Məlum olduğu kimi, Avropa İttifaqının qurulmasının məqsədi vətəndaşların rifah səviyyəsini yüksəltmək və onlara daha gözəl dünya təqdim edə bilmək üçün bir araya gələn ölkələrin birliyidir.
Bəs Avropa İttifaqı qurulduğu gündən etibarən bu məqsədinə nə dərəcədə nail ola bildi?
Bu aralar gündəmi tez-tez məşğul edən «Avropa İttifaqı çatlayır», «Avropa İttifaqında təhlükə səsləri», «Avropa İttifaqı üçün pis xəbər» və s. kimi xəbər başlıqlarını nəzərə aldıqda bu suala müsbət cavab verməyin o qədər də asan olmadığını deyə bilərik.
Hətta mövcud vəziyyətin Avropa İttifaqından əvvəlki vəziyyətdən daha da acınacaqlı olduğunu deyə bilərik.
2008-ci ildə mərkəzi ABŞ olmaqla başlayan iqtisadi böhranın Avropaya sıçraması ilə Avropa İttifaqı ölkələri ciddi iqtisadi təhlükə altında qaldı. Avronun məkanı 2009-cu ildə 4,1% həcmində azalaraq tarixindəki ən kiçik daralmanı yaşadı. Gəlirlərinin böyük hissəsini borc ödəməyə ayırmaq məcburiyyətində qalan bir çox Avropa İttifaqı ölkəsi sürətlə iqtisadi böhrana girdi.
Maliyyə böhranından ən çox beş Avropa İttifaqı ölkəsi əziyyət çəkdi: İrlandiya, Yunanıstan, Portuqaliya, İspaniya və İtaliya… Avro məkanındakı işsizlik səviyyəsi 2013-cü ilin mart ayının göstəricilərinə nisbətdə rekord səviyyədə idi.
Böhrandan ən çox əziyyət çəkən ölkə Yunanıstan oldu. Avropa İttifaqına qəbul edilən ən kasıb ölkə statusunu daşıyan Yunanıstan, üzvlüyünün ilk illəri müvəqqəti olaraq inkişaf etdi, ancaq bu inkişaf çox çəkmədi.
Avropa İttifaqına daxil olmaqla birlikdə hər yunanlıya adam başına 32.100 dollar düşsə də, digər tərəfdən 27.300 dollar borc düşdü.
Xarici borclarını ödəyə bilməyən Yunanıstanda banklar və hökumət iflas səviyyəsinə gəldi. Bir çox şirkət bağlandı, vətəndaşın cibindəki pul tükəndi, dolayısilə dövlətin vergi toplama imkanı qalmadı. Avropa İttifaqına daxil olma Yunanıstan üçün böyük məbləğdə borc və ümumi milli məhsulun 12.7% həcmində büdcə kəsirinə səbəb oldu.
Böhrana görə yüksək həddə çatan işsizlik səbəbindən xalq küçələrə axışdı. Mitinq və yürüyüşlərdəki təzyiq gün getdikcə artmağa başladı. Ölkənin hər yerinə yayılan zorakılıq hadisələri nəticəsində 4 nəfər öldü, 311 nəfər yaralandı, onlarla insan həbs edildi.
Eyni günlərdə Yunanıstanın həm Avropa İttifaqından, həm də avro məkanından çıxarılmasına dair təkliflər gündəmə gəldi.
İqtisadiyyatı tənəzzül edən yuxarıda sadaladığımız Avropa ölkələri əlbəttə ki, maliyyə vəziyyətləri güclü olan Almaniya, Fransa kimi ölkələri də ciddi yük və risk altına saldı. İflas edən ölkələrdən alacaqlarını ala bilməyən, üzvlüyün tələbi olaraq xilas etmə və kredit paketlərinə milyardlarla dollar pul ayıran güclü iqtisadiyyatlar da eyni uçuruma doğru sürüklənməyə başladı.
Almaniya 188%-lik borc səviyyəsi ilə qlobal borc siyahısında 24-cü yerdədir. Avropa İttifaqı kreditlərində ən böyük məsuliyyəti öz üzərinə götürən Almaniya, Avropa İttifaqı büdcəsinin 27%-i kimi çox böyük bir yükün altındadır. Avropa iqtisadiyyatındakı problemlərlə yanaşı Rusiyaya tətbiq edilən sanksiyalar da Almaniyanın iqtisadiyyatını çətin vəziyyətə salıb.
Avropanın ən güclü iqtisadiyyatı olan Almaniya bu böhranı yara almadan sovuşdura bilməsə, təkcə Avropa İttifaqında deyil, qlobal iqtisadiyyatda da zəlzələ təsiri olma təhlükəsi var.
Avropanın güclü iqtisadiyyatı olan ikinci ölkəsi Fransa da 2.8 trilyon dollarlıq borcla avro makanında ən çox narahatlıq yaradan iqtisadiyyatlardan biridir. Avropa Komissiyası ötən həftələrdə Fransadan 2015-ci ildəki büdcə kəsirini ən az 5% nisbətində azaltmasını və 2015-ci il ərzində ən az 4 milyard avroluq qənaət etməsini istəyir.
Mütəxəssislər, təcili olaraq 4 milyard avro tapmalı olan Fransanı 2015-ci ildə çətin günlərin gözlədiyini bildirir. Mərkəzi Brüsseldə yerləşən Brügel Düşüncə Mərkəzinin araşdırmacısı Qreqori Klais «çox kiçik inkişaf səviyyəsi və 0 % inflyasiya ilə fransız hökumətinin 4 milyard avro əldə etməsi çox çətindir» deyə bildirir.
Avropa İttifaqının ən güclü ölkələrinin vəziyyəti bu halda ikən avro məkanında deflyasiya buludları əsir. Avropa İttifaqının inkişaf etməsi bir tərəfə qalsın, 2015-ci ildəki ən böyük hədəfi son yeddi ildə üçüncü dəfə resessiyaya girməməsidir.
Bura qədər təsvir etdiyimiz görüntü Avropa İttifaqı məsələsində şübhəci yanaşmanı artırarkən bir çox çevrədə İttifaq sorğu-sual edilməyə başlandı. Təkcə iqtisadi səbəblər deyil, tarix boyunca bir-birləri ilə rəqabət içində olmuş, sülh vəziyyətindən çox müharibə vəziyyətində olmuş İngiltərə, Fransa və Almaniyanın ortaq məxrəcə gəlmədən ayrılmaq istəyəcəkləri qaçınılmaz gerçəkdir.
Belə ki, Avropa İttifaqından ayrılma ilə bağlı son günlərdəki ən konkret təşəbbüs İngiltərədən gəldi. İngiltərə Baş naziri Devid Kameron siyasi partiyası növbəti seçkilərdə qalib gəlsə, Avropa İttifaqında qalıb-qalmama ilə bağlı referendum təşkil edəcəklərini bildirdi. Ən geci 2015-ci ildə keçiriləcək seçkilərdə İngiltərədə Mühafizəkarlar partiyası hakimiyyətdə qalsa, referendum 2015-2018-ci illərdə keçiriləcək.
Kameron açıqlamasında referanduma qədər ölkəsi ilə Avropa İttifaqı ilə münasibətlərini yenidən müzakirə etmək istədiklərini bildirdi. Avropa İttifaqının dağılmasını istəmədiyini, ancaq hazırkı vəziyyətdə Avropa İttifaqının dağılma təhlükəsi olduğunu qeyd etdi.
Almaniya Baş naziri Angela Merkel İngiltərəyə Avropa İttifaqında qalması ilə bağlı səslənərkən Almaniya Xarici İşlər naziri Qido Vestervelle də İngiltərənin aktiv və konstruktiv Avropa İttifaqı üzvü olaraq İttifaqda qalmasını istədiklərini bildirdi. Avropa Komissiyasının ticarətdən məsul üzvü Sesilia Malmström isə İngiltərənin Avropa İttifaqından ayrılmasının həm özü, həm də Avropa İttifaqı baxımından «fəlakət» olacağını dedi.
Avropa İttifaqı üçün yazılan fəlakət ssenariləri bu sualı meydana gətirir. Hazırki vəziyyət Avropa İttifaqı üçün sonun başlanğıcıdırmı?
Fərziyyələri aradan qaldırmağın yeganə yolu var ki, o da Avropa İttifaqının hazırda olduğu kimi təkcə iqtisadi təməlli siyasi birlik olmaqdan çıxıb, dostluq, qardaşlıq birliyinə çevrilməsidir. Birliklər ancaq sevgi və dostluğa əsaslandığı zaman güclü ola bilərlər. O zaman maddi cəhətdən zəifləyən üzvlərini zəif xalqa olaraq deyil, xilas edilməsi lazım olan qardaşları olaraq görərlər. Bu mənəvi dayanışmanı təmin edən birliklər heç bir halda zəifləməz, gücünü, sabitliyini itirməz, əksinə daha da güclənərlər. Avropa İttifaqının da belə bir mənəvi anlayışa ehtiyacı var. Bunun təkcə özlərinə yox, bütün dünyaya hüzur və bərəkət gətirəcək bir gözəllik olacağına dair heç bir şübhə yoxdur.
Adnan Oktarın «Arabian Gazette»də nəşr olunan məqaləsi:
http://www.arabiangazette.com/the-beginning-of-end-for-eu-20150423/