Uçuş vaxtı yarasaların qanad dərilərində saç teli kimi nazik olan əzələlər qanadların gərilməsini və qanad çırpma vaxtı müxtəlif nöqtələrdə qanadın əyilməsini təmin edir.
Yeni tədqiqatlar yarasaların qanad dərilərində tor kimi nazik əzələlərin uçuş zamanı qanadların formasını və gərilməsini təmin etdiyini göstərdi. Bu tapıntılar bizə pərdə formalı qanadların həssas aerodinamik quruluşu barəsində yeni məlumatlar verdi.
Braun Universiteti Biologiya fakültəsinin professoru Yorn Çeyni bu fiziki möcüzəni belə açıqlayır:
"Aerodinamik performans qanadın formasından asılıdır. Uçuş başladığı vaxtda pərdə qanadların forması düz ola bilər, lakin yüksəlmə başladıqca düz qalmir. Aerodinamik yükə uygun olaraq formanı dəyişdirməli olacaq".
"Qanadın aldığı forma və bucaq açıqlığı heyvanın yerə çırpılması və ya uçuşun müvəffəqiyyətlə nəticələnməsi baxımından çox əhəmiyyətlidir. Yarasa qanadlarındakı əzələlər sümüklərin ümumi formasını da idarə etdiyi üçün bir çox formaya düşə bilir".
Saç teli kimi nazik olan bu əzələlərin (plagiopatagiales) yüz ildən cox bilinməsinə baxmayaraq, hələ də bütün funksiyaları ortaya çıxarılmayıb.
Çeyni əzələlərin qanada forma verə bilməyəcəyini düşünürdü. Çeyniyə görə iki ehtimal vardı. Ya əzələlər birlikdə aktivləşib güc meydana gətirir, ya da müxtəlif formalı zəif əzələlərsadəcə gərilmə reseptorları kimi fəaliyyət göstərirdi.
Sualın cavabını təcrübələr göstərəcəkdi. Çeyni Yamayka meyvə yarasasının qanadlarındakı əzələlərin bir hissəsinə reseptorlar yerləşdirdi və laboratoriyanın külək tunelində onunuçuşunu lentə aldı.
Məlumatlar əsasında üç şey müəyyənləşdi və hamısı plagiopatagiales əzələlərinin dərinin möhkəmliyinə təsir etdiyini göstərirdi. Əzələlər aşağı çırpılarkən gərilir, yuxarı çırpılarkən boşalırdı.
Təcrübə nəticələrini qiymətləndirən Braun Universitetinin professoru Şaron Svartz "Bu tipik qanad çırpma hərəkəti yarasaların əzələlərini uçuş vaxtı açıq və bağlı vəziyyətə gətirdiklərini göstərir",- deyərək nəticəni təsdiqləmişdir.
Müəyyənləşdirilən digər bir şey də əzələlərin tək hərəkət etmədikləridir. Qanadlar birlikdə və eyni vaxtda hərəkət edərək, qanadın gərilməsi üçün birlikdə güc tətbiq edirlər.
Çeyni fərqli uçuş sürətləri və zamanlamanın əzələləri aktivləşdirdiyini müşahidə etdi. Yarasalar sürətlə uçduqları vaxt əzələlər yuxarı və aşağı vuruşlar əsnasında daha sürətlə gərilirdilər.Müəyyənləşdirilən bu şeylər əzələlərin passiv vəziyyətdə hərəkət etmədiklərini, uçuş şərtlərinə uyğun aktiv və birlikdə hərəkət etdiklərini göstərmişdir.
Bir heyvanın uçuş bacarığı, manevr qabiliyyəti, əzələ quruluşu və funksiyaları daxil olmaqla, qarşımıza çıxan hər şey Rəbbimiz tərəfindən bizə göndərilən və "oxumalı olduğumuz" mesajlardır. Öyrənilən hər yeni məlumat, düşünmək, həmd etmək, Rəbbimizin elm və sənətini daha dərin qavrayıb Ona yaxınlaşmaq üçün bir yoldur.
Allah bir Quran ayəsində belə bildirir:
İnsanlardan, heyvanlardan və davarlardan da rəngləri belə müxtəlif olanlar var. Qullarıarasında isə, Allahdan, təkcə alim olanlar "içləri titrəyərək qorxar". Şübhəsiz, Allah, üstün və güclü olandır, bağışlayandır. (Fatir surəsi, 28)