaşdırmadınmı? (Bundan daha gözəl nə ola bilər?) deyəcəklər. Bunun ardınca pərdə qaldırılacaq, onlara Rəbləri olan Allah`ı görməkdən daha əziz bir şeyin verilmədiyini dərk edəcəklər. [Büyük Hadis Külliyatı-5, s. 415/10130]

 

Peyğəmbərimiz (s.ə.v) ”Ey Allah`ın Rəsulu! Rəbbimizi görəcəyikmi?” sualına belə cavab buyurdu:  “Ay işığına qərq olmuş buludsuz gecədə bədirlənmiş ayı görmək üçün bir-birinizlə mübarizə aparırsınızmı?” sualına onlar “Xeyr” deyə cavab verdilər. “Aydınlıq səmada günəşi görmək üçün bir-birinizə əziyyət verirsinizmi?” deyə soruşduqda, yenə də “Xeyr” cavabı səsləndi. “Rəbbinizi də heç bir çətinlik və əziyyət çəkmədən aydın şəkildə görəcəksiniz” [(Buhari, Müslim, Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 416/10133]

 

Möminlər cənnətdə təqvalarına uyğun olaraq dərəcə-dərəcə yerləşdiriləcəklər. Sonra onlara dünya günlərindən Cümə günü qədər Rəblərini ziyarət etməyə izin veriləcəkdir. Onlara Allah`ın Ərşi göstəriləcəkdir. Rəbbim onlara cənnət bağçalarından birində görünəcəkdir. Onlara nur, inci, yaqut, zəbərcəd (parlaq yaşıl rəngli zümrüd növü) və gümüş minbərlər qurulacaqdır. Ən aşağı dərəcəli insanlar belə (aralarında aşağı dərəcəli heç kim yoxdur) müşk üzərində oturacaqdır. Kürsü sahiblərinin onlardan daha üstün məclislərdə oturduqlarını görməyəcəklər... Elə bir kəs olmayacaqdır ki, o məclisdə Allah`ın yanında olub Onunla danışmasın. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, s. 409-410/10100]

 

...Ədn cənnətində, cənnətliklərlə Rəbləri arasında Allah`ın vəchindəki (üzündəki) ridau`l-kibriyadan (böyüklük pərdəsindən) başqa bir şey yoxdur. [(Buhari, Müslim, Tirmizi), Cənnət 3, 2530]

 

Cənnət əhli Allah`ın hüzuruna iki dəfə girər... Onlardan hər biri o məclisdə əməllərinə uyğun olaraq inci, yaqut, zümrüd, qızıl və gümüşdən minbərlər üstündə əyləşərlər. Gözləri heç vaxt belə aydın görməmişdir. Rəblərinə qovuşacaqları növbəti günü ümidlə gözləyərək yerlərinə geri qayıdarlar. [Ramuz el-Ehadis-1, s. 120/3]

 
★ Ənəs (ə.s) həzrətləri belə buyurmuşdur: Allah (c.c):
 
“Ey qullarım, Məndən istəyin, Mən də istədiyinizi verim” deyə buyuracaqdır.
 
Qullar: “Sənin camalını istəyirik” deyəcəklər.
 
Bundan sonra hz. Allah camalının görünməyinə əngəl olan pərdələri qaldıracaq və cənnətliklər Allah`ın izni ilə Rəblərinin camalını bədirlənmiş ay kimi görəcəklər. Bu görüş hər kəsin mənəvi dərəcəsinə uyğun olacaqdır.”
 
İlahi camalı gördükdə dərhal səcdəyə qapanarlar. Allah Təala deyər ki:
 
“Ey qullarım, başlarınızı qaldırın. İndi səcdə və rüku zamanı deyil, Cəlal sahibi olan Allah`ın camalını seyr etmək vaxtıdır.” (Həmmaminin tərcüməsi)
 
★ Hz. Cabirdən (ə.s) rəvayət edildiyinə görə peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
 

“Cənnətliklərin cənnət nemətlərinə başları qarışdığı və bu nemətlərdən böyük həzz duyduqları zaman bir nur parıldayar. Başlarını qaldırdıqda hz. Allah`ın camalının təcəllisini görərlər. Allah (c.c) “Səlamun  Əleykum, ey cənnət əhli” deyə salam verər. Ayənin mənası da məhz budur.” 

 
Allah (c.c.) onlara, onlar da hz. Allah`ın camalına tamaşa edərlər. Allah`ın camalı onları Özünə elə bağlayar ki, cənnət nemətlərindən heç birinə dönüb baxmazlar. Çünki Allah`ın camalını seyr etməyin verdiyi böyük zövq və həzdən cənnət nemətlərini unudarlar. Hz. Allah`ın camalı gözdən itənə qədər dayandıqları yerdən tərpənməzlər. Sonra Allah`ın camalı itsə də nuru və bərəkəti ikinci, üçüncü təcəllinin zühuruna qədər cənnətliklərin üzərində qalar. (Həmmaminin tərcüməsi)
 
“Ey Rəbbimiz! Dünya həyatında bizə cənnətdə camalını göstərəcəyini vəd etmişdin. Sən sözündən dönən deyilsən.”
 
Bu zaman qarşılarındakı nurdan buludlara bənzər pərdələr qaldırılar və Allah`ın camalının nurları bədirlənmiş ay kimi açıq-aydın təcəlli edər. Möminlər təsviri mümkün olmayan, cəhətdən münəzzəh olaraq Allah`ın camalını gördüklərində iltica edər və elə bir sayha (qışqırıq, şiddətli səs) edərlər ki, səsləri ərşə qədər yüksələr. 
 
Sonra onlara təqdim olunan təmiz cənnət şərabından içərlər, ağılları başlarına gələr, ayılarlar. (Həmmaminin tərcüməsi)
 
Cənnətdə Allah Təalanın camalını seyr etmək cümə günlərinə təsadüf edər. O gün cənnət əhlinin bayramıdır. (Ebu Ya’la Heysemî)
 

Allah camalından pərdəni qaldırar. Onu seyr edərlər. Vallahi Allah onlara camalına baxmaqdan daha gözəl və gözə aydınlıq verən ikinci bir nemət verməmişdir.” (Müslim, Tirmizî, Nəsaî)

 
★ Peyğəmbərimizin (s.ə.v) duası: “Allah`ım! Səndən ölümdən sonrakı həyatın rahatlığını, camalını seyr etməyin həzzini və Sənə qovuşmağın şövqünü istəyirik”. 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr