Təkamül nəzəriyyəsini dəstəkləyən bəzi mətbuat nümayəndələri nəzəriyyənin gündəmdə qalmağı üçün vaxtaşırı “saxta həyəcan” yaradırlar. Təkamülçülər əldə olunan elmi nailiyyətləri öz əqidələri ilə dəyərləndirir, təkamülü dəstəkləyən izahatlar verməyə çalışırlar. Lakin istənilən elmi sahədə tədqiqatlar elmi nailiyyətlərin və kəşflərin təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil etdiyini bur daha sübut edir. Marsda həyatın mövcudluğu ehtimalı ilə bağlı irəli sürülən fərziyyələr də təkamülçülərin növbəti çarəsiz cəhdlərindən biridir. Marsda suyun olma ehtimalından istifadə edərək dərhal fəaliyyətə keçmiş “Buz varsa su, su varsa da həyat vardır” kimi heç bir elmi əsası olmayan fərziyyələrini mediada işıqlandırmış, həyatın yalnız Yer planetinə məxsus olmadığını, başqa planetlərdə də təkamüllə həyatın yaranma ehtimalı olduğunu irəli sürmüşlər. Lakin bu fərziyyə təkamül nəzəriyyəsinə elmi dəlil deyil.
Əvvəla qeyd edək ki, “su = həyat” ifadəsi elmi cəhətdən doğru deyil. Su həyat üçün olduqca əhəmiyyətli amildir, lakin təklikdə su həyatın mövcudluğu üçün kifayət deyil. Yəni yalnız su ilə canlıların meydana gəlməsi iddiasının elmi əsası yoxdur, bu, sadəcə xəyali fərziyyədir.
Amerikalı astroloq dr. Hugh Ross (Hyu Ros) “Marsda su: bu nə deməkdir?” başlıqlı məqaləsində belə deyir:
(Marsda həyat əlamətləri ilə bağlı) bir çox alimi həyəcanlandıran səbəb məşhur (ancaq məntiqə zidd) “su=həyat” fikridir. Baxmayaraq ki, suyun həyat üçün labüdlüyü danılmazdır, bu da bir həqiqətdir ki, su özü təklikdə həyatın mövcudluğunu təmin etmə qabiliyyətinə malik deyil, sadəcə həyat mənbələrindən biridir. Tədqiqatçılar bir planetdə yaşam olmağı üçün bir-birindən fərqli, eyni zamanda sudan asılı olmayan 100-dən çox element zəruriliyini müəyyən ediblər. Bu elementlərin böyük əksəriyyəti də sudan daha həssas ölçü və nizam tələb edir.
Bütün bu elementlər təmin olunsa belə yenə də su həyatın mövcudluğu üçün kifayət deyil. Canlı aləmin varlığı üçün suyun hər üç halının (qaz, maye və bərk) olması vacibdir. Bundan əlavə yerin quru səthində fasiləsiz və olduqca böyük kütlələr təşkil edən su dövriyyəsinin olmağı zəruridir. Lakin Mars Global Surveyor [*] Marsda belə bir sistemin mövcud olmadığını deyir.
Rossun bu açıqlamaları təkamülçüləri bir daha məyus edir. Digər tərəfdən qalaktikada hər hansı bir həyat izinə rast gəlinsə belə, burada hər hansı təkamüldən bəhs etmək yersiz olardı. Kainatın başqa bir nöqtəsində həyatın varlığı dünyadan başqa yerdə də yaşam vardır deməkdir. Bunu təkamüllə əlaqələndirmək heç bir məntiqə sığmır.
Eyni zamanda Marsda hər hansı həyat izi tapılsa belə, bunun dünyadan Marsa keçməsi ehtimalı çox böyükdür. “Başqa planetlərdə həyat varmı?” sualına cavab axtaran “New Scientist” məqaləsində Marsda həyat olsa belə bu sahədə heç bir nəticə əldə edilməyəcəyini, Qızıl planetlə dünya arasında “qaya alış-verişinin” mütəmadi davam etdiyi bildirilmişdir.
Bir sözlə, gələcəkdə Marsda həyatın mövcudluğu sübuta yetirilsə, təkamülçülərin açıqlamalarının cəfəngiyat və əsassız fərziyyələrdən ibarət olduğu bir daha gözlər önünə səriləcəkdir. Məsələn, dəniz səviyyəsindən 5 min metr yüksəklikdəki dağın zirvəsində avtomobil tapmaq ehtimalı kiçikdir. Lakin belə bir ehtimal gerçəkləşsə belə bu avtomobilin təbii qüvvələr və təsadüflər nəticəsində 100 milyon illik bir müddətdə öz-özünə yarandığını iddia etmək ağılsız və məntiqsiz yanaşma olar. Belə bir mənzərə qarşısında ağıllı bir insan, təbii ki, avtomobildəki təsadüfü rədd edən dizaynın necə yaradıldığı barədə düşünəcəkdir. Nəticə etibarilə, avtomobilin burada tərk edildiyi, hər hansı polis xilasetmə təşkilatına və ya adi bir şəxsə aid olduğunu düşünəcəkdir.
Marsda həyatın təkamüllə meydana gəldiyini iddia etmək bu avtomobilin dağ başında təsadüfən meydana gəldiyini iddia etməkdən daha da məntiqsizdir. Mediada bu fikirlərin səsləndirilməsi tamamilə ideoloji məqsəd güdür.
*Mars Qlobal Surveyor: 1997-ci ildə Mars ətrafındakı orbitə yerləşdirilən peyklə həyata keçirilən altı mərhələli tədqiqat.
1. Hugh Ross, Water on Mars: What Does It Mean?, Connections 2000 - Volume 2, Number 3, http://www.reasons.org/resources/connections/2000v2n3/index.shtml
2. Michael Brooks, "The Mysteries of Life", New Scientist, sayı 2473, 4 Eylül 2004, sf. 24